Elçin Şıxlı

Sükutdan sitat


Скачать книгу

də bilər.

      Əslində, elə belə də olacaq, amma bu artıq sonranın işidir. Hələliksə bizi maraqlı olduğu qədər də çox təlatümlü və hətta təhlükəli günlər gözləyir. Gözümüzü dörd açmalıyıq. Azərbaycan olaraq baş verəcəklərə hazır olmalıyıq. Hazırıqmı?

05.04.2013

      “Köməyimə ehtiyacı vardı”

      Bu günlərdə katolik-xristianlar Pasxa bayramını qeyd edirdi. ABŞ prezidenti Barak Obama da o cümlədən. Həmin gün böyüklü-kiçikli 30 minə yaxın adam prezidentlərinə qonaq gəlmişdi. Və ev sahibi Obama qonaqlarının hər birinə diqqət ayırmaq üçün əlindən gələni etmişdi – böyüklərlə söhbətləşmiş, uşaqlarla isə həm oyun oynamış, həm də sonda onlara kitab oxumuşdu.

      ”New-York Daily News” həmin tədbirdən kifayət qədər geniş məqalə çap edib və baş verənlərin bir çox incəliklərinə qədər varıb, amma mənim diqqətimi qeyri-iradi olaraq bir məqam çəkdi və xeyli düşünməyə, hətta müqayisələr də aparmağa vadar etdi.

      Nyu-Yorklu həmkarlarımız yazır ki, basketbol oynamağın vaxtı çatanda prezident Obama uşaqların hamısını bir sıraya düzərək onun topu səbətə sala biləcəyinə kimin şübhə etdiyini soruşur. Bir balacadan başqa hamı gülümsəyərək susmaqla “hər halda, prezidentdir” düşünüb onun hədəfdən yayınmayacağını bildirir və… ABŞ kimi qüdrətli dövlətin başçısı nə qədər çalışırsa da, topu səbətə sala bilmir. Pərt olsa da, özünü o yerə qoymur. Meydançadan aralanır. Digər qonaqlara diqqət ayırdıqdan sonra yenidən topu əlinə alır, amma bu dəfə onu 10 yaşlı Karon Kempbelə verir. Gözünə döndüyüm balaca da topu elə ilk atışdan səbətə salır və yalnız bundan sonra Obamanın da əli açılır. Dərhal jurnalistlərin diqqət mərkəzinə düşən balaca Karon Kempbel baş verənlərə necə izahat versə yaxşıdır? Uşaq deyib ki, “ONUN MƏNİM KÖMƏYİMƏ EHTİYACI VARDI”. Bu o deməkdir ki, ABŞ-da 10 yaşlı balaca belə artıq prezidentinə, yəni vətəndaşı olduğu ölkəsinə kömək etməyin məsuliyyətini anlayır və bununla belə, əksəriyyətin ümumi fikrinə rəğmən həm də öz mövqeyini söyləməyə çəkinmir, çünki bunun üstündə cəzalandırılmayacağına tam əmindir, çünki başqa cür olsaydı, Amerika Amerika olmazdı. Başqa cür olsaydı, bu ölkə mənəm-mənəmlik etməzdi, başqa cür olsaydı, Obama topu balaca Kempbelə verməzdi…

      Topun prezidentdən uşağa ötürülməsi bu ölkənin ənənəsidir, yaşlı nəslin cavanlara etimadı və ümididir. İnamıdır ki, qocalıb əldən düşəndə yerlərini tutmuş cavanlar ölkənin gələcəyini təmin edəcəklər.

      Bizdə isə tuthatutdur. Novruz bayramı ərəfəsində və sonra nə qədər ağzını açıb söz demək istəyən cavan varsa, hamısını süpürləyib salmışıq “qoduqluğa”. Düşünürük ki, bu yolla onların gözünün odunu alıb susduracağıq. Amma susmurlar, elə hey sosial şəbəkələrdə yazışırlar, təşkilatlanırlar, daha da qəzəblənir, dirənirlər. Böyüklərə inamlarını itirir, əbədi və danılmaz dəyərlərə belə şübhə ilə yanaşırlar. Böyük sözü artıq keçmir. Bizlərdən kimsə onlara top ötürmək istəsə, o topu alacaqlarmı, bizə kömək etmək istəyəcəklərmi?! Bu gedişlə çətin ağlım kəsir…

      Ötən ayın son həftəsi bizdə də bayram idi – Novruz bayramı. Bizdə də prezident camaatla bayramlaşmağa çıxmışdı, həmişəki kimi. Həmişəki kimi yumurta da döyüşdürmüşdü və həmişəki kimi də udmuşdu. İllərdir, dostum Qulu Məhərrəmli demiş, Keçəllə Kosanın “yumurtası boş çıxır” və nə qədər ki qabağa “yumurtası boş” keçəl və kosalar çıxacaq, o qədər də biz “Amerika” ola bilməyəcəyik…

