Özün bilirsən, anan rəhmətə getdi, onu dəfn etdik. Sən müharibədə həlak olandan sonra elə çökdü ki, heç cür özünə gələ bilmədi. Budur, indi sənin xatirəni anmağa gəlmişəm. Gəldim ki, sənin yanında olmuş insanların qarşısında baş əyim. Bu torpağa, bu dağlara, udduğun havaya, içdiyin suya baş əyim. Budur, görüşdük, mənim balam. Nə baxırsan, bu qədər danışmaqdansa, apar göstər mənə bir zaman haqqında danışdığın aulu, dərs dediyin məktəbi”.
Çordon nə qədər yaddaşını qurdalasa da, Sultanının yaşadığı evin sahibi olan ovçunun adını xatırlaya bilmədi. Bircə onu bilirdi ki, o, yaxşı adam olub, oğlu onu çox istəyirdi, indi onun, yəqin, yetmişə yaxın yaşı olardı. Görəsən, indi sağdır, yoxsa yox? O, tez-tez xəbər yollayardı ki, Çordon onlara qonaq gəlsin və qartalla ova çıxsınlar. Görəsən, həmin qartal dururmu, axı onlar çox yaşayırlar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.