Информация о книге:
Аннотация:
Fantastika müasir ədəbiyyatşünaslıqda ən geniş mənalarda şərh olunan məfhumlardandır. Bu məfhumla müəyyən obrazlılıq tipi, ifadə və təsvir vasitələri sistemi, bir də fantastik ehtimal və elementlərin aparıcı olduğu ədəbiyyat növü göstərilir. Aydındır ki, bu kimi izah, əslində, heç nəyi izah etmir və deyilənlərin hər birinin ayrılıqda izaha ehtiyacı qalır. Fantastika janr rəngarəngliyinə görə klassik bədii ədəbiyyatdan, demək olar ki, fərqlənmir. Birmənalı şəkildə demək lazımdır ki, fantastika bədii ədəbiyyatın müstəqil qoludur. Onun əsasını qeyri-realistik vasitələr hesabına bədii vasitələrlə insan xarakterinin yaradılması, insanlar arasında qarşılıqlı münasibətlərin tipik əks etdirilməsi, tarixi qanunauyğunluqlar əsasında bəşəriyyətin ehtimal oluna biləcək inkişaf yolunun göstərilməsi və ən ümdəsi, ilk yaranışdan bədii söz sənətində aparıcı olan bəşəri problemlərin qoyulması və özünəməxsus şəkildə açılması durur. Belə fantastik əsərlərdən biri də A.Klarkın “Zamanın oxu” hekayəsidir. Hekayə elmi ixtiraların gətirə biləcəyi gözlənilməz nəticələrdən danışır: “ Çay qurumuşdu. Nəhəng heyvan çayın quru yatağı ilə enib batdaq cansız düzənliklə getməyə başlayanda gölün də suyu, demək olar, tamam çəkilmişdi. Bataqlığın hər yeri keçilən deyildi, hətta torpağın nisbətən bərk yerlərində də onun ağır pəncələri nəhəng bədəninin ağırlığı altında, azı, bir fut palçığa quylanırdı. Heyvan arabir dayanır, başını quş kimi cəld sola-sağa çevirərək düzənliyi gözdən keçirirdi. Bu məqamlarda onun pəncələri daha dərinə quylanırdı və əlli milyon il sonra insanlar həmin izlərə baxıb bu dayanacaqlann müddətini təyin edə bildilər.