ki var. Səni, ay oğul. Özü də nə desə yaxşı-dır: “Sənin bu müştərinə nə olub, ay Sevil bacı? Oxu-maq onu birtəhər edib, deyəsən. Adamla belə bir cür danışır”. Mənim də ki, bilirsən də, bu ermənini görmə-yə gözüm yoxdur. Elə söz dedim, yeddi qatından keç-di, vallah. İnanmayacaqsan, amma dedim.
– Nə dediniz?
– Dedim ki, nədir, ay qoca çərənçi, olmaya adını çaşıb Tiqran deyib? Deyibsə də, əsl adındır da, niyə in-ciyirsən?
– Necə?! Lap elə dediniz?
– Öz canımçün, bax belə də dedim. Alçaq elə yazıq sifət aldı ki, elə bil kimsə onu qatlayaraq çamadanın bir küncünə basdı. Üzünü döndərib getdi, bircə söz də demədi. Bir az yazığım da gəldi, intəhası onu da yerin-də oturtmaq lazımdır. Düz demirəm, bəyəm?
– Tahiri iki gündür ki, nokaut vəziyyətinə salırlar.
– Necə bəyəm?
– Mən də dünən Tahirin sözünü ağzında qoydum.
– Nə dedin ki?
– Eh, indi bunun heç bir mənası yoxdur. Onsuz da, mənim dediyim siz verən cavaba çatmaz.
– Necə də utanmaz-utanmaz gülürük, a bala. Am-ma xətrinə dəymişik a.
Gülürük? Mən gülmədim axı. Heç Sevil xala özü də gülmədi. Bəs niyə belə dedi? Bəlkə, dediyi sözlərə artıq peşman olub?
Bəs görəsən, Sevil xala fikir verdi ki, biz birinci də-fədir, belə uzun müddət söhbət edirik? Çətin. Sevil xa-la mənim kimi düşünmür. Düşünə də bilməz. Tama-milə başqa insandır, başqa təbəqənin nümayəndəsidir. Belələri aramızda çoxdur. Elə bilirlər ki, təkcə gündə-lik işlərlə, məişət problemləri ilə məşğul olsan, bəsdir. Bütün maraqsız həyatlarını belə yaşayıb, nəhayət, ge-dirlər. Heç kəs də onları yada salmır. Daha başa düş-mürlər ki, insanın daxili aləmi də var. İnsan qarnını doyurmağa can atdığı kimi, ruhunu da doyurmağa can atmalıdır. Savadlı insanlara hörmətlə baxan belə-ləri, əslində, ömrünü oxumağa, maariflənməyə həsr edənlərə şübhə ilə yanaşırlar. Belə insanlarda Allaha inam ona and içməklə tamamlanır. Əqidə, dini məslək sözləri onların məişət lüğətində heç vaxt səslənmir. Amma onlar mənim kimi insanlardan qat-qat xoş-bəxtdirlər. Düşüncələr onların beynini yemir, mükəm-məl olmağa can atmırlar. Dostlar da ki… Ürəyin istə-yən qədər. Mənimsə bircə dostum var. O da İmran. Ancaq mən İmranın çoxsaylı dostlarından biriyəm. Görəsən, niyə heç kəslə dostlaşa bilmirəm? Uşaqlığım-dan bəri bu suala cavab axtarıram. Lakin bir həqiqət də var ki, heç dost axtarmağa can atmıram da. Yadım-dadır, mən balaca olanda evimizə gələn qonaqlar bə-zən soruşardılar ki, bəs sənin dostun var? Mən də “var” deyərdim. Sonra tez qonşumuz Aytəngilə qaçıb onun pişiyini istəyərdim. Pişik Aytənin idi, amma o özü də etiraf edirdi ki, pişik məni daha çox istəyir. Heç ya-dımdan çıxmaz, Aytəngil köçəndən sonra düz bir ay valideynlərimə yalvardım ki, mənə pişik alsınlar. İndi onu özüm də ala bilərəm, Tanrıya şükür, işimə qarışan yoxdur, amma düşünmürəm ki, mənə indi pişik lazım-dır.
– Ay oğul, təkcə sənin otağın qalıb. Çıxırsan, bura-ları qaydaya salım?
– Sevil xala, bilirsiniz də, əgər kitablardan bircəsi də yerindən tərpədilsə…
– Yox, yox. Əl vuran deyiləm. Dəliyəm bəyəm? Yadımdadır keçən dəfə neylədin.
– Lap yaxşı.
Minnətə bir bax. Hər dəfə deyirəm, kitablara əl vurma, xeyri yoxdur. Təzə çıxıb, kitabları rənginə görə düzür. Hələ bir inciyir də.
Sevil xala gələnədək nəyi düşünürdüm? Hə, pişik! Qonaqlar görəndə ki, mənim dostum pişikdir, gülər-dilər. Anama da: “Bu uşağa qardaşdan-bacıdan lazım-dır” deyərdilər. Amma mən evin tək uşağı olaraq qal-dım.
Çox maraqlıdır ki, pişiyi o cür sevirdim, ancaq adını heç xatırlamıram. Bir neçə dəfə yadıma salmağa cəhd göstərmişəm, lakin alınmayıb. Bəlkə, anamdan soru-şum? Görəsən, mənə gülməz? Deyirəm, elə indi… Yox, Sevil xala gedəndən sonra.
– Sevil xala, işinizi bitirəndən sonra mənə bir stəkan çay verərdiniz, zəhmət olmasa.
– Yaxşı, bəs acmamısan?
– Xeyr. Mümkünsə, işinizi yekunlaşdırın, mənim gedəsi yerim var.
Saat dörddür. İndi çıxsam, yaxşıdır. Çox gec qayıt-maq istəmirəm. Görüm nə geyinim?
Çay əladır. Çay dəmləməkdə Sevil xalaya çatan yoxdur.
– Sevil xala! Bu nədir? Demədim, heç nəyə əl vur-mayın? Ay Sevil xala! Hardasınız axı? Qaçıb gedib. Bir də bura gəlməyin, eşidirsiniz məni?
– Nə olub? Niyə qışqırırsan? Səsin bütün bloku gö-türüb.
– Heç, ay xala. Qıy-qışqırığıma görə bağışlayın. Se-vil xalaya sözüm vardı.
Yaxşı ki, avtobusda adam azdır, səs-küy olanda bu yolun ləzzətini çıxara bilmirəm. Şıxova tərəf gedən hə-mişə var, amma ilin bu vaxtı dəniz kənarına, düşünü-rəm ki, məndən başqa heç kəs getmir. İnsanlar dənizi yayda sevirlər, mənim üçün isə fərqi yoxdur. Dörd fəs-lin hər birində dəniz başqa aləm olur.
– Sürücü, burada saxlayın.
IV
Dəniz. Dalğalar. Səma.
Onların vəhdəti çox maraqlıdır.
Bu gün hava küləklidir. Səmada boz buludlar dola-şır. Dalğalar isə… dalğalar əsl mənim istədiyim kimi-dir bu gün. Çırpılmağa qaya axtarırlar. Bu mənzərəni çox xoşlayıram. Dalğa olmayanda dəniz maraqlı ol-mur. Məni dənizə cəlb edən dalğadır. Sakit dənizi se-vən bədbəxt adamlardır. Düzdür, mən də özümü xoş-bəxt hesab etmirəm. Mən neytral səviyyədə durmşam, iki qütbün – xoşbəxt və bədbəxtin arasında.
Dalğalar mənim üçün dərin məna daşıyır. Məncə, psixoloqların ayırd etdiyi dörd növ temprament dalğa-lara da xasdır. Bu gün hüzuruma sanqviniklər gəliblər. Elə ən çox da onları xoşlayıram. Dərindən düşünəndə elə bizim həyatımız da belə dalğaların üzərində keçir. Həyatımızdakı enişlər-yoxuşlar dalğanın tempera-mentindən asılıdır. Hər birimizin öz dalğası var. Dal-ğanın əhvalından asılı insanlar onların üzərində sanki bir oyuncaq kimi atılıb-düşürlər, amma çoxlarının bundan xəbəri yoxdur. Çoxları Allaha inanmır, onun qüdrətindən bixəbər olanlar dalğalara da inanmır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской