о, 2017
Elmi redaktorları
Rafiq İmrani, Sənətşünaslıq doktoru, professor Kars Kafkaz Universitesi Devlet Konservatuarı kafedra müdiri, Türkiyə
Azər Abdulla (Azər Abdulla oğlu Əhmədov), Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər İttifaqının üzvü, “Oğuz eli” qəzetinin və “Yazıçı” xüsusi buraxılışının redaktoru, Azərbaycan
Научные редакторы:
Рафик Имрани, доктор искусствоведения, профессор зав. кафедрой Карсского Кавказского Университета, Турция;
Азер Абдулла (Азер Абдулла оглу Ахмедов), член Союзов Писателей и Журналистов Азербайджана, доктор философии по филологии, редактор газеты «Огуз эли» и спецвыпуска «Язычы,» Баку, Азербайджан.
Orta, Orta İxtisas məktəbləri, Kollec və Musiqi Akademiyasının müəllim, tələbə və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Книга предназначена для старшеклассников средних музыкальных школ, студентов и педагогов музыкальных колледжей, а также для студентов, доцентов и профессоров музыкальных академий, где преподаются секреты мугамов. Она представляет интерес и для широкого круга читателей.
Kitab Asəf Zeynallı adına Azərbaycan Musiqi Kollecinin muğam və nitq mədəniyyəti üzrə müəllimi dostum və həmyerlim Məhərrəm Həsənəli oğlu Dövlətovun mövzuya göstərdiyi xüsusi marağı, titrək hissləri və xahişi əsasında tərtib edilib.
Книга составлена по просьбе моего друга, педагога по мугаму и культуре речи Бакинского Музыкального колледжа им. Асафа, Зейналлы Магеррама Гасанали оглу Девлатова, который с большим трепетом относится к мугаму, изучает и передает новым поколениям секреты древней музыки и проявляет особый интерес к его истории.
Kitab yazılıb: 2010–2016, Sietl, ABŞ.
Книга написана – 2010–2016 гг., Сиэтл, США.
GİRİŞ
Kitab müəllifin işləyib hazırladığı semantik modelləşdirmə metodu ilə transliterasiya olunmuş mixi yazılı mətnlərin türk dilinin (əsasən Azərbaycan türkcəsinin) qanunları əsasında oxuduğu və ilk dəfə rast gəldiyi muğam barədəki elmi dəlillər əsasında tərtib olunub. Qədim mətnlərdə uşşaq, rast, mahur, dağuna (müasir heyratı) və demüz (indiki segah) muğamlarının adlarına rast gəlinir. Qədim müəlliflər əsərlərində Azərbaycanın simli musiqi alətlərindən uda, tara, saza, cama və nəfəsli alət zilə (zurnaya) tez-tez müraciət edirlər. Sonuncu alət hətta yarandığı 8 min il qabaq hesab edilən şəkil yazı sistemində zil adı ilə də piktoqram işarə kimi peyda olur. Yaşadığı dövr eramzıdan əvvəl 4-cü-5-ci minillik hesab edilən Babilistan şair və astronomu Enlil İsmə Dağanın öz adı ilə birgə yadigar qoyduğu üç şeiri sübut edir ki, onlar qəzəl janrındadırlar və qəzəl də, yalnız muğama xidmət üçün yaradılırdı, bu gün də məhz bu məqsədlə yaradılır.
Bütün bunlar muğam ifaçılığının ən vacib atributlarından sayılır. Aşkar edilənlər müəllifə əsas verir ki, Azərbaycan ictimai fikrində indiyə qədər dominantlıq edən – guya muğam orta əsrlərin məhsulu olub, islamdan, ərəbdən, farsdan, əfqandan iqtibasdır – yanlış fikirləri rədd edib, muğamın və bütün sadalanan ona xidmət elementlərinin öz kökləri ilə tarixöncəki dövrə gedib çıxdığını əminliklə vurğulasın. Çoxlu təkzibolunmaz dəlillərlə sübut edilir ki, onların yaradıcısı da, digərlərinə ötürücüsü də türkün əcdadıdır. Muğamın da və adları çəkilən musiqi alətlərinin də kimdənsə iqtibasından söhbət gedə bilməz. Onların ilkin sahibi türkdür. Belə ki, indiki İraqda qalıqları qalan Allah “melçesi” (ocağı) Ziqquratdan (Cıqqur at) tapılmış gil yazılı daş qəbalə türk dilindədir və orada uşşaq muğamının adına dörd dəfə rast gəlinir. Bütün bunlar müəllifə ilk dəfə muğamın şəcərə ağacını da, onun mərkəzdənqaçma (“Şumerdən” “sapma”) fizika qanunu əsasında dünyaya yayılma xəritəsini də tərtib etməyə imkan verir.
