Евгений Викторович Тарле

Napoleon


Скачать книгу

yürüş

      Misirə hərbi yürüş Fransanın müstəmləkə işğalları tarixində xüsusi yer tutur. Bu, eyni zamanda Napoleonun karyerasında ikinci böyük müharibədir. Marsel burjuaziyasının və Fransanın cənub ərazilərində yaşayan əhalinin Balkan yarımadası, Suriya və Misirlə uzun illər davam edən əlverişli ticarət əlaqələri vardı. Bu ərazilər o dövrdə Osmanlı imperiyasının torpaqları sayılırdı. Fransanın hakim dairələri isə Misirə Hindistanla İndoneziyadakı ticari və siyasi rəqiblərini təhdid edə biləcəkləri strateji yer kimi baxırdılar. Məşhur filosof Leybnits21 bir vaxtlar XIV Lüdovikə hollandiyalıların bütün Şərqdə mövqeyini laxlatmaq üçün Misiri işğal etməyi məsləhət görmüşdü. XVIII əsrin sonunda isə başlıca düşmən hollandiyalılar yox, ingilislər idi. Deməli, Fransanın siyasi rəhbərləri Misiri ələ keçirməyi təklif edən Bonaparta heç də dəli kimi baxmırdılar. Təəccüblü deyil ki, hətta ehtiyatlı, hər şeyə şübhə ilə yanaşan Xarici İşlər naziri Taleyran22 da bu planı qətiyyətlə müdafiə edirdi.

      Beləliklə, Kampo-Formiodan sonra indi başlıca düşmən İngiltərə idi. Bonapart bütün gücünü Misiri işğal etmək üçün Direktoriyadan donanma və ordu almağa yönəltmişdi. Şərq onu həmişə özünə cəlb eləyirdi. Sonralar Misir səhrasında gəzərkən yoldaşlarına yarızarafat, yarıciddi demişdi ki, heyif, çox gec doğulub, bir vaxtlar Misiri tutmuş Makedoniyalı İsgəndər kimi özünü Tanrı, ya Tanrının oğlu elan eləyə bilməz.

      Direktoriyanı yola gətirmək üçün Bonapart çox da əziyyət çəkməli olmadı. Bunun da bir neçə səbəbi var idi. Birincisi, Direktoriyanın özü də iqtisadi, hərbi, siyasi baxımdan bu istiladan fayda güdürdü. İkincisi, səfərin uzaq və təhlükəli olması Bonapartın qəfil məşhurlaşmasından narahatlıq hissi keçirənlərin (o cümlədən Barrasın) işinə yarayırdı.

      Nəhayət, yürüşə icazə verildi, Bonapart isə baş komandan təyin edildi. O dərhal hazırlıqlara başladı. Gəmilərə baxışdan tutmuş əsgərləri seçməyə qədər bütün işlərlə özü şəxsən məşğul olurdu. O, əsgərlərin çoxunu tanıyırdı. Ümumiyyətlə, Napoleonun yaddaşı ətrafındakıları həmişə heyrətə salırdı. Məsələn, o bilirdi ki, filan əsgər dözümlü və qoçaq olsa da əyyaşdır; digəri çox ağıllı və fərasətlidir, ancaq tez yorulur, çünki yırtıq xəstəliyindən əziyyət çəkir. Bonapart sonralar marşalları yaxşı seçdiyi kimi, kapralları, əsgərləri də dəqiqliklə seçirdi. İndi isə Misir yürüşündə ona əlli dərəcə istidə döyüşməyi, səhrada susuz qalmağı bacaran adamlar lazım idi.

      1798-ci il mayın 19-da Bonapartın donanması Tulondan yola düşdü. 30 min adamın yerləşdiyi 350 irili-xırdalı gəmi, az qala, bütün Aralıq dənizi sahili boyunca üzməli və admiral Nelsonun eskadrasından23 yayınmalı idi.

      Fransanın dəniz ekspedisiyasına hazırlıq gördüyündən, demək olar, bütün Avropa xəbərdardı. Bu ölkənin cənub limanlarında qızğın iş getdiyini, bura axın-axın əsgərlərin göndərildiyini, ekspedisiyanın başında isə Bonapartın dayanacağını İngiltərədə də yaxşı bilirdilər. Bəs ekspedisiya hara üz tutacaqdı? Bonapart şayiə buraxmışdı ki, məqsədi Cəbəlütariqdən24 keçib İspaniyanı dolanaraq İrlandiyaya qoşun çıxarmaqdır. Bu şayiə Nelsonu çaş baş saldı: fransız donanması limandan çıxıb şərqə – Maltaya yönələndə, o, Napoleonu Cəbəlütariqdə gözləyirdi.

