o gün mənə söz vermədin ki, yaxşı oxuyacaqsan?
Oğul:
– Verdim, ata.
Ata:
– Bəs mən söz vermədim ki, oxumasan, səni yaxşıca kötəkləyəcəyəm?
Oğul:
– Verdin, atacan. Amma mən sözümün üstündə durmadım. Sən də durma.
– Anacan, sən bilirsən, mən müəllimimi nə qədər çox istəyirəm?
– Bilirəm, bilirəm.
– Elə bax ona görə də mən bu il sinifdə qaldım. Bildim ki, ondan ayrılsam, çox darıxacağam.
Müəllim Rasimin sağ əlini yuxarı qaldırıb deyir:
– Rasim, bu sinifdə mənə bundan çirkli əl göstər, sənə “afərin” deyim.
Rasim dərhal sol əlini qaldırıb deyir:
– Müəllim, indi “afərin” deyin.
Müəllim:
– Fərid, elə bir heyvan adı deyə bilərsən ki, indi mövcud olmasın?
– Bəli! Fondik!
– Bu hansı heyvandır?
– Bizim pişiyimizin adı idi. Keçən həftə maşının altında qalıb öldü.
İki müəllim kimin sinfinin daha tənbəl olmasıyla bağlı mübahisə edirdi. Onlardan biri öz şagirdlərini yığdı və dedi:
– Ən tənbəl olan – bir addım irəli!
Hamı irəli addım atdı.
Bunu görən ikinci müəllim öz sinfinə üz tutdu:
– Ən tənbəl olan – bir addım irəli!
Hamı yerində qaldı.
– Təkrar edirəm, ən tənbəl olan – bir addım irəli!
Yenə heç kəs tərpənmədi.
– Eşitmirsiniz məni, ən tənbəl kimdirsə – irəli bir addım atsın!
Bu yerdə oğlanlardan biri yoldaşına dedi:
– Bəlkə, çıxaq irəli?
– Dəli olmusan, elə uzağa getmək olar?!
– Domrul, əgər bir ət tikəsini yarıya bölsək, nə alınar?
– İki tikə.
– Bəs onları da yarıya bölsək?
– Dörd tikə.
– Yenə bölsək?
– Qiymə.
Müəllim şagirddən soruşur:
– Şahin, de görüm, alma yığımı üçün ən əlverişli zaman nə vaxtdır?
– İt zəncirlə bağlı olanda!
Müəllim çətin bir sualla sinfə müraciət edir və heç vaxt əl qaldırmayan Kamilin hamıdan qabaq əl qaldırdığını görüb təəccüblənir.
– Buyur, Kamil, sualın cavabını ver görək.
Kamil ayağa qalxıb deyir:
– Müəllim, Rizvana deyin də, məni çimdikləyir.
Murada hovuzla bağlı bir məsələ qurmaq tapşırdılar. Məsələdə 90 və 40 rəqəmləri olmalı idi. Murad bir qədər fikirləşib dedi:
– Doxsan nəfər hovuza girdi, qırxı çıxdı.
Şagirdlərdən biri müəllimə deyir:
– Atam dedi ki, biz meymundan törəmişik.
– Otur! Sizin ailənizin tarixçəsi məni maraqlandırmır!
– Məryəm, iki üstəgəl üç neçə edir?
– Beş.
– Bəs dörd üstəgəl üç?
– Yeddi.
– Bəs yeddi üstəgəl dörd?
– Bilmirəm, biz on birə hələ çatmamışıq.
Müəllim Sevincə “Qarğa və tülkü” təmsilini oxumağı tapşırdı, sonra isə sual verdi:
– Hansı sənin daha çox ürəyincədir – qarğa, yoxsa tülkü?
– Ən çox ürəyimcə olanı pendirdir… – deyə Sevinc cavab verdi.
Müəllim:
– Vaqif, sənin keçən ad günündə neçə yaşın var idi?
Vaqif:
– Səkkiz.
Müəllim:
– Bəs sənin gələn ad günündə neçə yaşın olacaq?
Vaqif:
– On.
Müəllim:
– Gündəliyini bura ver, Vaqif, “iki” alırsan!
Vaqif:
– Niyə, müəllim, bu gün mənim elə ad günümdür də!
Müəllim:
– Anar, əgər sən bu cür oxumağa davam etsən, sənin atanın saçları tezliklə ağaracaq.
Anar:
– Atam buna çox sevinər, axı indi o, tamamilə keçəldir!
– Kamal, transformator necə işləyir?
– Bax belə: z-z-z-mmm-z-z-z-mmm.
Riyaziyyat dərsində müəllimə Vidadiyə sual verir:
– Tutaq ki, sən şalvarının sağ cibində üç manat tapdın, sol cibində isə iki…
– Deməli, mən başqasının şalvarını geyinmişəm! – deyə Vidadi tez cavab verdi.
– Könül, sən ev tapşırığını niyə yerinə yetirməmisən?
– Siz demişdiniz ki, bayram günləri ev tapşırıqları verilmir. Mənim isə dünən ad günüm idi!
Müəllim:
– İnsanda hansı dişlər ən sonda çıxır?
Şagird:
– Düşünürəm ki, süni dişlər.
– Aslan, fərz edək ki, sənin on manatın var. Sən atandan daha on manat istədin. İndi sənin cəmi neçə manatın olacaq?
– On manat, Sevda müəllimə.
– Çox pis, Aslan! Sənin riyaziyyatdan heç xəbərin yoxdur.
– Sizin isə, Sevda müəllimə, mənim atamdan heç xəbəriniz yoxdur!
İki dost rastlaşır:
– Salam, qanın niyə qaradır?
– Eh,