buna görə də heyvanları insanlarla müqayisədə daha mühafizəkar hesab etmək olar? Bəli, bəli, elədir ki var: bütün vəhşilər mühavizəkardır, hətta bir az radikaldırlar da. Həyatlar da baş verən azca dəyişikliyə çox ağrılı cavab verirlər. Onlar hər şeyin, günbəgün, aybaay olduğu kimi qalmasını sevirlər. Onlar heç bir gözlənilməzliyi sevmirlər. Məsəlçün götürək onların ərazilərdinə qarşılıqlı münasibətlərini. Hər bir canlının, istər təbiətdə olsun, istərsə zooparkda, öz əraziləri olur ki, bu ərazilərdə bütün münasibətlər şahmat fiqurlarının funksiyaları kimi dəqiq təyin olunub. Eynilə kərtənkələ, ayı və ya maralın ərazisi də şahmat taxtasında filin ərazisi ilə eynidir. Bir sözlə məqsədə çatmaq üçün hər iki modeldə müəyyən qaydalar qoyulub. Təbiətdə vəhşi heyvanlar bir sezondan o birisinə keçərkən həmişə eyni yollarla və eyni səbəblərdən köç edirlər. Zooparkda isə əgər bir heyvan uzun müddət eyni yerdə dayanmırsa deməli burda nə isə problem var. Bu o deməkdir ki, biz hiss etməsək də onun ətrafında nə isə dəyişib və o bundan narahatdır. Ola bilsin qəfəsləri təmizləyən işçi orda su borusunu unudub ya da bir vedrəni ağzıüstə çevirib, heyvan isə bundan çox narahat olur. Ya da onun ərazisində gölməçə yaranıb, bu heyvanı nəyə görəsə qorxudur. Ola bilsin pilləkanın kölgəsi gölməçəyə düşüb. Lakin, bu heyvanlar üçün daha böyük mənaya malikdir, bəzən hətta ən pis halda zooparkın müdirini qorxudan bir xəstəliyə, iştahsızlığa çevirlə bilir. Vetirinar çağırırlar, məlum olur ki, yaxınlıqdakı qəfəsdən leylək köçürüldüyü üçün o biri qəfəsdəki heyvan narahat olub.
Lakin gəlin məsələyə başqa tərəfdən yanaşaq. Tutaq ki, biz başqa adamın evinə soxuluruq, qapını qırırıq, səs-küy salıb qışqırırıq: “Rədd olun burdan! Siz azadsınız! Quş kimi azadsınızı! İtilin burdan! İtilin!” – elə bilirsiniz onlar dərhal dabanlarına tüpürüb, doğma məkanlarını tərk edəcəklər və sevincdən qışqırışacaqlar? Belə bir şey olmayacaq. Quşlar azad deyil. Sizin bayıra atdığınız sakinlər qayıdıb soruşa bilərlər: “Hansı həddlə bizi bayıra atırsan? Bu bizim evimizdir. Şəxsi məkanımızdır. Biz burda birinci ildir yaşamırıq. İndi polis çağıracağıq, axmağın biri axmaq!”
Kim bu məhşur deyimi bilmir: “Qonaqlıqda yaxşıdır, evdə isə lap əladır?” Eyni şeyi vəhşilər də hiss edir. Onlar ərazi canlılarıdır. Onların psixologiyasının mahiyyəti bundan ibarətdir. Ancaq öz sahələrində onlar təbiətdəki əsas funksiyalarını yerinə yetirə bilərlər, bu düşməndən gizlənmək və yeməklə su tapmaqdır. Yaşamaq üçün yararlı olan istənilən məkan, bir zoopark guşəsu, ya da çəpərlənmiş bir yer, bir qəfəs, xəndək, su ilə əhatə olunmuş adacıq, ağıl (cütdırnaqlılar üçün yer), terrarium (ilanlar və başqa sürünənlər üçün yer), volver (quşlara aid yer) və ya akvarium olsun, heyvanların yaşaması üçün mövcud olma yerləridir. Ola bilsin bu yerlər heyvanların təbii yaşayış yerlərinə daha az bənzəyir və insanların öz yaşayışına uyğun qurulub, lakin heyvanlar bir müddət sonra zoopark şəraitinə tamamilə öyrəşirlər. Belə ərazinin onların təbii əraziləri ilə müqayisədə daha kiçik olduğu tamamilə aydındır. Yaşamaq üçün məkan çox böyük olmalıdır, bu heyvanların öz istəklərinə görə deyil, həyati məcburiyyətlərə görədir. Zooparkda isə biz heyvanları özümüz evimizdə məskunlaşdığımız kimi yerləşdiririk. Çalışırıq dar bir məkanda onların böyük məkanda sahib olduqlarının hamısı ilə təmin edək. Halbuki, zamanında bizim də yaşadığımız mağaranın da xeyli uzaqlığından çay axırmış, ov üçün ovun dalınca onlarla kilometr gəzirikmiş, bəzən bir yerdə dayanıb gecələyirikmiş, giləmeyvələr üçün isə daha da uzaqlarla gedirikmiş. Bununla belə, ətraf mühit zəhərli