Эльдар Мамедов

Bizim gözəl dilimiz


Скачать книгу

“Əsgəri rəşadətə görə” medalı və 1972-ci ildə isə “Döyüş xidmətlərinə görə” medalı ilə təltif edilmişəm. Axırıncı medalı isə yalnız 1975-ci ilin mayında məni tapıb respublika hərbi komissarlığına çağırıb təqdim etdilər.

      Sumqayıta köhnə iş yerimə – şəhər qəzeti redaksiyasına qayıtmalı oldum. Yenidən korrektor işləməyə başladım. Birotaqlı mənzil verdilər. Evləndim. Yenidən hərbi tərcüməçi kimi xaricdə işləməyə dəvət etdilər.

      1976-cı il oktyabrın 20-də ailəmlə birlikdə Əlcəza-irə yollandım. Oğlum Fəridin qırxı təzəcə çıxmışdı. Paytaxtdan 100 kilometr qərbdə Aralıq dənizinin sahilində yerləşən kiçik Şerşel şəhərindəki ümumqoşun hərbi akademiyasında 1981-ci il aprel ayının 20-dək hərbi tərcüməçi işlədim. Azərbaycandan beş nəfər idik: Cəmil Bünyadov, Rafiq Əliyev, Şəfi Əfəndiyev, Eynulla Baxşıyev və mən. Səhər saat 7-dən nahara qədər əsas dərsləri tərcümə edirdik. Axşam saat 5-dən 7-dək kursantların səhərki dərslərə hazırlaşmasına nəzarət edirdik. Yaranmış sualları müəllimlərə, onların cavablarını da kursantlara tərcümə edirdik. Bəzən bunlardan əlavə gecə dərslərinə də gedirdik. 1978-ci ildə qızım Leyla anadan oldu. Beləcə 4 il yarım Əlcəzairdə hərbi tərcüməçi işlədim. Ailəm yanımda olduğuna görə, işdən başqa heç nəyin qayğısını çəkmirdim.

      Ezamiyyətdən qayıtdıqdan sonra yenidən Sumqayıta döndüm və yenə də korrektor işləməyə başladım. Birotaqlı mənzilim artıq dörd nəfər üçün darısqal idi. 1983-cü ildə üçotaqlı mənzil verdilər. 1984-cü ildə oğlum Nurlan anadan oldu. 1985-ci ilin dekabrında məni hərbi tərcüməçi kimi İraqa yolladılar. Yenə də müharibə gedən bölgəyə düşmüşdüm. İran-İraq müharibəsinin qızğın çağı idi. Ailəmi özümlə aparmaq mümkün olmadı. Buradakı azərbaycanlı hərbi tərcüməçilər məndən çox cavan idilər. İki il işlədikdən sonra bir il də işləməyi təklif etdilər. Lakin razılaşmadım. 1987-ci ilin lap axırlarında ezamiyyətdən qayıtdım. 1988-ci il fevralın 28-də məzuniyyətimin vaxtı qurtardıqdan sonra yenidən redaksiyaya getdim. Lakin bu dəfə məni redaksiyada işə bərpa etmədilər. Artıq Sumqayıt hadisələri baş vermişdi…

      Bakıda iş axtarmağa başladım. “Azərinform”da beşaylıq sınaq müddəti keçdikdən sonra 1988-ci ilin avqustunda tərcüməçi-redaktor vəzifəsinə qəbul etdilər. Burada əsasən rus dilindən SİTA-nın və bölgə müxbirlərinin materiallarını tərcümə edirdim. O vaxtlar bölgə müxbirləri öz materiallarını rus dilində yazmalı idilər. 1993-cü ilin fevralında isə Prezident aparatının Nəşr və tərcümə sektorunda məsləhətçi vəzifəsinə işə götürdülər. O vaxtdan burada işləyirəm.

      Xarici ölkələrə bu ezamiyyətlərdən əlavə iki dəfə 1974-cü ildə Krasnovodskda və 1982-ci ildə isə Simfero-polda altıaylıq hərbi toplanışlarda da iştirak etmişəm. Həmin toplanışlar zamanı da yalnız hərbi tərcüməçi kimi işləmişəm. Rütbəmi isə baş leytenantdan yuxarı qaldırmayıblar. Bunun səbəbini isə özümdə görürəm. Çünki heç vaxt tələb etməmişəm.

