Артур Конан Дойл

Subay zadəgan


Скачать книгу

ADƏGAN

      hekayələr

      MÜNDƏRİCAT

      Mühəndisin baş barmağı............................................................

      Subay zadəgan............................................................................

      Visteria qəsri................................................................................

      Qırmızı çevrə...............................................................................

      

      MÜHƏNDİSİN

      BAŞ BARMAĞI

      Yoldaşlığımız boyunca həll etməsi üçün dostum Şerlok Holmsa yönəldilən o qədər problemin arasında, mənim tərəfindən ona təqdim edilən yalnız iki hadisə oldu – birincisi cənab Haserleyin baş barmağı ilə bağlı olan, o biri də Polkovnik Varburtonun dəliliyilə bağlı olan. İkinci hadisə diqqətli və xüsusi qabiliyyətlərə sahib bir araşdırmaçı üçün daha maraqlı ola bilər, amma digəri, əvvəldən qəribə, detallarıyla elə dramatik idi ki xüsusilə bu hadisənin qələmə alınmasının daha mənalı olacağını düşünürəm. Hərçənd bu hadisədə, dostum o inanılmaz nəticəyə çatmasını təmin edən özünəxas üsullarını istifadə etməsinə çox gərək duymadı. Hekayə, bildiyim qədəriylə, qəzetlərdə də yayılmışdı, amma eynilə şərhlərdə olduğu kimi, yarım sütunda verilən bir xəbərin təsiri çox az olur; hələ hadisələrin tək-tək gözünüzün qarşısında inkişafını, sirrin pillə-pillə həllini görməklə müqayisə edəcək olsaq, hər şey aydın olar. Yaşandığı zaman, içində olduğumuz vəziyyət mənə çox təsir etmişdi və aradan iki il keçməsinə baxmayaraq bu təsirin azaldığını deyə bilmərəm.

      İndi danışacağım hadisə, 89-cu ilin yazında, evləndikdən dərhal sonra baş verdi. Həkimliyə geri dönüb, Beyker küçəsindəki mənzildən ayrılmışdım. Amma tez-tez gedib gəlir və bohem vərdişlərindən imtina edib heç olmasa bizi ziyarətə gəlməsi üçün arada bir Holmsı təşviq etməyə çalışırdım. İşim durmadan artırdı. Paddinqton stansiyasına çox yaxın olduğum üçün, fəhlələr arasından da xəstələr gəlməyə başlamışdı. İztirab dolu, xronik bir xəstəliyin pəncəsindən qurtardığım xəstələrimdən biri, hər fürsətdə qabiliyyətlərimi tərifləyir və təsir edə bildiyi hər xəstəni mənə göndərirdi. Bir səhər, saat yeddi olmamış, Paddinqtondan iki adamın gəldiyini və gözləmə otağında məni gözlədiklərini söyləyən xidmətçimiz tərəfindən oyandırıldım. Dəmir yolunda baş verən qəzalarının vacibliyini bildiyim üçün tez geyindim və aşağıya qaçdım. Aşağıya enərkən, köhnə tanışım olan gözətçi, otaqdan çıxıb qapını arxasından möhkəmcə bağladı. Çiyninin üzərindən qapını işarə edərək pıçıldadı:

      – Onu gətirmişəm. Amma narahat olma, vəziyyəti yaxşıdır.

      – Yaxşı, nə olub? – deyə soruşdum, çünki otağıma qəribə bir varlığı sıxışdırmış kimi davranırdı.

      – Yeni xəstədir, – deyə pıçıldadı. Ən yaxşısı onu özüm gətirim dedim, beləcə qaçmağa fürsəti olmazdı. Artıq sağ-salamat buradadır. Nəysə, indi getməliyəm həkim, bilirsən mənim də sənin kimi bəzi vəzifələrim var, – dedi göz vuraraq.

      Sonra dərhal getdi… Təşəkkür belə edə bilməmişdim.

      Qəbul otağıma daxil oldum. Masada, sadə geyimli bir cənab əyləşmişdi. Əlinə hər tərəfi qan ləkələri ilə dolu bir dəsmal sarımışdı. Gənc idi – yaşı iyirmi beşdən çox ola bilməzdi – və güclü, kişiyə xas üz xətləri vardı; amma inanılmaz solğun görünürdü və çətinliklə idarə etdiyi bir qorxu içindəymiş kimi davranırdı.

      – Sizi bu qədər erkən narahat etdiyim üçün təəssüf edirəm həkim, – dedi. Amma gecə çox ciddi qəzaya düşmüşəm. Səhər qatarıyla gəldim və Paddinqton stansiyasında, bir həkimi necə tapa biləcəyimi soruşar-soruşmaz xeyirxah biri məni bura gətirərək, nəzakət göstərdi. Xidmətçinizə bir kart vermişdim, amma görürəm ki, onu masanın üzərində unudub.

