Джейран Вейдаддиновна Пиралиева

Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya


Скачать книгу

bölüşmüşdü.

      Babasının həyat və yaradıcılığı Müslüm Maqomayevi daima maraqlandırıb. O, babasından qalan arxiv materiallarını diqqətlə öyrənib, doğma və yaxınlarının babası ilə bağlı danışıqlarına qulaq asıb, aldığı məlumatları toplayaraq sintez edib və babasının mümkün olan obrazını təsəvvüründə və təxəyyülündə canlndırmağa, formlaşdırmğa çalışıb və bir sual ətrafında həmişə illüziya qurmağa səy göstəribdi. Nəhayət ki, müğənni, qismən də olsa “mənim babam necə olubdu?” sualına cavab tapa bilmisdi.

      “Doğmalarımın dediklərindən bildim ki, babam olduqca səxavətli, əliaçıq, ədalətli, həmçinin, insanlara mütəmadi kömək etməyi bacaran bir insan olubdu. Üzeyir Hacıbəylinin Peterburqdan babama ünvanlandığı bir məktub indiyə kimi bizim ailə arxivində qorunub saxlanıbdı. Həmin məktubda Üzeyir dostu Əbdül-Müslümə göstərdiyi maddi köməkliyə görə təşəkkürünü bildirərək yazırdı:

      –Mənim imkanım var ki, sakitcə işlərimlə məşğul olum. Bunun məntiqi nəticəsidi ki, mən konservatoriyaya daxil oldum. Bütün bunlar üçün, göstərdiyin həqiqi köməyə görə sənə ürəkdən təşəkkür edirəm və bunun üçün sənə borcluyam. Bu arzumun yerinə yetməsi üçün sən rahatlığını, həmçinin, sağlamlığını qurban verdin. Görəsən bacara biləcəmmi, sənə minnətdarlıq edim?”

      Bu, məktub 1914-cü ildə yazılıbdı. Həmin zaman gənc Üzeyir musiqi təhsilini konservatoriyada davam etdirmək üçün Peterburqa gəlmişdi. Hadisələri bir qədər qabaqlayaraq demək olar ki, müğənni Müslüm Maqomayev, sanki babası bəstəkar Əbdül-Müslümün prototipi olmaq məqsədini qarşısına məqsəd qoymuş və bütün həyatı boyu bu istiqamətdə hərəkət etməyə üstünlük vermişdi.

      “Babam, həm dostluq, həm də, ürəkdən səmimi jest etməyi bacarıbdı. Bizdə çox az adam tapılar ki, “Koroğlu” süjetinə operanın yazılması ideyasının eyni vaxtda, həm Maqomayevə, həm də Hacıbəyliyə gəlməsini bilsin. Nə vaxt ki, babam, bu barədə öyrənir, həmən opera üçün yazdığı partituranı cırıb atır və deyir:

      Üzeyir yaxşı yazar.

      Buna rəğmən babam, həm də xoştəbiətli insan olubdu: dostu Üzeyirdən fərqli olaraq yaxşı kef çəkməyi xoşlayıbdı. Nə vaxt ki, günah sahibi Zülfüqar Hacıbəyli “kef çəkmək üçün” o zaman ki, taksi-fayton ilə babamın arxasınca gəlirdi, onlar qayğılı sifət göstərib nənəmi aldatmağa çalışırdılar, guya ki, teatrda musiqi ilə bağlı təxirəsalınmaz iş var. Ancaq fayton, onların arxasınca əl yelləyən Baydagül xanımın görmə əhatəsindən çıxan kimi istiqamətini dəyişirdi və Bakı aktyorları, aşıqları, xanəndələri, musiqiçiləri yığışan sevimli restorana səmt götürürdü.

      Deyilənlərə rəğmən, babam həmin vaxt yaxşı qazanıbdı. O, məktəbdə müəllim işləyib, yaxşı pul alıb, məhz buna görə də yalnız özü kef çəkmirdi, həm də dostlarının yerinə, əsasən də, restoranda masa arxasında əyləşən imkansız musiqiçilərin yerinə hesab verirdi. Yaxşı yeyib-içdikdən sonra restoranın sahibindən tapançanı götürüb keçmiş Amerika barlarındakı kovboylar kimi boş butulkaların boğazlarını nişan alırmış. Restoranın sahibi buna etiraz etmirdi, çünki Maqomayev onun pulunu artıqlaması ilə ödəyirdi. Buna görə də o, Müslüm bəy idi!”

      Azərbaycan ədəbiyyatına qəhrəmanlıq dastanı kimi daxil olan Bəstəkar, bu operanı eyniadlı dastan əsasında 1916-cı ildə yazmağa başlamış, əsər 1919-cu ildə səhnəyə qoyulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə tamaşaya qoyulan bu opera Əbdül- Müslüm yaradıcılığında ən mükəmməl əsər hesab olunur. “Şah İsmayıl” əsəri AXC dövründə ilk opera olmaqla bərabər, həm də həmin zaman Azərbaycan peşəkar musiqisinin tərəqisində əhəmiyyətli rol oynamış, onun ən vacib nöqtəsini düzgün nişan vermişdi.

