Balasaqunlu Yusif

Qutadğu bilig


Скачать книгу

həm də gözəl qılıq, fel.

      146. İnsan tilsimləri sındırsın deyə,

      Ona fəhm, bilik verdi hədiyyə.

      147. Bayat kimə verdi əql, idrak, bilik,

      Çıxdı ürcahına min-min gözəllik.

      148. Biliyi qudrət say, fəhmi də ulu,

      Ən böyük insana döndərir qulu.

      149. Mən isbat edirəm, diqqət kəsil sən,

      Dinlə nə deyirəm, söz götür məndən.

      150. Zəka kimdədirsə ulu da odur,

      Bilikli bəşərin böyük oğludur.

      151. Elminə, fəhminə söykənir deyə,

      İnsan çata bilir min-min diləyə.

      152. Bilikli kişidən bəla uzaqdır,

      Heç vaxt dar ayaqda qalmayacaqdır.

      153. Elmsiz kişini tez haqlayır dərd,

      Ölür, yox olmursa dərd, ələm, illət.

      154. Gəl-gəl, ey biliksiz, öz çarəni bil,

      Elmsiz alçaqsan, elmli – aqil.

      155. Elm – barlı bağdır… ona yetiş sən,

      Çatarsan nə qədər mətləbinə sən.

      156. Qalxır, zəka əhli ucalır qat-qat,

      Elmilə sayılır ən əziz ustad.

      157. Bəylər nə cür aldı dövranı ələ -

      Yalnız zəka ilə, yalnız elm ilə.

      DİLİN FƏZİLƏTİ, FAYDASI VƏ ZƏRƏRİ ÜSTÜNƏ

      158. Elmin, təfəkkürün dilmancıdır dil,

      Kişini bəxtinə dil çatdırır, bil.

      159. Kişini əzizlər, ucaldar da dil,

      Yarar ər başını, qocaldar da dil.

      160. Ağız qəfəsində dil bir ac arslan,

      Özünü parçalar uçsan, buraxsan.

      161. Dilindən dad çəkən görün və deyir:

      Dilini qısmayan taparmı xeyir?

      162. Çox bəlaya saldı öz dilim məni,

      Başım kəsilməmiş kəsin dilimi.

      163. Sözünə sərhəd qoy, batmasın başın,

      Dilini dişlə ki, sınmasın dişin.

      164. Sakin el dilindən… budur çətini,

      Fitnəkar paxıllar çeynər ətini.

      165. Tanrı cila verdi dilə, ağıla,

      Mərd ol, dil yiyəsi, başını saxla.

      166. Özünə rahatlıq, dinclik diləsən,

      Dilindən silahsız söz çıxarma sən.

      167. Elmli kişilər elmin güzgüsü,

      Öz başını yeyər nadanın sözü.

      168. Sözün çoxluğunda məna görmədim,

      Gəvəzə natiqə xeyirsiz dedim.

      169. Sözü çox çeynəmə… az çığır-bağır,

      Yüz söz tilsimini bircə sözlə qır.

      170. Söz deyənin başı göylərə dəyər,

      İfrayt söz insanı alçaldar, əyər.

      171. Eldə hörmətsizdi boş danışanlar,

      Fəqət "lal" deyilən bir damğa da var.

      172. İndi ki, böylədir… sözdə dürüst ol,

      Nitqin yığcam olsun, zəka gücün bol.

      173. Dilini saxlayan başını saxlar,

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Yusif Balasaqunlu, "Qutadqu bilik" – "Xoşbəxtliyə aparan elm" (Türkiyə 3 türkcəsində və özbək türkcəsindən istifadə etməklə Xaqaniyyə türkcəsindən çevirənlər, ön söz və qeydlərin müəllifləri prof. Kamil Vəliyev və Ramiz Əsgər), Azərnəşr, Bakı, 1994.

      2

      1.Qafesoğlu. "Qutadqu bilik" və Kültür tariximizdəki yeri, İstanbul, 1980, s.4.

      3

      R.R. Arat "Qutadqu bilik" – Mətn, Ankara, 1979, s. XXV.

      4

      Bax: A.3. Bалидов. Bocтoчные pyкonucu в Ферганской oбласти. З. В. O. т. XX, 1914. C.E. Maлов. Памятники дpeвнe-тюркской nucьменнocmu, M. Л., 1951. В. В. Бартольд. Двенадцать лекций по ucmopuu mypeцкux napoдoв Cpeдней Aзии. Coчuнeнuя, m. V. A Н. Koнонов. Поэма Юсифа Баласагунского "Благадатное знание", M., 1983.

      5

      R.R. Arat. Göst. əsəri. "Kutadğu bilih" (saodatqaiullovçib bilim) nəşri 6 hazırlayan K.Karimov. Daşkənd, 1971. Юсиф Баласагунский "Благадатное знание". Издание подготовил С. Н. Иванов. М., 1983.

      6

      Bu barədə ətraflı bax: И.B. Cеблева. Paзвитue тюркских no cчеmкux 9 форм в XI веке. M.., 1971.

      7

      Onay – Müştəri.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDABALDA4MChAODQ4SERATGCgaGBYWGDEjJR0oOjM9PDkzODdASFxOQERXRTc4UG1RV19iZ2hnPk1xeXBkeFxlZ2P/2wBDARESEhgVGC8aGi9jQjhCY2NjY2NjY2NjY2NjY2NjY2NjY2NjY2NjY2NjY2NjY2NjY2NjY2NjY2NjY2NjY2NjY2P/wgARCAg0BdwDASIAAhEBAxEB/8QAGgABAAMBAQEAAAAAAAAAAAAAAAIDBAUBBv/EABcBAQEBAQAAAAAAAAAAAAAAAAABAgP/2gAMAwEAAhADEAAAAeyM0AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA