Джон Бойн

Zolaqlı pijamalı oğlan


Скачать книгу

p/>

      ZOLAQLI PİJAMALI OĞLAN

      Ön söz

      Ən qısa vaxtda yazılan möhtəşəm roman

      Yazıçı Con Boyn (John Boyne) 1971-ci ildə İrlandiyada doğulub. Yaradıcılığına hekayələrlə başlayan yazıçı müxtəlif mükafatların, eləcə də ardıcıl iki dəfə İrlandiya Kitab Müka-fatının laureatıdır. 2006-cı ildə nəşr olunmuş “Zolaqlı pija-malı oğlan” (The Boy in the Striped Pyjamas) romanı həm müəllifin vətəni İrlandiyada, həm də dünyada müxtəlif nüfuzlu mükafatlara layiq görülüb və müəllifinə böyük şöh-rət qazandırıb.“Zolaqlı pijamalı oğlan” eyni zamanda dün-yada ən qısa müddətə yazılmış kitabların siyahısında ilk yerdədir.

      “Nyu-York Tayms”ın bestsellerlərindən biri olan, dünya-da 5 milyon tirajdan artıq satılan “Zolaqlı pijamalı oğlan” romanı eyni gündə doğulan iki 9 yaşlı oğlanın – Bruno və Şmulun həyatından bəhs edir.

      1943-cü ildə Faşist Almaniyasında baş verən hadisələr, Bruno adlı alman oğlanın dilindən nəql edilir. Əsərin sadə dili və axıcı təhkiyəsi, faciələrin və dəhşətlərin sadə şəkildə canlandırılması romanın uşaq ədəbiyyatına aid olduğunu deməyimizə əsas versə də, əsər İkinci Dünya Müharibəsi haqqında yazılan ən təsirli romanlardandır.

      Yaşadıqları beşmərtəbəli evdən, geniş küçələri, kafe və böyük dükanları olan Berlindən Polşadakı əyalət şəhərinə köçərək əsir düşərgəsinə rəhbərlik edən faşist zabitinin oğlu tənhalıqdan əziyyət çəkir. Macəra romanlarını sevən və kaşif1 olmağı qarşısına məqsəd qoyan Bruno, tikanlı məftil-lərlə əhatələnmiş düşərgənin ətrafında gəzərkən yəhudi oğ-lan Şmulu kəşf edir…

      Düşərgəyə rəhbərlik edən faşist zabitinin oğlu Bruno ilə, yəhudi saatsazın əsir düşərgəsində yaşayan oğlu Şmulun taleyi düşərgə kənarındakı tikanlı məftillərin yanında kəsi-şir.

      Və bu tanışlıq onları heç də xoş olmayan sonluğa doğru sürükləyir.

      …Bu əyalət qəsəbəsində iki tip insan var: tikanlı məftil-lərin bir tərəfində azlıqda qalanlar – Bruno, ailəsi, alman əsgər və zabitləri, tikanlı məftillərin digər tərəfində çoxluq təşkil edənlər – Şmul, ailəsi və əsirlikdə olan başqa yəhudi-lər…

      Yazıçının cəmi iki gün yarıma yazıb bitirdiyi bu romanda hadisələr bir-birini sürətlə əvəz etdikcə, həyəcan artır. Əsə-rin nəfəskəsən tempi, hadisələr zəncirinin qeyri-adi inkişafı, axıcı təhkiyə oxucunu arxasınca sürükləyir.

      …Auşvitz(Osvensim) əsir düşərgəsində baş verənlər, Ho-lokost, yəhudilərə qarşı törədilən soyqırım əsərin əsas möv-zusu olsa da, müəllif bu faciəni çatdırmağın fərqli yoluna baş vurur. Müharibədən bəhs edən minlərlə romandan fərqli olaraq “Zolaqlı pijamalı oğlan” romanında faciə iki kiçik oğlanın taleyi fonunda daha da kədərli şəkil alır. Uşaqların heç biri müharibənin miqyasını, faciənin dəhşətini anlaya-caq yaşda deyillər. Bruno “böyüklər” kimi yəhudiləri düş-mən hesab etmir və əsir düşərgəsinin mahiyyətini dərk et-məkdən uzaqdır.

      Əsərin sonlarına doğru böyüklərin də müharibədən və baş verənlərdən yorulduğu, bezdiyi hiss olunur. Yazıçı Bru-nonun ata-anasına, xüsusilə övladları ilə birgə düşərgədən uzağa – Berlinə qayıtmaq istəyən anaya mərhəmətli yanaşsa da, labüd final dəyişmir…

      Brunonun otağının pəncərəsindən görünən zolaqlı pija-malı adamlar, yan-yana düzülmüş daxmalar, naməlum borularından qalxan dəhşətli tüstü əsərin sonunda həssas oxucunu ağlamağa məcbur edir…

      Amerikalı rejissor Mark Herman 2008-ci ildə əsərin mo-tivləri əsasında romanın özü qədər təsirli və populyar film ərsəyə gətirib.

      Cəlil CAVANŞİR

      İçindəkilər

      Ön söz

      Ən qısa vaxtda yazılan möhtəşəm

      roman (Cəlil Cavanşir)      3

      I Bölüm

      Bruno bir kəşf edir      9

      II Bölüm

      Yeni ev      17

      III Bölüm

      Ümidsiz hadisə      25

      VI Bölüm

      Pəncərədən görünənlər      32

      V Bölüm

      “Girmək hər zaman istisnasız qadağandır”      39

      VI Bölüm

      Layiq olduğundan çox pul alan xidmətçi      51

      VII Bölüm

      Anası etmədiyi şeyi necə boynuna götürdü      61

      VIII Bölüm

      Nənə niyə əsəbiləşib getdi      76

      IX Bölüm

      Bruno əvvəllər kəşf etməyi sevdiyini xatırlayır      83

      X Bölüm

      Nöqtə xal, xal damla, damla şəkil, şəkil uşaq oldu       89

      XI Bölüm

      Fyuri      99

      XII Bölüm

      Şmul, Brunonun sualına cavab axtarır      107

      XIII Bölüm

      Şərab şüşəsi      114

      XIV Bölüm

      Bruno son dərəcə məntiqli yalan danışır      127

      XV Bölüm

      Etməməsi lazım olan bir şey      135

      XVI Bölüm

      Saç kəsimi      147

      XVII Bölüm

      Ananın istədiyi olur      155

      XVIII Bölüm

      Son macəranı düşünmək      161

      XIX Bölüm

      Səhəri gün baş verənlər      167

      XX Bölüm

      Sonuncu bölüm      178

      I BÖLÜM

      BRUNO BİR KƏŞF EDİR

      Bruno, günlərin bir günü axşamüstü məktəbdən evə qayıdanda, başınıhəmişə önə əyən, baxışlarını yerdən qal-dırmayan xidmətçiləri Mariyanı otağında, şkafındakıbütün əşyaları dörd böyük çemodana doldurarkən görüb çox təəc-cüblənmişdi. Hətta arxada gizlətdiyi, heç kəs üçün maraqlı olmayan xüsusi əşyalarını belə götürürdü.

      – Nə edirsən? – Mümkün qədər nəzakətli olmağa çalışa-raq soruşdu.

      Kiminsə əşyalarını qarışdırdığını görməkdən xoşbəxt ol-masa da anası ona, Mariyayla hörmətlə davranmağı və onunla atasının danışdığı tərzdə danışmamağın vacibliyini öyrətmişdi.

      – Əllərini əşyalarıma vurma!

      Mariya başını buladı və baxışları ilə arxasındakı pilləkən-lərə işarə etdi. Anası orada peyda olmuşdu. Hündürboy, qırmızı saçlı qadın idi, saçlarını başının arxasında tülün içinə yığmışdı. Söyləmək və ya inanmağa məcbur olmadığı bir şeyvarmış kimi, əsəbi şəkildə əllərini ovuşdururdu.

      – Ana, –Bruno ona doğru irəliləyərək dedi, – Nə baş verir?