К. Г. Паустовский

Hekayələr


Скачать книгу

nə oldu?

      – Sonra? – Rudnev təkrar soruşdu. – Sonra əsgərlər necə lazımdır vuruşdular və biz almanların mühasirəsini dağıdıb onları cəhənnəmə vasil elədik. Biz mühasirə zolağını havaya sovurub toz-torpaq qarışıq yerlə bir etdik. Mən insanların belə şiddətli, eyni zamanda müqəddəs qəzəbinə nadir hallarda rast gəlmişəm.

      – Bəs Nastya necə oldu?

      – Necə olacaq! İndi bütün diqqətini, qayğısını yaralılara yönəldib. Cəbhənin bizə aid məntəqəsində ən yaxşı tibb bacısıdır!

      ALABALIQLARIN ÜZDÜYÜ KİÇİK ÇAYLAR

      Bir Napoleon ordusu marşalının taleyi barədə – tarixçiləri və vasvası adamları qıcıqlandırmamaq üçün onun adını söyləməyək – insan hislərinin kasadlığından şikayət edən sizlərə danışmağa dəyər.

      Bu marşal hələ gənc idi. Saçına düşmüş azacıq dən və yanağındakı çapıq onun üzünə xüsusi yaraşıq verirdi. Bu çapıq məhrumiyyət və hərbi yürüşlərin ucbatından daha da tündləşmişdi.

      Əsgərlər marşalı sevirdilər, çünki o onlarla müharibənin ağırlığını bölüşürdü. O, tez-tez plaşına bürünüb elə tonqalın yanındaca uzanıb yatardı, səhərlər isə şeypurun xırıltılı səsinə oyanardı. Əsgərləri ilə bir qabdan yeyib-içər, üstü toz basmış, sürtülmüş mundir geyərdi.

      Bu adam yorucu yürüşlərdən və döyüşlərdən başqa bir şey görməmişdi. Onun heç vaxt ağlına gəlməmişdi ki, yəhərdən əyilib kəndlidən soruşsun ki, indicə atının tapdaladığı otun adı nədir. Yaxud əsgərlərinin Fransa şərəfinə istila etdiyi şəhər nələri ilə məşhurdur. Ardı-arası kəsilməyən müharibələr ona susqunluq öyrətmiş, öz həyatını unutdurmuşdu.

      Bir dəfə qış vaxtı marşalın Lombardiyada1 düşərgə salmış süvari bölüyü təcili Almaniyaya yola düşmək və əsas orduya qoşulmaq haqda əmr almışdı. Yürüşün on ikinci günü bölük gecələmək üçün kiçik bir alman şəhərində dayanmışdı. Qara bürünmüş dağlar gecənin qaranlığında ağarır, fıstıq meşəsi göz işlədikcə uzanırdı. Bu ümumi durğunluqda bircə ulduzlar bərq vurmaqla hərəkət edirmiş kimi görünürdü.

      Marşal mehmanxanada qalmışdı. Sadə şam yeməyindən sonra o, kiçik zaldakı buxarının qarşısında oturub tabeliyində olanları dincəlməyə buraxmışdı. Yorulmuşdu, tək qalmaq istəyirdi. Qulağınacan qara bürünmüş şəhərciyin sükutu ona gah uşaqlığını, gah da bu yaxınlarda gördüyü, bəlkə də, heç mövcud olmamış yuxunu xatırladırdı. Yaxşı bilirdi ki, bu günlərdə imperator həlledici döyüşlə bağlı qərar verəcək və özünü inandırırdı ki, adət etmədiyi bu sakitlik ona şiddətli hücumqabağı sonuncu istirahət kimi çox gərəklidir.

      Alov insanlarda keyləşmə, yerində donub-qalma yaradır. Buxarıda çırtıltıyla alovlanan odun parçalarından gözünü çəkməyən marşal necə donub-qalmışdısa, içəri yaşlı, arıq, quşsifət bir adamın girdiyindən xəbər tutmamışdı. Adamın əynində yamanmış frak vardı. Naməlum kişi buxarıya yaxınlaşıb donmuş əlini qızdırmağa başladı. Marşal başını qaldırıb narazı halda ondan soruşdu:

      – Siz kimsiniz, cənab? Səssiz-səmirsiz niyə burda peyda olursunuz?

      – Mən musiqiçi Baumveysəm, – kişi cavab verdi. – Mən ehtiyatla içəri girdim, çünki bu qış gecəsində adam istər-istəməz səs-küysüz hərəkət etmək istəyir.

      Musiqiçinin səsi və siması rəğbət oyadırdı və marşal bir az düşünüb dedi:

      – Buxarıya yaxın oturun, cənab. Etiraf edim ki, həyatımda belə sakit gecələrim az ələ düşüb, ona görə də sizinlə söhbət etməyə şad olardım.

      – Təşəkkür edirəm, – musiqiçi cavab verdi, – ancaq icazə versəydiniz, royal arxasına keçib ifa edərdim. Artıq iki saatdır ki, bir musiqi ağlımdan çıxmır: onu çalmalıyam. Yuxarıda, mənim otağımda isə royal yoxdur.

      – Yaxşı… – marşal dedi, – düzü, bu gecənin sükutu hətta ən ilahi musiqi ilə belə müqayisə oluna bilməz…

      Baumveys royal arxasına keçib güclə eşidiləcək səslə çalmağa başladı. Marşala elə gəldi ki, şəhərciyin ətrafında dərin və yüngül qar dənəcikləri səslənir, qış zümzümə edir, qardan ağırlaşmış fıstıq ağaclarının budaqları mahnı oxuyur, hətta buxarıdakı ocaq da cingildəyir.

      Yanan odunlara baxıb ocağın deyil, çəkməsindəki mahmızın cingildədiyini görən marşal üz-gözünü turşutdu.

      – Deyəsən, gözlərimə əcaib-qəraib şeylər görünməyə başlayır, – dedi. – Siz, yəqin ki, çox möhtəşəm bir musiqiçisiniz.

      – Yox, – Baumveys dedi və çalmağa ara verdi, – mən kiçik knyazların və tanınmış adamların bayram şənliklərində, toylarında ifa edirəm.

      Artırmanın yaxınlığında tirlərin cırıltısı eşidildi. Atlar kişnədilər.

      – Budur, – Baumveys ayağa qalxdı, – dalımca gəliblər. İcazənizlə sizinlə vidalaşım.

      – Hara belə? – marşal soruşdu.

      – Burdan iki lyö2 aralıdakı dağlarda meşəbəyi yaşayır, – musiqiçi cavab verdi. – İndi onun evində bizim gözəl müğənnimiz Mariya Çerni qonaq qalır. Müharibənin yanlışlıqları ucbatından buralarda gizlənir. Bu gün Mariya Çerninin iyirmi üç yaşı tamam olur. Bu münasibətlə kiçik bir şənlik təşkil edir. Qoca pianoçu Baumveys olmadan hansı şənlik keçər ki!

      Marşal kreslodan qalxdı.

      – Cənab, – dedi, – mənim rəhbərlik etdiyim hərbi bölmə sabah səhər bu şəhərdən çıxacaq. Sizə qoşulub gecəni meşəbəyinin evində keçirsəm, mənim tərəfimdən nəzakətsizlik olmaz ki?

      – Siz necə istəyirsiniz, – Baumveys təmkinlə cavab verib təzim etdi, amma hiss olunurdu ki, o, marşalın sözündən təəccüblənib.

      – Ancaq, – marşal dedi, – bu barədə heç kimə bir söz deməyin. Mən arxa qapıdan çıxıb quyunun yanında kirşəyə əyləşəcəyəm.

      – Necə məsləhətdir, cənab, – musiqiçi yenidən təzim edərək bayıra çıxdı.

      Marşal gülümsədi. Bu gecə o, şərab içməmişdi, amma qayğısız bir məstlik qeyri-adi bir qüvvəylə onu ağuşuna almışdı.

      – Qışa doğru! – öz-özünə dedi. – Cəhənnəm olsun hər şey, meşəyə, gecə dağlarına üz tutaq! Əla!

      O, paltosuna bürünüb hiss olunmadan mehmanxananın arxa bağçasından çıxdı. Quyunun yanında kirşə dayanmışdı: danışdıqları kimi, Baumveys artıq onu gözləyirdi. Xırıldayan atlar hasarın böyründəki gözətçinin yanından ötəndə o, bir az ləng tərpənsə də, adəti üzrə etdiyi kimi, tüfəngi çiynində dikəldib marşala hərbi salam verdi. O, gedən kirşənin zənglərinin cingildəməsinə xeyli qulaq verdi, sonra başını yırğalayıb dedi:

      – Ah, bu nə gecədir! Eh, heç olmasa, bir qurtum yaxşı şərab olsaydı!..

      Atlar cilalanmış