      Kartı götürüb baxdım. “Cənab Viktor Haserley, hidravlika mühəndisi, 16 A, Viktoria küç. (3-cü mərtəbə)

      Səhər gəlmiş qonağımızın adı və ünvanı belə idi.

      – Sizi gözlətdiyim üçün təəssüf edirəm, yəqin ki, darıxmısınız, – dedim kürsüyə oturaraq.

      – Anladığım qədəriylə gecə səfərindən yeni gəlmisiniz, bu özü belə kifayət qədər darıxdırıcıdır.

      – Xeyr, gecəm çox darıxdırıcı sayılmaz, – dedi və gülməyə başladı. Arxasına söykənmiş, silkələnə-silkələnə yüksək səslə gülürdü. Bütün tibbi təcrübələrim mənə bu gülüşün pisə bir işarə olduğunu hiss etdirdi.

      – Sakit ol! – deyə qışqırdım. – Özünə gəl! – Dərhal bir stəkan su verdim. Xeyri yox idi; gülüş krizinə tutulmuşdu. Güclü təbiətli insanların böyük bir təhlükə sovuşdurduqdan sonra rastlaşdıqları bir kriz idi. Nəhayət, özünə gəldi. Bət-bənizi ağarmışdı və yorğun görünürdü.

      – Özümü axmaq vəziyyətinə qoydum, – dedi.

      – Xeyr, heç də deyil. Gəl bunu unudaq.

      İçinə bir az brendi də qatdığım suyu içdikdən sonra qansız yanaqlarına bir az rəng gəldi.

      – Oh, baxın bu əla oldu! – dedi.

      – İndi həkim, görəsən, baş barmağımla, daha doğrusu, baş barmağımın olması lazım olan yerə baxa bilərsinizmi? Dəsmalı açıb əlini uzatdı. Sinirlərim möhkəm olmasına baxmayaraq mən belə gördüyüm mənzərə qarşısında ürpəşdim. Barmaq, kökündən kəsilmişdi.

      – Aman Tanrım! – deyə qışqırdım. Qorxunc bir yaradır bu. Ciddi qanaxma olub, deyəsən.

      – Bəli, həddindən artıq. Kəsiləndə huşumu itirdim və məncə uzun müddət də huşsuz qalmışam. Özümə gəldiyimdə hələ ağrı var idi. Bundan sonra biləyimin ətrafına dəsmalımın bir küncünü möhkəmcə sarıdım və bir taxtayla söykəndim.

      – Bir sözlə mükəmməl! Operator olmalı idiniz.

      – Əslində, hidravlik bir vəziyyətdir, bu da bildiyiniz kimi ixtisas sahəmdir.

      Yaranı araşdırdım və diaqnozu qoydum: Bu çox ağır və iti bir şeylə edilib.

      – Çapacaq kimi bir şey idi, – dedi.

      – Bir qəza idi hər halda?

      – Xeyr, qətiyyən.

      – Necə? Bir hücum idi?

      – Qətiyyən.

      – Məni qorxudursunuz.

      Yaranı təmizlədim və sarğı bezi ilə bağladım. Arada sırada dodağını dişlədisə də əməliyyat boyunca səsini çıxartmadan oturdu. İşimi bitirib – indi necəsiniz, – deyə soruşdum.

      – Möcüzə! Brendiniz və sarğınız sayəsində yenidən doğulmuş kimiyəm. Çox halsız düşmüşdüm, amma həqiqətən də yorucu bir gecə idi.

      – Bir müddət danışmasanız daha yaxşı olar. Aydındır ki sinirləriniz pozulub.

      – Yox, yox, artıq yaxşıyam. Hekayəmi onsuz da polisə danışmaq məcburiyyətində qalacağam, amma aramızda qalsın, bu yaram olmasa mənə inanacaqlarını düşünmürəm, çünki başıma gələnlər fövqəladə şeylərdir. Üstəlik danışdıqlarımı əsaslandıra bilmək üçün dəlilim də yoxdur. Mənə inanacaq olsalar belə onlara təqdim edə biləcəyim ipucları o qədər azdır ki, ədalətin yerini tapma ehtimalı azdır.

      – Aha, – deyə qışqırdım. – Həll edilməsini istədiyiniz bir problem varsa, polisə getmədən əvvəl dostum Şerlok Holmsa müraciət etməyinizi təklif edərəm.

      – Onun adını daha əvvəldən eşitmişdim, – dedi qonağım. Hadisəyə diqqət ayırsa çox sevinərdim. Təbii ki, polisə də getməyim lazım olacaq, amma əvvəl dostunuza müraciət etsəm yaxşı olar; oraya necə gedəcəyimi izah edərsinizmi?”

      – Daha