sürünənlər və indikindən daha iri şirlərlə, ilanlarla, qarışqalarla, zəlilərlə dolu imiş. İndi isə “çay” borudan axıb gəlir, bircə krantı burmaqla su əlinin altındadır, elə yatağının yanındaca yuyunmaq, yemək və yaşamaq mümkündür. Belə yaşayış yerini asanlıqla təmizləmək, çəpərə almaq, qorumaq mümkündür. Ev, yığcam məkandır, burda bütün əsas ehtiyaclarımızı ödəyir, həm də bir yerdə rahat və təhlükəsizcə yaşaya bilərik. Zoopark da eynilə insanlarda olduğu kimi, heyvanlar üçün möhkəm, əlverişli yaşayış yeridir, doğrudur orda qızdırıcı soba və hər insanın evində olan başqa bu cür rahatlıqlar yoxdur. Heyvanlar burda onlara lazım olan hər şeyə, gəzinti meydançasına, istirahət üçün tövləyə, yemək və su içmək üçün yerlərə, su deposuna, ayaqyoluna və hər cür başqa rahatlıqlara sahibdir, o bir müddət sonra görür ki, artıq ova çıxmağa ehtiyac yoxdur, axı burda yem öz-özünə başa gəlir, özü də həftədə beş dəfə, bir müddət sonra heyvanlar vəhşi təbiətdə olduqları kimi burada da yaşamağa öyrəşirlər, məsəlçün növlərinin xüsusiyyətlərindən asılı olaraq yaşadığı yerlərin ətrafını sidikləri ilə nişanlayırlar, qoxusuna öyrəşirlər. Yeni yerə köçən heyvan, özünü təqib olunan mülkədar kimi hiss edir, ancaq heç bir halda o özünü dustaq kimi hiss etmir, tam hüquqlu ev sahibi kimi hiss edir. Qapalı yerlərdə bütün heyvanlar özlərini azadlıqda olduqları kimi aparır, hər zaman öz ərazilərini istənilən çağırılmamış qonaqdan qoruya bilir. Subyektiv yanaşsaq, çəpərlənmiş ərazi, heyvanların təbii yaşayış məkanından nə yaxşı nə də pisdir, istər çəpərli ərazi olsun, istərsə də azad məkan olsun, heyvanlar bir şeyi anlayır ki, əgər yaşayış şəraiti belədirsə deməli beləcə də yaşamaq lazımdır, bu onlar üçün sadə bir məntiqi nəticədir, bəbirin dərisindəki ləkələr kimi bu da təbiidir. Hətta kimsə mübahisə edə bilər ki, zopparkda yaşamaq heyvanlar üçün daha ağıllı bir seçimdir, çünki burada toxluq var və düşmənlərdən, parazitlərdən uzaq xoşbəxt bir həyat var, vəhşi təbiətdə isə onları daimi aclıq, gözlənilmədən qarşıya çıxan düşmənlər və parazitlər gözləyir. Özünüz mühakimə edin, hansı daha yaxşıdır, “Riç” mehmanxanasında havayı yaşamaq, bu azmış kimi pulsuz tibbi yardım almaq, yoxsa küçələrdə hamının zəhləsi gedən avara olmaq? Fəqət vəhşilər müqayisə etməyi bacarmırlar. Onlar düşdükləri hər yeri necə var eləcə qəbul edirlər.
Yaxşı zooparkda hər şeyi incəliklərinə qədər düşünürlər, beləliklə əgər heyvan öz ərazisinin girişlərini sidiyi ilə işarələyib: “Kənarda dayan!” – deyirsə, biz bunu anlayırıq və “Harda oturursan otur!” deyərək, bunun üzərinə hətta onlara etibar etdiyimizi göstərmək üçün ərazilərini dəmir barmaqlıqlarla çevrələyirik. Belə sülh diplomatiyası çərçivəsində həm heyvan incimir, həm də biz sakitcə, heç bir qorxu keçirmədən kənarda dayanaraq, bir-birimizə baxırıq.
Ədəbiyyatda heyvanlar haqqında xeyli sayda hekayətlər var ki, qaçıb azadlığa çıxmaq imkanları olub, amma qaçmayıblar, qaçsalar belə mütləq əksəriyyəti geriyə qayıdıblar. Bax məsəlçün şimpanze haqqında bir hekayətdə deyilir ki, bir dəfə necə olursa onun qəfəsinin qapısını bağlamağı unudurlar və qapı öz-özünə açılır. Şimpanze vəlvələyə düşüb, özünü sağa-sola vurur, hətta bir ara özü də çalışır ki, qapını bağlasın bağlaya bilmir. O vaxtadək səs-küy salır ki, axırda zooparkın ziyarətçilərindən biri bunu görür və xidmətçilərdən birini səsləyir. Xidmətçi gəlib qəfəsin qapısını bağladıqdan sonra şimpanze sakitləşir. Avropa zooparklarından birində də buna bənzər bir hadisə baş verib, yenə də qapısı açıq qalan qəfəsdən çıxmış cüyürlər, ziyarətçiləri qorxudaraq özlərini birbaşa, yaxınlıqdakı meşəyə vururlar. Həmin meşədə