Gerard Klausonun əsas etirazı tunqus dilinin lüğət tərkibinin türk və monqol dilləridən çox fərqli olmasıdır. Türk və monqol dillərində ortaq olan sözlərin də türk dilindən alındığını iddia edən G.Klauson alınma sözlərdəki fonetik dəyişmələri də göstərərək, onları tematik qruplar üzrə qruplandırmışdır.
Gerhard Doerferin etirazları da leksika ilə bağlıdır. O, insan orqanizmi ilə əlaqədar 11 əsas (baş, göz, qulaq, burun, ağız, dil, diş, saç, ürək, əl, ayaq) və 5 ikinci dərəcəli (dodaq, barmaq, diz, saqqal, boyun) sözü müxtəlif dillərlə müqayisə edir. Nəticədə G.Doerfer əsas sözlərin çox az dəyişdiyini, ikinci dərəcəli sözlərdə də dəyişmə faizinin az olduğunu, yəni dillər arasında kəlmə alış verişinin olduğunu meydana çıxarmışdır. Onun mülahizəsinə görə, türk, monqol və tunqus dillərində sözlərin heç biri eyni deyildir. Eyni tədqiqatı qohumluq əlaqələrinin möhkəm olduğu Hind-Avropa, sami, dravid, ural dillərinə tətbiq edən G.Doerfer əldə etdiyi nəticəyə görə 16 əsas və 5 ikinci dərəcəli sözdən sami dillərində 16-sı, Hind-Avropa dillərində 13-ü, dravid dillərində 10-u, ural dillərində 8-i eyni olduğu halda, Altay dillərində isə hamısının fərqli olmasını müəyyənləşdirmiş və beləliklə, Altay dillərinin qohumluq nəzəriyyəsinin “iflas etməsi” mülahizəsini irəli sürmüşdür.
R. Rask və İskit (Skif) dilləri nəzəriyyəsi
Stralenbergdən təxminən 100 il sonra XIX əsrin əvvəllərində Danimarkalı alim R.Rask, onun Tatar dilləri adı altında birləşdirməyə çalışdığı dil və ləhcələrə yeni, əslində bir-birləri ilə əlaqəsi olmayan Qrenland, Şimali Afrika, Asiya, Avropa və Qafqaz dillərini də əlavə edərək genişləndirmişdir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.