Zəri fənin, o birini isə özünün qabağına qoydu. Bu da Zərifəni özündən çıxardı: “Elə bilir şərab içməkdən çox elə xoşum gəlir”.
– Mən içməyəcəyəm, – Zərifə qətiyyətlə badəni kənara itələdi.
Aydın elə təəccübləndi ki, sanki Zərifə hansısa bir taleyüklü məsələnin həllindən yayınırdı:
– Nə danışırsan? Mütləq içməlisən.
– Dedim ki, içməyəcəyəm. Məcbur eləsən, indicə çıxıb gedəcəyəm. – Zərifə əməlli-başlı incidi. Onun kəskinliyi Aydını geri çəkilməyə məcbur etdi.
– Yaxşı, özün bilən məsləhətdir. Mən isə sənin sağlığına içəcəyəm.
Aydın badəni başına çəkdi. Sonra onu təzədən konyakla doldurub:
– Bunu isə içirəm ikimizin sağlığına, – deyib onu da içdi.
Zərifə heç cür özünə gələ bilmirdi, o, Aydını söz yağışına
tutmuşdu:
– Bura gəlməklə nə qədər ağılsız hərəkət etdiyimi fikirləşəndə az qalıram dəli olam. Mənə elə gəlirdi ki, bu görüş hər ikimizə bir təsəlli olar. Amma belə deyilmiş. Rəşidi necə sevdiyimi bu dərəcədə anlamamışdım. Həyatda heç kəsi onun qədər istəməmişəm, yəqin ki, bundan sonra da istəməyəcəyəm.
– Mənə bunları deməkdən ötrü gəlmisən? – Aydın acı-acı güldü.
Zərifə onun ürəyinin incə telinə toxunduğunu başa düşdü:
– Məni bağışla, Aydın. Gərək sənə deməyəydim.
Aydının gözləri yaşardı:
– Bəs mənə yazığın gəlmir? Gör neçə illərdir arxanca sürünürəm. Doğrudanım ürəyində mənə qarşı zərrə qədər də istək yoxdur?
Aydının göz yaşlan Zərifəni yumşaltmaq əvəzinə bir az da hövsələdən çıxardı.
– Özümü çox məcbur etmişəm, amma alınmayıb. Nə etməli, həyat təzadlarla doludur. Bilirəm ki, Rəşid məni sevmir, amma buna baxmayaraq başqa heç kəsə bağlana bilmirəm. İncimə, Aydın, nə edim, ürəyimə hökm edə bilmirəm. Mən həqiqəti sənə deməliyəm. Səni sevmirəm və heç vaxt da sevməyəcəyəm. Özümü yaxşı tanıyıram.
Aydının gözlərinin ifadəsi dəyişdi. Bayaqkı səmimi baxışlarda indi həris və çılğın işartı közərirdi.
– Eybi yoxdur, sevmə, Zərif, səndən incimirəm. İndi yanımda olmağın, belə yaxından sənə tamaşa edə bilməyim özü xoşbəxtlikdir. – Aydın bunu deyib bir göz qırpımında onu qucağına alıb qonşu otaqdakı çarpayıya tərəf apardı. Bunu ovunu parçalamağa hazır olan pələng cəldlyi ilə elə ani etdi ki, əvvəl Zərifə onun məqsədini başa düşə bilmədi. Özünü çarpayıda görəndə sarsılıb:
– Nə edirsən, burax məni, burax! – deyə çığırdı. Lakin Aydın ona əhəmiyyət vermədən kobudcasına Zərifənin əynindəki paltarları çıxarırdı. Zərifə paltarlarını tutub saxlamağa çalışır, Aydın isə vəhşicəsinə onları çıxarmaqda davam edirdi. Artıq Zərifənin əynində yalnız alt geyimi qalmışdı. O, Aydının qarmaqlarından qurtulmaq üçün var-gücü ilə çalışır, amma gücü çatmırdı. Nəhayət, bütün daxili qəzəbini toplayıb var – gücü ilə onun üzünə sillə çəkdi. Aydın elə bil yuxudan ayıldı. Onun əlləri boşaldı. Döşəmədə ayaqlan üstə çömbəlib başını aşağı saldı. Nə etdiyini, necə kobudluğa yol verdiyini sanki in-di anladı. Zərifəyə qarşı necə vəhşilik etdiyini başa düşdü. Heyvani hisslərinin selini başlı-başına buraxdığına görə özünü ittiham etdi.
