Джейран Вейдаддиновна Пиралиева

Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya


Скачать книгу

17 avqust 1942-ci ildə Azərbaycanın paytaxtı qədim Bakı şəhərində, Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan musiqisinin banilərindən biri, “Əməkdar incəsənət xadimi”, dirijor, pianoçu Əbdül-Müslüm Maqomayevin ailəsində dünyaya goz açmışdı.

             Körpənin ilk səsini, ilk qığıltısını, ilk həyəcanını, ilk naləsini eşidənlər ağıllarına, hətta belə, gətirə bilməzdilər ki, yenicə eşitdikləri bu, səs gələcəkdə dünyanın ən möhtəşəm konsert saraylarını, ən nüfuzlu səhnələrini, ən böyük idman meydançalarını öz avazı ilə ziynətləndirəcək, ağzınacan dolu dinləyici auditoriyasını məftun və heyranedici cazibəsi ilə ağuşuna alaraq əbədiyyət dünyasına səyahətə aparıb-gətirəcəkdi. Heç kəs deyə bilməzdi ki, yenicə doğulan körpə milyonlarla insanı mahnı və bəstələrinin həqiqi ovsununa, sehrinə salacaq, onları heyrətləndirəcəkdı.

             Azərbaycanın böyük bəstəkarı və dirijoru Əbdül-Müslüm Maqomayevin böyük oğlu Cəmaləddin 1910-cu, kiçik oğlu Məhəmməd isə 1916-ci ildə dünyaya göz aışdlar. Teatr işçiləri ailəsində doğulan kiçik Müslümün atası Məhəmməd teatr rəssamı, teatr tərtibatçısı, anası Ayşət xanım Əhməd qızı isə dramatik aktrisa idi.

             Ayşət xanımın rəfiqəsi Valentina Osipovna Müslümlə anası arasında mövcud olan ayrılığı xatirələrində qeyd edərkən reallığı əks etdirməyən bəzi yanlış məqamlara toxunmuşdu, səhvə yol vermişdi. Ancaq qətiyyətlə demək olar ki, bu yanlışlıqda Valentina Osipovnanın heç bir günahı, heç bir təqsiri yox idi, çünki bu, qeyri-müəyyən faktları rəfiqələrinə Ayşət xanım özü danışmışdı. Oh, ( Valentina Osipovna : -C.P.) isə sadəcə olaraq Ayşət xanımdan eşitdikləri təkrarlamaqla kifayətlənməli olmuşdu.

              “Onun danışığından, belə, aydın oldu ki, həlak olan həyat yoldaşının ailəsində Ayşət xanımı iki dəfə məzəmmət ediblər. Birinci dəfə o, Şərq adət-ənənəsinə zidd çıxaraq ailədə qalmayanda. İkinci dəfə isə Müslümü ana babasının və nənəsinin yanına aparanda. Ayşət xanımın dediklərinə görə Müslüm uşaqlıqda dələduz olub, az qalıb ki, pis uşaqlar ilə əlaqə qursun. Bu, hərəkəti ilə Ayşət xanım Müslümü pis vərdişlərdən və dələduzlardan xilas edibdi. Müslüm ailədən zorla ayrılıb və kiçik yaşlarında əzab, əziyyət və iztirablar çəkibdi”, -deyərək, -Valentina Osipovna fikirini tamamlamışdı.

             Müslüm Maqomayevin yazdığı “Melodiya mənim məhəbbətimdi” xatirələr kitabını, həmçinin, müğənninin müxtəlif vaxtlarda, müxtəlif mətbuat orqanlarına verdiyi çoxsaylı müsahibələri bir neçə dəfə, təkrar-təkrar oxuduqdan sonra belə qərara gəldim ki, Ayşət xanımın Müslümün uşaqlıq illəri, onun pis uşaqlara qoşulması, dələduzluq etməsi və əzab-əziyyət çəkməsi ilə bağlı söylədiyi fikirlər heç bir məntiqə əsaslanmır və tamamilə səhvdir. Məhz, bu, nöqteyi-nəzərdən çıxış edərək Müslüm haqqında deyilənlərlə razılaşmaq imkanım xaricindədir. Əgər, xatırlayırsınızsa yuxarıda Ayşət xanımla bağlı olan bölmədə, bilərəkdən Müslümün anasını müzakirə və mühakimə obyektinə çevirməkdən yan keçdim və qeyd etdim ki, yeri gəldikcə bu məsələyə bir daha qayıdacam. Düşünürəm ki, bu məqamda problemi kənara qoymaq qətiyyən real görünmür, çünki Valentina Osipovnanın Ayşət xanıma istinadən söylədiyi fikirlərin arxasında yalnız uşaq Müslüm, onun ailəsi-əmisi Cəmaləddin və onun həyat yoldaşı Mariya İvanovna, sözsüz ki, nənəsi Baydagül xanmı qınaq hədəfinə çevirmək məqsədi diqqət mərkəzinə gətirilmir. Burda, həm də bizim gözəl Bakı şəhəri, azərbaycanlı uşaqlar, həmçinin, həmin məhəllədə yaşayanların əxlaqı, nizam-intizamı, milli adət-ənənələr qınaq predmetinə çevrilir.