      General Bonapart Maltaya yaxınlaşıb adanın təslim olmasını tələb etdi və buna nail oldu. Buranı Fransanın torpağı elan edib, bir neçə gündən sonra Misirə doğru üzdü. 30 iyunda öz ordusu ilə İsgəndəriyyə şəhəri yaxınlığında lövbər saldı. Buradaca məlum oldu ki, iki gün əvvəl ingilis eskadrası şəhərə yaxınlaşaraq Bonapartı xəbər alıb. Vəziyyət təhlükəli idi. Deməli, Nelson fransızların Maltanı tutduğunu eşidincə aldandığını anlayaraq Misirə doğru tələsib. İstəyi də budur ki, fransız donanmasını quruya çıxmağa macal tapmadan dənizdəcə batırsın. Ancaq məhz bu tələskənliyi ona ziyan vurdu; İsgəndəriyyədə ona deyəndə ki, Bonapart adlı adamı tanımırlar, Nelson Konstantinopola üz tutdu. Bu da fransız ordusunu xilas etdi. Qeyd etdiyimiz kimi, həmin dövrdə Misir türk sultanının torpağı sayılırdı. Lakin ölkəni idarə edən məmlük bəyləri sultana xərac versələr də, faktiki olaraq Konstantinopoldan25 asılı deyildilər.

      Misirə yürüş edən Bonapart özünü elə göstərirdi ki, guya türk sultanı ilə vuruşmaq niyyətində deyil. Əksinə, onunla dostluq əlaqəsi saxlayır və ərəbləri məmlük bəylərinin əsarətindən xilas etməyə gəlib. Napoleon həmçinin islam dininə hörmətlə yanaşdığını deyirdi. Sonra isə ona tabe olmayana qarşı ciddi ölçü götürəcəyini söyləyirdi.

      Bonapart İsgəndəriyyənin ardınca Qahirəyə doğru irəlilədi. Qorxmuş əhali baş verənləri dinməzcə seyr eləyirdi. Onlar Bonapart haqqında heç nə eşitməmişdilər, bura niyə gəldiyini, hətta kiminlə vuruşduğunu belə bilmirdilər.

      Daha sonra Napoleon Suriyaya yürüş etmək üçün hazırlığa başladı. Fransadan gətirdiyi alimləri özü ilə ora aparmaq istəmirdi. Bonapart müasiri olan alimlərə dərin hörmət bəsləmirdi. Lakin onlara konkret tapşırıqlar verdikdə böyük faydalarının dəyə biləcəyini gözəl anlayırdı. Bu səbəbdən də ekspedisiyaya daxil etdiyi alimlərə ayrıca diqqət göstərirdi. Bonapartın məmlüklərlə bir döyüşdən əvvəl verdiyi əmr xeyli məşhurdur: “Eşşəklər və alimlər ortaya!” O bu əmrlə yürüş zamanı əsgərlərə əvəzsiz köməyi dəyən uzunqulaqlarla elm nümayəndələrinin təhlükəsizliyini təmin etmək məqsədi güdürdü.

      Qeyd etmək lazımdır ki, Bonapartın hərbi yürüşü misirşünaslığın inkişafında böyük rol oynadı. Onunla gələn alimlər insan sivilizasiyasının beşiyi olan bu qədim diyarı elm üçün kəşf etdilər.

      1798-ci ilin oktyabrında Qahirədə üsyana cəhd edildi. İşğalçı ordunun bir neçə əsgəri hücuma məruz qaldı və öldürüldü. Üsyançılar üç gün ərzində bəzi məhəllələrdə ciddi müqavimət göstərdilər. Qiyam amansızcasına yatırıldı. Hətta sonrakı günlərdə də hər gün on-on beş adam edam edilirdi.

      Çox keçmədi ki, Qahirədəki üsyan yaxınlıqdakı kəndlərə də sıçradı. General Bonapart elə ilk üsyandan xəbər tutan kimi əmr etdi ki, həmin kəndləri mühasirəyə alıb bütün kişiləri qırsınlar, evləri isə yandırsınlar. Əmr dəqiqliklə yerinə yetirildi.

      Bu arada Bonapart iki təhlükə ilə hesablaşmağa məcbur idi. Birincisi, admiral Nelson, nəhayət, fransız eskadrasını haqlayıb tamamilə məhv etmiş, admiral Briey isə döyüşdə həlak olmuşdu. Beləliklə, Misirdə döyüşən ordunun Fransa ilə əlaqəsi kəsilmişdi. İkincisi, Osmanlı sultanı Suriyaya ordu yollamışdı.

      Bonapart türklərin qarşısına çıxmaq üçün Suriyaya doğru irəlilədi. Şəhərlər bir-birinin ardınca fransızlara təslim olurdu. Napoleon Süveyş boğazından keçib 1799-cu il martın 4-də Yaffa şəhərini mühasirəyə aldı. Şəhər təslim olmaq istəmədi. Belədə elan edildi ki, Yaffa hücumla tutulsa, bütün əhali qılıncdan keçiriləcək, hətta bir nəfər belə əsir götürülməyəcək. Yaffa yenə təslim olmadı. Martın 6-da şəhərə hücum başladı. Tezliklə Yaffaya soxulan əsgərlər