Yolun yanında duran daxmanın qarşısında gənc ana balaca oğlunu əyləndirirdi. Kolyaskanı görərək, körpəni dizinin biri üstünə əyləşdirdi və ayaqlarını tappıldadaraq, oxudu:
Pan atla gedir, hop, hop!
Kəndli isə panın izilə, top, top!
Pan Yan bu ailə idilliyasının görünüşündən səmimi həzzlə gülümsədi. Onun üzərində günəş işıldayır və torağay süzür, ətrafdakı tarlalar həyatla nəfəs alırdı. Yalnız orda, uzaqdakı təpənin, bağın arxasında sahibsiz ev qalmışdı, mezoninin pəncərəsində isə Anelka atasının artıq böcəkdən böyük görünməyən kolyaskasının ardınca baxırdı.
Çıxarılmış diş ağrımır. Qaçqın tərk etdiyi adamların dərdini hiss etmir.
DOQQUZUNCU FƏSİL
Pan Yanın getməsinin ertəsi günü Yuzef Qjib araq ardınca meyxanaya daxil oldu. Burda Şmulun həmişəkindən daha susqun və fikirli arvadını və öz qıcığını xidmətçi qıza keçirərək, hələ keçən həftə onun tərəfindən deyil, kimsə gələnlərdən biri tərəfindən sındırılmış qədəhə görə onu söyən Şmulun özünü tapdı.
Qjib kandarı aşan kimi, Şmul istehzalı təbəssümlə ona müraciət etdi:
– Hə, ağa, sevinin! Yeni mülkədarınız olacaq…
– Nə olar, bəlkə də olacaq, – deyə Qjib dərhal tutularaq, hay verdi.
– Indi kənddə şərab zavodu və dəyirman da qurarlar…
– Bizə nə dəxli var. Bu sizin, Şmul, əlinizədir: siz ki dəyirmanı icarəyə götürmək istəyirdiniz.
Şmul partladı:
– Bu dəyirman, meşə sizin olduğu qədər mənim olacaq! Eh, axmaqlar, özünüzə bədbəxtlik çağırdınız…
– Hansı bədbəxtliyi? – deyə həyəcanlanmış Qjib soruşdu.
– Bəs siz bilmirsiniz? Pan bütün malikanəni almana satır və o dedi ki, icarə haqqını məndən dərhal alacaq, gələn il isə meyxanadan qovacaq.
– O sizə olacaq, bizim nəyimizə gərək?
– Sizin də işiniz pis olacaq: alman faydalandığınızın heç yarısından da istifadə etmək hüququna malik olmadığınızı artıq öyrənib.
– Yox a…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.