Информация о книге:
Аннотация:
Yeni maarifçiliyin ideya sələfi rolunda ağlın ehtiraslı tərənnümçüsü, çağdaş Avropa mədəniyyətinin Şərqdə ilk carçısı Abbasqulu ağa Bakıxanov Qüdsinin elmi, ədəbi, fəlsəfi xidmətləri tarixi əhəmiyyət kəsb edir. Abbasqulu ağa Bakıxanov – orta əsrlərdən yeni dövrə, Asiyadan Qərbə, ənənədən müasir mənada elmə keçidi hazırlayan ilk böyük maarifçi ədib və alimdir. O, özünün zirvə məqamına Mirzə Fətəli Axundzadə ilə çatan yeni ictimai fikrin də ilk baniləri və klassik xadimləri sırasındadır. Azərbaycan xalqının böyük mütəfəkkir alim və şairinin zəngin elmi – ədəbi irsindən seçmələrdən ibarət olan bu kitaba müəllifin “Təhzibil – əxlaq”, “Nəsihətlər”, “Kəşfül – Qəraib” əsərləri ilə yanaşı “Kitabi – Əsgəriyyə” povesti, “Mişkatül – ənvar” poeması, lirik şeirləri və mənzum hekayətləri daxil edilmişdir.