Heç bir mükəmməlliyətçi düşüncə, mükəmməliyyətçi yaşam uzun müddət davam gətirməmişdir. Bütün mükəmməlçiliklər bir-birini təqib edib öldürər-lər. İnsanların bu gün mövzusu bir xeyir əməldisə sabah mövzuları tamam başqa xeyir əməl üzərində qurular. Bəli bütün bunlardan qurtulmaq lazımdır, yaşam cəhdlərimizə möhür vuran, onu qiymətləndirən əsl şey duyumumuzdur, həyatı duymaq qabiliyyətimizdir. Duyğularımız, başqalarına olan duyğularımız bir çox cəhətdən bizim düşmənləri-mizdir. Məsələn rəqiblərimizi götürək, əgər rəqiblərimizin yalnız onların dəyərindən çəkindiyimiz zaman bizim üçün təhlükəli olurlar. Halbuki bütün dəyərlər daimi təravətli qalmaq istəyirsə daim özü-özünü yıxmalı, daim yenilənməli, yəni dəyərsizliyini yaratmalıdır. Hər döyüş yenidən qazanılmağa məhkumdur.” Bu sözlərdən sonra müəllim bir daha aydın baxışlarla Dələduzu həmin vaxtlarda Rossbach Müharibəsi ərəfəsində Frederizus misalı tavan pəncərəsindən əngin boşluqları seyr etməsinə imkan yaradan bir otaqda yaşayan Dələduzu süzmüşdü. Bəli, bir zamanlar bir şəxs Dələduza oxuyub, tədqiq etməsi üçün Kuglerin “ geshicthe Friedrichs des Grosseni (Böyük Fridrixin tarixi) kitabı vermişdi və bizim Dələduz indi bu söhbət zamanı özünü Frederiuz kimi apararaq, Frederiuzçuluq oyunu oynayırdı. Eybi yox, gəlin bu oyunu Dələduza çox görməyək.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.