Yurgen Habermas

İnsan təbiətinin gələcəyi

Информация о книге:

Автор книги: Yurgen Habermas

Жанр:

Издательство: Alatoran yayınları

Серия:

Год издания: 0

isbn:

Аннотация:

Hal-hazırda biotexnoloji və genetik tərəqqi, insan təbiətinin gələcəyi ilə bağlı bir çox mübahisəni özü ilə gündəmə gətirir. Bu biotexnoloji tərəqqinin fəlsəfi, etik və siyasi nəticələrini qələmə alan Habermasın isə verdiyi ən diqqətçəkici suallarının başında: İnsan yaradıcısının Tanrı və ya başqa uca varlıq deyil, yenə bir insan olmağının, insanın özünü tanıyıb bilməsi baxımından necə bir nəticəyə gələcəyidir. İnsanın bir növ varlığı olması həqiqətindən çıxış edən Habermas, yaxşı və düzgün həyat tərzi nə fokuslanmış fəlsəfi-metafizik ifadələrin tükəndiyi bir zamanda biotexnologiyanın və onun əsas təhrikedici gücü olan genetikanın təqdim etdiyi imkanların bir daha dəyər və etik problemlərini, həm də bu dəfə tamamilə başqa bir ölçüdə sorğu-sual etməli olduğunu müdafiə edir. Onu ən çox narahat edən vəziyyət isə, fəlsəfənin bu suallar qarşısında susqunluğudur. Praktik fəlsəfənin ədalət nəzəriyyələri mübahisələri içində tıxanmasını tənqid edib, əxlaqa növ etikası bir anlayışı içində baxılması lazım olduğunu müdafiə edən Habermas, təbii yollarla böyüyüb inkişaf edən və insan əlindən çıxmaq surətiylə mövcud olan insan təbiətlə bağlı son dərəcə diqqətçəkici olan arqumentləri dilə gətirməkdədir. Amma buna baxmayaraq, insan təbiətinin instrumentalizasiya edilməsinə qarşı çıxır. Biotexnoloji dizayna əsaslana n insan həyatı modelinin acizliyini göstərir və dövrümüzə uyğun bir özü olma imkanının hansı fəlsəfi və etik əsaslar üzərinə oturmalı olduğunu sorğu-sual edir. Habermas insanın həyat səviyyəsini artıran genetik və biotexnoloji tərəqqinin əleyhinə olmayıb, onlara daha çox fəlsəfi və etik cəhətdən diqqətlə yanaşmalı olduğunu vurğulayırdı. Bu son əsəri ilə elm-fəlsəfə əlaqəsinə yeni və dərin bir məna qatmaqda və insanı yaxın gələcəkdə gözləyən ən ciddi eksiztensial problemlərdən biri qarşısında ayıq olmağa çağırmaqdadır.

Скачать книгу