Фритьоф Нансен

Qafqazlardan Volqaya


Скачать книгу

bizim dostumuz Napoleon, ədalətli Gürcüstan da unudulmadı. Gürcülər həqiqətən də tarix boyu qadın cazibəsinin və cəngavər əməllərin heyranı olublar. Və bu duyğular Şota Rustavellinin “Pələng dərisi geyinmiş pəhləvan” əsərində öz parlaq əksini tapmışdır. Bu əsər üstündən yeddi yüz il keçməsinə baxmayaraq, hələ də xalqın dilindən düşmür.

      Şam yeməyindən sonra ay işığı altında maşınlarla təpələr boyu qalxırıq. Restoranın verandasında oturub qoz yeyir, şərab içirik. Sağlıqlar deyilir, şadyanalıq edilir. Erməni dostumuz bizə başına gələn maraqlı macəralardan danışır. Aşağıdan şarmankadan dayanmadan səs gəlir. Belə başa düşdük ki, bunu bizim hər şeyi düşünən dostumuz Napoleon düzüb-qoşub.

      Adamı əridən melodiyaların ən əridici yerində 3-4 not çatmırdı, bu isə qarşısıalınmaz effekt yaradırdı. Yerində qalan notlar diş protezindəki yanlış qoyulan dişlərə bənzəyirdi. Onların gözəlliyi çatışmazlıqlar ucbatından hiss edilmirdi. Bizdən aşağıda, Kür çayının yatağı boyunca minlərlə işığı olan, evlərinin bacasından tüstü yüksələn, kilsələrinin qüllələri səmaya ucalan şəhər yerləşirdi, ətrafımızda ay işığında yuyunan müxtəlif ölçülü təpələr vardı. Uzaqlarda, axşam dumanın arasında Qafqaz dağlarının şiş uclu təpələri güclə sezilirdi. Tiflis dünyanın bu hissəsinin mərkəzidir və burada ərazini təşkil edən mədəniyyətlər, həyat tərzləri, etnik azlıqlar qovuşur: ermənilər, gürcülər, tatarlar, farslar, osetinlər, avarlar və başqa bütün Qafqaz dağlarında yaşayan xalqların nümayəndələrindən var bu şəhərdə. Kürdləri sarışın olmalarından, ləzgi və avarları saçlarının seyrək qalmasından, tatarları qaraşın olmalarından seçmək mümkündür. Saysız-hesabsız milli azlıqların nümayəndələrinə ən çox şəhərin cənub hissəsində yerləşən, dar küçələri və xiyabanları olan qədim hissəsində, vurhavurda olan bazarlarında, şıdırğı alver gedən marketlərində rast gəlinir. Burada bacarıqlı erməni satdığı malı sənə ilkin qiymətindən dəfələrlə ucuz təklif edə bilər. Sən “yox, istəmirəm” deyib uzaqlaşırsan, o isə yeni qiymət deyə-deyə düşür arxanca.

      Bu arada, qürurlu fars ayağını ayağının üzərinə aşırdıb qarşısında qalaqlanmış malını satır, vecinə də deyil, sən qiymətlə razılaşacaqsan, yoxsa yox, özü də qiymət də elə aşağı deyil ha. Deyirlər ki, ticarətdə dörd yəhudi bir yunan, dörd yunan bir erməni, dörd erməni isə bir fars qədərdir. Əslində belə olub-olmadığı açıq sualdır. Amma hər bir halda, çox güman ki, bu sonuncu millətin nümayəndələri Şərqdə ən yaxşı ticarətçilər sırasındadır. Burada həm İran, həm də Qafqaz xalçaları elə çəkici qiymətə satılır ki, hətta ən iradəli adamlar belə özləri ilə bacarmır. Mənim özüm də Norveçə kimi qatarla, gəmi ilə, maşınla uzun yolum olmasaydı, şirniklənmişdim.

