Информация о книге:
Аннотация:
Saday Şəkərlinin ilk şeirlər kitabı rus şairlərinin tərcüməsində 1985-ci ildə Rusiyada nəşr edilmişdir. Hazırda onun imzası dünyanın yüzdən artıq ölkəsində tanınır və təqdir edilir. Şair 2015-ci ildə "Qurd ürəyi" romanına görə 10 il müddətinə həbs edilmiş, xarici təsirlərdən sonra azadlığa çıxmış və Avropada siyasi mühacir kimi sığınacaq almışdır. Onun kitablarının nəşrinə vətəni Azərbaycanda qadağa qoyulmuşdur. Bu kitabında şair öz oxucularının görüşünə iki poema və dörd illik həsrət, ayrılıq, qürbət şeirlərilə gəlmişdir. Həm də ilk kitabının nəşrindən 40 il ötür, indilərdə şair 65 yaşını da vətəndən uzaqlarda yaşamaqdadır. Saday Şəkərli Nobel mükafatı laureatı Aleksandr Soljenitsin Fondunun ömürlük təqaüdçüsüdür.