      Bəzən mənə elə gəlirdi ki, ərəb dili mütəxəssisi kimi tərcümə ilə məşğul olmaq mənə bir daha müyəssər olmayacaqdır. Sumqayıtda işləyəndə ərəb və rus dillərindən kiçik hekayələr tərcümə edib şəhər qəzetində dərc etdirirdim. “Azərinform”da işləyəndə isə respublikanın müxtəlif qəzetlərində Azərbaycan dilinin bəzi məsələləri barədə yazılar dərc etdirmişəm. “Kaspi” qəzeti bəzi lüğətlər və tərcümələr barədə irihəcmli yazılarıma öz səhifələrində yer vermişdir. “Mütərcim” jurnalı isə ərəb dilindən iki hekayəni mənim tərcüməmdə dərc etmişdir. “Yazıçı” nəşriyyatı 1996-cı ildə tərcümə və tərtib etdiyim “Ərəb yumoru” kitabını buraxmışdır. İlk ərəb lətifələrini hələ tələbəlik illərində universitet qəzetində dərc etdirmişdim. Sonra ərəb dilindən etdiyim hekayələrin tərcümələrini kitab halında buraxmağı qərara aldım. “Azərnəşr” nəşriyyatı 2004-cü ildə ərəb ölkələri yazıçılarının hekayələrindən ibarət “Şəhidlər bu həftə qayıdacaqlar” kitabını, 2007-ci ildə Misir yazıçısı Ənis Mənsurun “Aforizmlər” kitabını və 2008-ci ildə isə “Kitab klubu” nəşriyyatı Misir yazıçısı Curci Zeydanın “Kərbəla dilbəri” romanını mənim tərcüməmdə buraxmışdır. Bu roman mənim üçün ən əzablı tərcümə olmuşdur. 1996-cı ildə “Yazıçı” nəşriyyatından bu romanın 1911-ci ildəki nəşrini ərəb qrafikasından kiril qrafikasına transliterasiya etməyi çevirməyi xahiş etdilər. Dedim ki, bu çox çətin işdir. Dilimiz o vaxtdan bəri çox inkişaf etmişdir. Ona görə də həmin tərcümənin özünə çoxlu izahlar yazmaq lazım gələcəkdir. Hələ oxucuların onu bəyənəcəkləri də şüb-həlidir. Yaxşısı budur, mən onu ərəbcədən ikinci dəfə tərcümə edim. Razılaşdılar. Mən də gecə-gündüz işlədim və 5 aydan sonra tərcüməni təhvil verdim. Kitabı nə vaxt buraxacaqları ilə maraqlanmırdım. Çünki özləri sifariş vermişdilər. Deyəsən, 2003-cü il idi. Təsadüfən eşitdim ki, “Yazıçı” nəşriyyatını ləğv ediblər. Tərcümənin əlyazma-sını çox axtardım. Hətta, S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə də gedib çıxdım. Dedilər ki, bizə belə bir tərcümə təhvil verməyiblər. Bir nəfər dedi ki, “Yazıçı” nəşriyyatının bütün daşınar əmla-kını Dövlət Əmlak Komitəsinə təhvil veriblər. Orada isə mənə dedilər ki, “belə bir hadisə baş verməyib”. Romanı yenidən tərcümə etməyə başladım. Tərcümə əsnasında hiss edirdim ki, itən variant o qədər də yaxşı olmayıb. Tələsikliyə yol verdiyimi açıq-aydın hiss edirdim.

      Qəzetlərdə, jurnallarda və kitablarda rast gəldiyim və “tərcümə inciləri” adlandırdığım qeyri-dəqiq, hətta gülməli tərcümə cümlələrindən ibarət kolleksiyam da vardır. Lakin indi onları sistemləşdirmək üçün vaxtım yoxdur. Əcəl imkan versə, onları da ərsəyə çatdıracağam. “Kitab klubu” nəşriyyatı 2014-cü ildə əsasən tərcümə sənəti və tərcüməçilər barədə aforizmlərimdən ibarət “Перевод спасет мир” (“Dünyanı tərcümə xilas edəcəkdir”) kitabımı rus dilində nəfis şəkildə nəşr etmişdir. Azərbaycanca da aforizmlərim vardır. Lakin onlar rusca yazdıqlarımın tərcüməsi deyildir.

      Kitab həvəskarlarındanam. Xoşuma gələn kitabı baha olmasına baxmadan hökmən almalıyam. Tanışlarım mənim kitabxanama həsəd aparırlar. Kitabxanamda əsasən azərbaycanca, rusca, ərəbcə, türkcə və farsca kitablar üstünlük təşkil edir. Bir dəfə Türkiyə tarixçisi Yılmaz Öztunanın 1989-cu ildə Ankarada buraxılmış “İslam dövlətləri” kitabını oxuyurdum. Müəllifin öz əsərinin birinci cildinin 666-cı səhifəsində yazdığı belə bir cümləsi məni lap tövrümdən çıxardı: “Çağatay lehcesi, Osmanlı lehcesindən sonra, bütün Türk lehcelerinin en zenginidir. Azeri lehcesi 3-cü yerdedir”. Müəllifin dilimizi “ləhcə” adlandırmasını bir yana qoyaq, cığatay dilinin bizim dilimizdən zəngin olması məni lap təəccübləndirdi. Tarixdən məlumdur ki, cığatay dili Orta Asiyada qədim uyğur və oğuz-qıpçaq dillərinin əsasında yaranmış və sonralar özbək dilinin əsasını təşkil etmiş bir dil olmuşdur. Hətta bəzi tarixçilərin yazdığına görə cığatay dili cəmisi bir əsr yarım mövcud olmuşdur. Tədricən aradan çıxmışdır. Əslində isə Çingiz xanın nəvəsi Cığatayın