Информация о книге:
Аннотация:
Bu kitab Viktor Hüqonun “Səfillər” əsərinin motivləri əsasında hazırlanıb. Hüqonun əsərlərinə əlavələrin hazırlanmasına on doqquzuncu əsrin əvvəllərindən başlanılıb. İlk vaxtlar varlı ailələrin övladları üçün nəzərdə tutulan bu əlavələr, sonradan, iri həcmli kitabları almağa vəsaiti çatmayan xalq kütləsi arasında da geniş yayıldı. Ötən iki yüz ildə Hüqonun müxtəlif əsərlərinin yeniyetmələr üçün adaptasiya olunmuş əlavələri çap edildi. “Səfillər”in motivləri əsasında hazırlanmış “Qavroş” bütün dövrlərin ən çox oxunulan əlavələrindəndir. Rus kinomatoqrafları tərəfindən eyni adlı bədii və cizgi filmləri də çəkilib. Öz əsərlərində xalq arasından çıxan, hədsiz ağrı-acıya, haqsızlağa məruz qalan insanları canlandıran dahi Hüqonun möhtəşəm qəhrəmanlarından biri olan Qavroş, yaşadığı çətinliklərə baxmayaraq gülərüz, kobud olduğu qədər də bacarıqlı, fərasətli və cəsurdur. Paris küçələrində səfil həyat sürən bu on iki yaşlı oğlan 1832-ci ilə baş verən Paris iğtişaşlarında həlak olur.