10.04.2013

      Amerikadan “sitat”

      İndi deyəcəksiniz ki, bu da bizi “öz Amerikası” ilə lap bezdirdi. Bir şey olan kimi Amerikadan “sitat” gətirir. İnan, əziz oxucu, qəsdən etmirəm. Belə alınır. İndi mən nə edim ki, ABŞ 2014-cü maliyyə ili üçün dövlət proqramları və ümumən dövlətin təbliğatına ayrılacaq vəsaitin keçən illə müqayisədə düz 20,45 milyon dollar azaldılmasına qərar verdiyi halda, bizim Dövlət Neft Şirkəti “işini-gücünü buraxıb” Türkiyə media bazarına girir. Orada qəzet və televiziya kanalı alır. Bir sözlə, “Qazprom”luq edir.

      Maraqlısı budur ki, Dövlət Departamenti xərcləri azaltmaq qərarına gəlsə də, onun bu istəyinin həyata keçib-keçməyəcəyi qərarını konqres verəcək. Yəni Dövlət Departamenti də özbaşına deyil, onun büdcə yükünü azaltmaq istəyi belə, qanunverici strukturun “xeyir-duası” olmadan həyata keçə bilməz. ABŞ Yayım Şurası Dövlət Departamentinin tabeliyində olaraq “Amerikanın səsi”, “Azadlıq/Azad Avropa”, “Azad Asiya”, “Sava”, ərəbdilli “Əl-Xurra” və ispandilli “Marti” teleradiokompaniyalarının işinə nəzarəti həyata keçirir.

      Bizim Dövlət Neft Şirkəti də dövlətin mülkiyyətindədir. Maraqlıdır, bizim “neftçilər”in media aləminə nüfuz etməsindən Milli Məclisin xəbəri varmı?

      Anladığım qədər, Yerin təkindəki bütün təbii sərvətlər heç kəsin, kobud ifadəyə görə üzr istəyirəm, dədəsinin malı deyil. Bəs onda necə olur ki, xalqın sərvətindən əldə olunan gəlir onun, yəni xalqın sevib seçdiyi millət vəkillərinin xəbəri olmadan sağa-sola xərclənir?!

      İndi mən Amerikadan sitat gətirməyim, nə edim?

19.04.2013

      Keyfiyyətli həyat

      Şimali Kipr Türk Respublikasındayam. Burada dəfələrlə olmuşam, həmişə də xoş təəssüratlarla qayıtmışam. Düşünmüşəm ki, adam qocalıb lap əldən düşəndə gərək belə bir yerdə dəniz sahilində kiçicik bir daxma alıb yaşasın. Görünür, bu istək Ernest Heminqueyin yaradıcılığını çox sevdiyimdən və usta yazıçının Kubada yaşadıqlarını həddən artıq canlı təsvir etməsindən irəli gəlir. Bu məsələyə hələ qayıdacam. Hələliksə başqa bir məqama toxunmaq istəyirəm.

      Əslində, deyən olmasa, bu yerləri gəzəndə adamın heç ağlına da gəlməz ki, Şimali Kipri, elə Azərbaycan da daxil olmaqla, Türkiyədən başqa dövlət kimi tanıyan yoxdur. Hər halda, mən bununla bağlı yerli əhalidə natamamlıq kompleksi duymadım, hətta bir sıra məqamlarda bu tanınmamış Kiprə qibtə də etdim. Soruşacaqsınız ki, nəyinə? Məsələn, təhsil sisteminə. Deyəcəksiniz ki, bu da guya Amerika kəşf edib (yenə də Amerika). Azərbaycanda bunu çox az adam bilmir. Tələsmə, əziz oxucu, bunu mən də bilirəm. Sadəcə, bu yerdə diqqətimi çəkən başqa bir şey oldu. Bilmirəm, bəlkə, heç özləri də fərqinə varmadan Kipr türkləri, deyəsən, tanınmağın, yəni müstəqilliyə çatmağın yolunu tapıblar. Nə qədər qəribə, biz Azərbaycan türkləri üçünsə utandırıcı olsa da, həmin yol təhsildən keçir. Bəli-bəli, məhz təhsildən. Ölkənin 300 min əhalisi ilə yanaşı, 50 min də xaricdən gəlmə tələbə var. Beş şəhər adlandırıla biləcək yerləri varsa, bir o qədər də universitetləri var. Məkanı dövlət kimi tanımırlar, amma universitetlərinin diplomlarını tanıyırlar, hətta Britaniya universitetləri Kiprdəkilərnən əməkdaşlığa can atır. Ona görə tanıyır və əməkdaşlıq edirlər ki, universitetlərin özləri də, kampusları da, verdikləri biliklər də yüksək səviyyədədir, başqa cür