Информация о книге:
Аннотация:
Günbatanda bu gün yazarlar və oxurlar fikirbir olub inanırlar ki, aşırı vətən və millət sevgisi öz qidasını düşüncə darlığından alır. İş o yerə çatıb ki, bir bayrağı ən ürəklə dalğalandıranın ona ən az layiq olduğunu düşünürlər. Onlarla fikirbir olmaqda bu gün mən də çətinlik çəkmirəm. Amma bir vətən, bir millət və bir dil var ki Gündoğanda, onu hələ də sevirəm mən, ilk günkü kimi. Sevməyənləri hədsiz çox olduğu üçün. Sevilməyə ehtiyac duyduğu üçün.