alış-verişdən sonra Bombeyin küçələrini dolaşmaq qərarına gəldi. Həmin gün yerli əhali bayram keçirirdi. Ətrafda rəqs edən kim, mahnı oxuyan kim, akrobatlıq eləyən kim… Paspartu bütün bunlara maraqla tamaşa eləyə-eləyə gəlib Malabar Hill təpəsindəki möhtəşəm paqodaya[22] çatdı. «Bura qədər gəlmişkən məbədin içinə baxmaq pis olmaz», – ürəyində dedi. Ancaq lakeyin bu marağı az qala onun özünə və cənab Foqa baha başa gələcəkdi.
Paspartu iki şeydən xəbərsiz idi: əvvəla, xristianların hindu məbədinə girməsi qadağandı, ikincisi, ora daxil olanlar mütləq ayaqqabılarını çıxarıb bayırda qoymalı idilər. Bu qadağalara əməl etməyənlər isə cəzalandırılırdı.
Bütün bunlardan bixəbər Paspartu binaya girib brahman[23] məbədlərinə xas bər-bəzəklərə, parıltılı əşyalara heyranlıqla tamaşa eləməyə başladı. Necə oldusa, zavallı lakey birdən-birə özünü müqəddəs döşəmə daşlarının üstündə gördü. Gözlərindən qəzəb qığılcımları yağan üç kahin ayaqqabılarını corab qarışıq çıxararaq onu şapalaqlamağa başladılar. Ancaq Paspartu güclü və zirək oğlan idi, cəld yerdən sıçrayıb qalxdı, kahinlərdən birini təpik, o birini yumruqla dəf edib qaçmağa başladı. Üçüncü kahin onun arxasınca düşsə də, çata bilmədi.
Saat 8-ə 5 dəqiqə qalmış Paspartu ayaqyalın-başıaçıq özünü vağzala yetirdi. Aldığı corab-köynəkləri kahinlərlə dalaşdığı vaxt salıb itirmişdi.
Cənab Foqu bundan sonra da təqib eləmək qərarına gələn Fiks vağzalda idi. O, bir kənarda gizlənib Paspartunun başına gələnlərlə bağlı ağasına danışdıqlarını dinlədi.
– Ümid eləyirəm ki, bu bir daha təkrarlanmayacaq, – cənab Foq lakeyə qulaq asıb qurtardıqdan sonra soyuqqanlıqla dedi və qatara tərəf addımladı.
Xəcalətindən qıpqırmızı qızarmış zavallı Paspartu da onun ardınca getdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.