Lap son dövrlərdə oxuduğu lyapis-lazuri lövhəsinə həkk edilmiş dörd adam fiquruna və mixi yazıların məzmununa söykənən müəllifə əski Babildə, Ete elində və Turanda uluların Muğam Akademiyasına malik olduqlarından və orada gənc mütəxəssis vokalistlərə muğamı tədris etdiklərindən geniş söhbət açmağa imkan verir. Lövhədəki motivasiya müəlliməsinin əlindən tutaraq, ali savadlı muğam ustasının yanına gətirdiyi gənc tələbə qızın və anun anasının fiqurları qədim dinamik muğam ustalarının emosiyalarını bütün çalarları ilə özündə əks etdirir. Müəllimə ustaddan qızı dinləyib, ana məsləhətlər verməsini xahiş edir. İlk dəfə oxucu üç Azərbaycan muğam ifaçısının şəkli ilə tanış olmaqla yanaşı, Ustadın öz dilindən enən iki Azərbaycan muğamının (Dağuna və Demüz) əski adlarını da, onlara xas xüsusiyyətləri də məhz bu lövhədən öyrənəcək. Muğamlar barədəki xarakterik çalarlar çox qisa olsa da, 4200 illik tarixin qatlarını yara biliblər.
Kitabın növbəti fəsilləri ayrı-ayrı muğam növlərinin doğulma səbəblərinə, yarandıqları təbiət hadisələrinə və cəmiyyət gerçəkliklərinə həsr edilib. Müəyyən olunub ki, adları indiyə qədər ərəbcə, farsca açılmalarına səy göstərildiyindən mənşəəcə bizə yadlaşdırılan muğamlar barədəki məlumatlar uydurmadan başqa bir şey deyil. U yalanlar öz növbəsində bu unikal, zəngin musiqi dünyasını nonsensliyə sürükləyib. Muğamlarımızın çoxunun adları əslində təmiz türkcədir və buna diqqət yetirməmək çoxlu yanlışılıqlara gətirib çıxarıb. Bu adlardan yola çıxaraq, onlar barədə həyati gerçəklikəri açmaq mümükündür. Məs., simayi şəms (Günəşin siması (üzü) və ya səthi) əcdadların allah sandıqları Günəş səthində baş verən qasırğalardan; mahur və ya mahur-hindi muğamı ulularımızın digər allahları Mərdukun göylərdə törətdiyi bərqvurma, gurultu, səma çaxnaşmaları və yağış və dolu yağdırmalarından; Dağuna (heyratı) yenə də zəlzələ allahı Mərdukun yerdə həyata keçirdiyi od püskürmələrindən törəyiblər. Ona görə də müəllif onları bir salxımın zingirtələri tək bir sapdan asaraq, yaratdığı qrupu həm də “Mərduk muğamları” adlandırır.
Bayatı janrında yazılmış muğamları digər bir salxımdan asan müəllif, onların kökünün 3000 il öncə türkün Ete eli ölkəsində taxta oturmuş, ulu sərkərdə, mümkün ki, şair və bəstəkar, adı mixi yazılardan enən Ulu Xan Bayat Çapan dövründən gəldiyini əldə etdiyi yazılı dəlillərlə sübut etməyə çalışır. Qeyd olunur ki, şahanə səslənən bayat muğamlarının yaradıcıları türk dünyasının yarısını təşkil edən qüdrətli oğuz xalqlarının ulu babaları Oğuz Xanın da əcdadı olmuş Ulu Xan Bayat Çapan və ondan törəmiş və zaman-zaman şərqə yayılmış bayatlar nəslinin mənən zadəgan övladları olmalıydılar. Bu cür alicənab, sanballı əsərləri özlərinə himn kimi yazanlar nə ərəb, nə fars, nə əfqan deyil, məhz Bayatın öz doğma türk törəmələridir. Ona görə də müəllif bu tip muğamları “Bayatı Muğamları” ilə bərabər, həm də “Ulu Xan Bayat Çapan muğamları” adlandırmağı da təklif edir.
Onlar da bəy, xan, əlahəzarat, şah, imperator mənasını verən və sanballılığı ilə şərəflənən Hümayun muğamı kimi xana, şaha, taxt-tac sahibinə yaraşan muğamlar olub, harada yaşamalarından asılı olmayaraq, həmişə şah, xan, lider, sərkərdə, şair olmuş ulu Bayat nəsillərinin himni kimi dünyaya gəliblər.
Digər qrup muğamlar dəstinə, yəni demüz (dem-göz yaşı və üz-üzən) muğamlarına sonradan verilmiş fars mənşəli sayılan segah adı ilə yanaşı, onların qədim türk adlarının da bərpası kitabda bol olan sxemlərdən birində öz