      “Şah İsmayıl” operasının birinci redaksiyasında muğamat improvizasiyaları Üzeyir Hacıbəylinin ilk operalarında olduğu kimi əsas yeri tuturdu. Soz yox ki, bəstəkarın bu üslubda opera yaratmasına əsaslı səbəblər var idi. O zaman Azərbaycan tamaşaçılarının mürəkkəb opera formalarını dinləməyə hazır olmadığını və musiqili teatra yenicə cəlb olunan xalqın zövqünə yaxın olan musiqiyə müraciət etmənin zəruriliyini Əbdül- Müslüm nəzərdə tutmaya bilməzdi. Maqomayevin “Şah İsmayıl” operasının üç redaksiyası mövcuddu. 1930-cu ildə Əbdül- Müslüm operanın üçüncü redaksiyasını yaradıb. Həmin redaksiyada musiqi materialı əvvəldən sona qədər notla yazılmış şəkildə təqdim olunur. Maqomayev klassik operanın bütün əsas formalarından -ariya, ansambl, çoxsəsli xor, həmçinin, Azərbaycan musiqisinin incilərindən sayılan zərb muğamlarından “Kəsmə şikəstə” və “Qarabağ şikəstəsi”ndən, ümumiyyətlə, milli musiqinin bütün janrlarından məharətlə və yüksək sənətkarlıqla istifadə etmişdi…” (one)

      Əbdül-Müslüm Maqomayevin tarixi şəxsiyyət olan Şah İsmayıl haqqında bu cür mükəmməl bir əsər yaratmasının kökündə, bəstəkarın musiqi nəzəriyyəsini yaxşı bilməsi, Azərbaycan musiqisinə dərindən bələd olması, həmçinin, bir musiqiçi-dirijor kimi yetişməsi müsbət təsirini göstərmişdi. Bu isə, öz növbəsində obrazlar arasında möhkəm rabitə qurmağa imkan yaradan əsas əlamət kimi qəbul oluna bilər.

      “Operanın əsas ideyası ilə əlaqədar olaraq, əsərin magistral dramaturji xətti bilavasitə Şah İsmayıl obrazı ilə sıx bağlıdı. Şah İsmayıl obrazının təsvirində bəstəkar iki üsuldan məharətlə istifadə edir: II, III və V pərdələrdə o, improvizasiya üsuluna müraciət edir. I pərdədə isə Şah İsmayılın atasına olan ehtiram və məhəbbəti, məhz opera musiqisinə səciyyəvi olan ariya janrında bəstələmişdi. Həmin ariyada, Əbdül- Müslüm zövqlə şüştər ladından istifadə edir. Əzəmətli uvertüranın ardınca gələn və insanları bilavasitə Aslan şahın gərgin həyəcanına cəlb edən operanın əvvəlində səslənən şahın ariyası old vuqca di. Şahın ürəyində olan ölüm qorxusu musiqidə hiss və həyəcanla təcəssüm edilir. Əsərin digər obrazları da, ifadəli musiqi materialları ilə xaraktrerizə olunubdu. Gülzarın səmimi lirik obrazı, “Döyüşçü qadın” Ərəbzənginin cəsarətli, igid siması tam dolğunluğu ilə burda əksini tapıbdı”.

      Əbdül-Müslüm yaradıcılığında Azərbaycana, doğma vətənə, Azərbaycan xalqına olan böyük və səmimi məhəbbət, sevgi bəstəkarı bütün yaradıcılığı boyu izləmiş və yeni əsərlər yaratmağa sövq etmişdi. Bu, Qəbildən olan əsərlər bəstəkar tərəfindən, əsasən, XX əsrin 15-ci illərinin əvvəllərində, onun ömrünün son günlərinə qədər olan zaman kəsiyi ərzində bəstələnmişdi.

      Bəstəkarın nota aldığı “Şah İsmayıl” və “Nərgiz” operaları, musiqili komediya janrında ərsəyə gətirdiyi “Xoruz bəy” operettası, opera – balet formasında yazdığı “Dəli Muxtar” əsərləri (1936) Azərbaycanda ilk instrumental simfonik əsərlər hesab olunur. “Ceyran”, “Azərbaycan çöllərində”, “Azad olunmuş azərbaycanlı qızının rəqsi”, “Dərviş”, “Şəlalə” rapsodiyaları, “RV-8” marşı, “Şur təsnifi”, “Yaz”, “Neft”, “May”, Tarla, Gözəlim, Durna

      Bəstəkarın ərsəyə gətirdiyi "Nərgiz" (1935) operası Əbdül- Müslüm yaradıcılığının zirvəsi hesab olunur. Bununla bağlı bəstəkar