             Tam əminliklə deyə bilərəm ki, Müslümün uşaqlıq illərinə bu cür yanaşan Ayşət xanım yalnız özünü müdafiə etmək, özünə bəraət qazanmaq prinsipini qarşısına əsas məqsəd olaraq qoymuş və sözsüz ki, nisbətən də olsa rəfiqələrini buna inandırmağa nail olmuşdu, ən azından, mən bu cür düşünürəm. Çünki həmin zaman kəsiyində Ayşət xanımın rəfiqələri Bakıda cərəyan edən ictimai-siyasi proseslər, Müslümün ailəsi və azərbaycanlı uşaqların mövcud durumları haqqında məlumatlı deyildilər. Məhz, buna görə də, onların Ayşət xanımın bu çəfəngiyyatına inanmaqdan başqa ayrı çarələri qalmırdı. Əgər gətirilən bəhanələri əsaslar üzərində analitik təhlil etmiş olsam aşağıdakı nəticəni əldə edə bilərəm:

             1.Müslüm Maqomayev həyət dostları haqqında heç vaxt mənfi fikirdə olmayıbdı, əksinə, müğənni onlar haqqında daima xoş düşüncələr səsləndirib , hətta, böyüyüb boya-başa çatdıqdan sonra imkan daxilində onlarla əlaqə saxlayıb, görüşüb və dostluğunu davam etdiribdi. Ayşət xanım bəzi müsahibələrində əvvəl didiklərini unudaraq oğlunun həyət yoldaşları, yaşadığı məhəl müxtəlif mənfi, qeyri-real fikirlər Əgər onun (Ayşət xanımın: -C.P.) dedikləri, -doğru olsaydı, Müslümün dostları və məhəllə yoldaşları: P. Bülbüloğlu, A.Babel, İ.Kozlovski, İ.Aktyamov, V.Vasilyev və başqaları pis yola gedərdilər;

             2.Müslümün dediklərindən aydın görünür ki, onun ev “İvan Qroznu”su hesab etdiyi Camal əmisi və onun savadlı, diqqətçil həyat yoldaşı, Mariya İvanovna Ayşət xanımdan fərqli olaraq heç vaxt Müslümün pis uşaqlarla əlaqədə olmasına imkan verməzdilər. Ümumiyyətlə, bu, qayğıkeş və tələbkar insanlar çoxsaylı fikirlərində bir dəfə də olsun Müslümün pis uşaqlara qoşulduğunu dillərinə gətirməmişdilər. O ki, qaldı kiçik Müslümün əzab-əziyyət içində böyüməsinə, bu, fikir tamamilə və kökündən yanlışdı. Həmin dövrdə, yüksək vəzifədə çalışan Cəmaləddin Maqomayev, uşağa ən yaxın və doğma olan Baydagül xanım və istiqanlı Mariya İvanovna buna yol verə bilməzdilər. Çox illər keçdikdən sonra Müslümün nənəsi Baydagül xanımı xatırlaması, qiyabi və gec də olsa ondan üzr istəməsi, Mura xalanı (Maria İvanovnanı: -C.P.) xoş təəssüratlarla yad etməsi Müslümün isti və doğma əllərdə olmasından, o cümlədən böyük diqqət və qayğı ilə əhatə olunmasından xəbər verən fakt kimi qəbul olunmalıdı ;

             3.Ayşət xanım kiçik Müslümü ata ailəsindən ayıranda onun cəmi üç yaşı var idi. Üç yaşında uşaq heç vaxt küçədə tənha qala, pis vərdişlərlə məşğul ola və dələduzlara qoşula bilməzdi. Cəfəngiyyat… Mənasız bir fikir… Elə deyilmi? Axı üç yaşında uşaq pisin və ya yaxşının nə olduğunu tam mənada anlamadığı bir halda necə bu cür işlərə qurşana bilərdi? Sadəcə olaraq bunların hamısı bəhanədən başqa ayrı cür başa düşülməməlidi;

              “Bağışla məni nənə. İndi mən başa düşürəm ki, uşaqlıq illəri hara gedir, həmçinin, anlayıram ki, biz uşaqlıqda kimi sevmirik, kim ki, bizə diqqətini, qayğısını və xoş sözlərini əsirgəmir, biz onlara ərköyün münasibət göstəririk, o isə həmişəlik və birdəfəlik səma və dəniz kimi hara isə axıb gedir…”, -deyərək, -Müslüm xatırlayırdı.

             4.Hormətli oxucular! Bu, monoqrafiyanı mütaliə edərkən Müslümün dostları haqqında daha dürüst və daha ətraflı informasiya alacaqsınız və bir daha əmin olacaqsınız ki, Bakının