Zərifə əlləri ilə üzünü tutmuşdu. Təhqir olunmuş, alçalmış adamlar kimi səssizcə ağlayırdı. Bədəni Aydının qarmaqlarından qıpqırmızı idi. Bundan mütəəssir olan Aydın onun çiyinlərini qucaqlayıb öpməyə başladı. Zərifə daha dartınmır, müqavimət göstemirdi, buna onun taqəti qalmamışdı. Yaman yo-rulmuşdu. Bu nəvazişlərdən. Aydının atəşli öpüşlərindən xoşhal olmurdu. Aydının odlu dodaqlan onun hisslərini oyatmırdı. Aydından zəhləsi gedirdi, ona nifrət edirdi, onu dünyalar qədər sevən, yolunda həyatından keçməyə hazır olan bu adamdan o, iyrənirdi.
Birdən belə fikirləşdiyinə görə öz-özündən utandı. Aydına yazığı gəldi. Ayaqlarına yıxılmış bu adam onun yadına Hüseyn Cavidin sözlərini saldı: “Siz qadınlar ayaqlarınıza qapananları təhqir edər, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız!” Elə bil bu sözlər Zərifə üçün deyilmişdi. O, Aydını qucaqlayıb oxşamaq, öpüşlərinə cavab vermək istədi. Lakin bu, bircə an çəkdi. Onun sarışın saçlarını sığallamaq üçün qaldırdığı əlləri sözünə baxmadı. “Hər şey necə də mürəkkəbdir. Sevmədən xəyanət etmək də olmazmış”, – deyə fikirləşdi. Onun bura gəlməyi, Aydının hissləri ilə oynamağı böyük səhv idi. Tutduğu işin ağılsızlığını bir daha anladı. Güclə eşidiləcək səslə Aydına dedi:
– Bir də mənə yaxınlaşsan, ömürlük səni dindirməyəcəyəm.
– Sən məni bu halda qoyub gedə bilməzsən.
Aydın kallaşmış səslə, az qala qışqıra-qışqıra dedi. Zərifənin dinmədiyini görüb yalvarıcı nəzərlərlə ona baxdı. Lakin Zərifə onun qan çəkmiş, yadlaşmış gözlərinə baxmırdı. O, heç nə demədən paltarını geyinməyə başladı. Aydın paltan onun əlindən almaq, geyinməyinə mane olmaq istədi.
– Get, mənə su gətir, – Zərifə əmr elədi. Aydın suyu gətirənə kimi Zərifə artıq geyinib yataq otağından çıxmışdı. O, əlləri əsə-əsə suyu içdi. Aydının üzünə baxmadan:
– Qapını aç, gedirəm, – dedi.
– Necə? Gedirsən? Axı gəldiyin heç on dəqiqə deyil. – Aydın təşvişə düşdü. Lakin Zərifənin əməlli-başlı titrədiyini görüb qorxuya düşdü. – Zərif, sənə nə olub? Bir yerin ağrımır ki? – deyə əl-ayağa düşdü. Onun əllərini ovuclarına alanda bumbuz olduğunu görüb həyəcan içində onu divanda oturtdu. Zərifə yalvarış dolu səslə dilləndi:
– Burax məni. Yalvarıram sənə, gözümdən düşmək istəmirsənsə, qapını aç gedim.
– Qorxma, Zərif, daha əlimi sənə toxundurmayacağam. Eləcə otur. Bir az özünə gəl.
Zərifə daha söz demək iqtidarında deyildi. O, başını divana söykəyib gözlərini yumdu. Elə yorulmuşdu ki, ayağa qalxmağa taqəti yox idi. Özünü pis hiss edirdi. Aydın cəld o biri otaqdan adyal gətirdi, onunla Zərifənin üstünü örtdü.
– Vəhşilik etdiyimə görə məni bağışla. Özümdən asılı olmadı. Amma məni də başa düş. Səni yanımda görəndə özümü itirdim, hisslərimi cilovlaya bilmədim.
Aydının pıçıltılı səsi Zərifəyə qətiyyətini qaytardı. O, adyalı üstündən atıb ayağa qalxdı:
– Bu dəqiqə qapını açmasan, sənə ömrüm boyu nifrət edəcəyəm.
– Sənə yalvarıram, ayaqlarına döşənirəm, Zərif!
Aydın doğrudan da