      Bir az daha getdikdən sonra dəmirçilərin və gümüş məmulatları istehsal edən sənətkarların küçəsinə yetişirik. Burada həmçinin Qafqazın məşhur olduğu silahlar da hazırlanırdı. Məharətli qafqazlı silah düzəldənlər səni hazırladıqları silahların mükəmməlliyinə inandırmağa çalışırdılar, inandırmaq istəyirdilər ki, onların hazırladığı xəncəri götürüb daşa endirsən, polad xəncərdə zərrə qədər də iz qalmayacaq. Burada həmçinin qılınc, dəmir qalxan, dəbilqə, sizə Orta əsrlər çağlarını xatırladan digər döyüş ləvazimatlarını görüb təəccüblənə bilərsiniz. Amma bunlar hələ də bir çox dağ xalqları, xüsusən də Qafqaz dağlarının yüksək vadilərində yaşayan xevsurlar (Gürcüstanda yaşayan azsaylı xalq tər) tərəfindən istifadə edilir. Qafqazlıların qızıl və gümüş məmulatları lap qədim zamanlardan çox yüksək qiymətləndirilmişdir. Xüsusən də sümük və gümüşdən hazırlanmış zərgərlik məmulatları məşhur olmuşdur. Qafqaz dağlarında məskunlaşan xalqlar üçün onların silahları hər zaman çox mühüm rol oynadığından bu cür bəzəmə onların bütün silahlarında işlənməli idi. Xəncərlərdə, qəmələrdə, qılınclarda, dayan-doldurmlarada, barıt buynuzlarında, güllə daraqlarında və s. işləmələrə rast gəlinirdi. Öz gözəl, yaxşı hazırlanmış silahları ilə seçilən müəyyən vadilər, kəndlər mövcuddur. Bu sənətkarlıq nümunəsi, deyəsən, yavaş-yavaş aktuallığını itirsə də, bəzi yerlərdə davam edilir. Küçələr boyunca su satanlar da dolaşır, onlar öz qiymətli mayelərini ya eşşək, ya at tərkində böyük dəri çuvallarda daşıyır, müştəri haylayırlar. Bəziləri isə özləri daşıyır. Bu şəhərlərdə su mühüm ticarət obyekti sayılır, xüsusən quru, isti, suyun az olduğu yaylarda daha çox qiymətə minir. Eşşəkləri tərəvəz və meyvə ilə yükləyən oğlanlar da öz məhsullarını müştərilərə təqdim edir.

      Yad adamlara bəlkə də qəribə görünə biləcək məqam bütün bu insanları bürüyən sakit ciddilikdir. Ticarətə, alverə, kiçik göstərilərə baxmayaraq, bu insanların həyatlarında müəyyən sevinc çalarları da var. Amma burada təravətləndirici gülüşü çox nadir hallarda eşidə bilərsən. Hətta qadınlar da burada ciddi və təmkinli görünür, istər şəhərin ruslar yaşayan müasir hissəsində, istərsə də müsəlmanların yaşadığı qədim hissədə – burada qadın nadir hallarda görə bilərsən – bu belədir. Dünyanın biz olduğumuz hissəsində qadınlar onların səslərinin qısılmasını istəmir. Burada isə sanki hər yerdə musiqinin səsini qısırlar. Bəlkə də biz avropalılar yaxşı tərbiyə görməyin, ləyaqətin, dəyərin nə olduğunu bilmirik. Bu mənə bir Çin diplomatını xatırladır, bir dəfə bir jurnalist ona Avropa sivilizasiyası haqqında sual verəndə o demişdi: “Nə bilim, bəlkə də yaxşı şeydir, bircə kaş bu qədər səs-küylü olmazdı”.

      Şəhərin qədim hissəsindəki evlər alçaqdır, adətən onlar iki mərtəbəlidir, ikinci mərtəbədə açıq eyvanları olur. Və bütün ailə, xüsusən də evin xanımı günün çox hissəsini, əsas da isti yay gecələrini orada keçirdir. Onlar iki eyvana sahib olmağı xoşlayırlar. Hərəsi evin bir tərəfinə düşür və onların biri hər zaman kölgədə qalır.

      Şəhərin qədim hissəsinin cənubu və bazarlar isti kükürdlü hamamlara sahibdir, bu hamamlar qədim zamanlardan məlumdur və təzəliklə yenidən təmir edilib. Ola bilsin, şəhər öz adını da məhz bu hamamlardan götürüb. (Tbilisi: gürcü dilində: isti şəhər tər). Şəhərin ən gözəgəlimli və cəlbedici yerlərindən biri cənub tərəfdə, dar xiyabanda, hündür təpələr üzərində yerləşən Botanika bağıdır. Günün yandırıcı istisindən bura gəlib sərin, uzun tuneldən keçmək, Fars qalası adlanan yerin yanında oturmaq təravətləndirici təsir bağışlayır. Savkissi adlanan axın təpə tərəfdən dərin, dar vadini kəsir. Yayın bu vaxtı bura sadəcə azsulu bir irmaqdır, amma yəqin onun da vaxtları olub: köpüklənən, coşqun axan və hündür şəlalələr yaradan bir çay kimi. Bağ təpəliklərdə yerləşir və romantik çoxçeşidlilik burada hakimdir, cənub təbiətinə xas istənilən ağac və kola burada rast gəlmək olar. Ümumiyyətlə, bitki örtüyü zəngindir. Ağacların arası ilə təpələrə çətin keçilən, kölgəli cığırlar qalxır. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu ağacların hazırda bitdiyi bütün torpaq sonradan bu qayalıqlara gətirilib səpilmişdir. Bacarıqlı insan əllərinin işidir. Hər tərəfdən su axırdı, arxlar, bulaqlar. Amma vadinin o biri tərəfində suyu və ağacları olmayan arxlar vardı, orada, əsasən, qəhvəyi, solmuş otlar gözə dəyirdi. Burada həmçinin qədim, dağıdılmış Məhəmməd qəbiristanlığı dayanıb – bu bizə