Агата Кристи

On zənci balası


Скачать книгу

xanım, mənə bu haqda məlumat verilməyib. Yalnız qonaqların siyahısını verib kimi hansı otağa yerləşdirəcəyimi bildiriblər.

      – Necə, missis Onim mənim barəmdə sizə heç nə deməyib?

      – Mən missis Onimi görməmişəm, xanım. Biz bura dünən gəlmişik.

      – Bu Onimlər nə qəribə adamlardır, – qız fikrindən keçirdi. – Evdə başqa qulluqçu var?

      – Ərimlə məndən başqa heç kim yoxdur, – qadın dedi. Sonra da tələm-tələsik əlavə elədi: – Mən yaxşı yemək bişirirəm, ərim də evə göz-qulaq olur. Lakin, düzü, bu qədər çox qonağın gələcəyini gözləmirdik.

      – İşin öhdəsindən gələ biləcəksiniz? – Vera işgüzarlıqla soruşdu. Əvvəl-axır bu qadını Onimlərin katibəsi olduğuna inandırmaq istəyirdi.

      – Bəli, narahat olmayın.

      Qulluqçu qadın bunu deyib səssizcə otaqdan çıxdı.

      – Bu iş heç mənim xoşuma gəlmədi. Gərək Onimlərlə əvvəlcədən tanış olaydım, – qız öz-özünə mızıldandı. Sonra otağı gözdən keçirməyə başladı.

      Bu ən müasir üslubda hazırlanmış yataq otağı idi. Parket döşəməyə açıqrəngli xalı sərilmişdi. Otağın divarları da açıq rəngə boyanmışdı. Buxarının üstündə saat vardı, onun yanına ağ mərmərdən ayı fiquru qoymuşdular, divardan isə parıltılı metal çərçivəyə salınmış perqament[12] parçası asılmışdı.

      – Deyəsən, kağızda nəsə yazılıb, – Vera divara yaxınlaşıb oxumağa başladı:

      On zənci balası nahar edirdi,

      Biri boğuldu, doqquzu qaldı.

      Doqquz zənci balası yuxuya daldı,

      Biri durmadı, səkkizi qaldı.

      Səkkiz zənci balası Devona getdi,

      Biri gəlmədi, yeddisi qaldı.

      Yeddi zənci balası odun doğrayırdı,

      Biri başını yardı, altısı qaldı.

      Altı zənci balası bal axtarırdı,

      Birini arı vurdu, beş zənci qaldı.

      Beş zənciyə məhkəmə quruldu,

      Biri güllələndi, dörd zənci qaldı.

      Dörd zənci balası üzməyə getdi,

      Biri qarmağa keçdi, üç zənci qaldı.

      Üç zənci balası meşəyə getdi,

      Birini ayı yedi, iki zənci qaldı.

      İki zənci balası günəşlənirdi,

      Birini günəş vurdu, o biri tək qaldı.

      Tək qalan zənci çox kədərləndi,

      Özünü asdı, heç kim qalmadı.

      – Əcəb şeirdir! – Vera gülümsündü. – Bu Zənci adasından başqa nə gözləmək olar ki…

      Sonra qız pəncərəyə yaxınlaşıb dənizə baxmağa başladı. Ətrafda bir ovuc torpaq belə gözə dəymirdi, ucsuz-bucaqsız dəniz, göz işlədikcə mavi sular, köpüklü dalğalar…

      5

      Həkim Armstronq Zənci adasına axşamdan xeyli keçmiş gəlib çatdı. Yolda qayıqçını çox dilə tutsa da, Onimlər haqqında bir şey öyrənə bilməmişdi. Bərk yorulmuşdu, üstəlik, sükan arxasında oturub yola baxmaqdan gözləri ağrıyırdı. «Adada yaxşıca dincələrəm», – o fikirləşirdi.

      Evin qarşısındakı meydançada bir qoca oturmuşdu. Qocanın sifəti həkimə çox tanış gəldi, bir az fikirləşəndən sonra yadına düşdü.

      – Bu ki hakim Uorqreyvdir! – Armstronq öz-özünə mızıldandı.

      Bir dəfə onun hakim olduğu məhkəmə prosesində şahid qismində çıxış eləmişdi. Münsiflər Məhkəməsinin ən nüfuzlu üzvü idi, elə də böyük günah işləməmiş müttəhimləri belə uf demədən ən ağır cəzayə məhkum edirdi. Digər hakimlərin isə ona etiraz etməyə nə gücü, nə də cəsarəti çatırdı. Bəs necə, əbəs yerə ona «Mantiyalı[13] dar ağacı» demirdilər ki!

      «Görəsən, onun burada nə işi var?!» – Armstronq fikrindən keçirdi.

      Cənab Uorqreyv də Armstronqu tanımışdı. Həkim yaxınlaşanda üzünü ona tutub dedi:

      – İçki şüşələri salondadır.

      – Əvvəlcə ev sahiblərini görsəm, pis olmaz, – Armstronq dilləndi.

      – Bu, mümkün deyil.

      – Niyə? – həkim təəccüblə soruşdu.

      – Hələ gəlib çıxmayıblar. Ümumiyyətlə, bura çox qəribə yerdir…

      Bir müddət dillənmədilər.

      – Siz Konstansiya Kalminqtonu tanımırsınız ki? – cənab Uorqreyv sükutu pozdu.

      – Təəssüf ki, yox.

      – Nə isə, bu o qədər də vacib deyil, – cənab Uorqreyv dedi. – Başısoyuq qadındır, xəttini də ki başa düşmək olmur. Ümumiyyətlə, mən bura gəlməklə böyük səhvə yol vermişəm…

      Həkim heç nə deməyib evə girdi.

      Bir neçə dəqiqədən sonra eşikağası Rocers həyətə çıxdı.

      – Bilmirsiniz, bura Konstansiya adında qadın gələcək? – cənab Uorqreyv ona da eyni sualı verdi.

      – Xəbərim yoxdur, cənab.

      Hakim qaşqabağını tökdü.

      – Əbəs yerə buranı Zənci adası adlandırmırlar, burada hər şey qapqara örtüyə bürünüb, – o öz-özünə mızıldandı.

      Həmin vaxt Entoni Marston vanna qəbul eləyirdi. Uzun yoldan sonra isti su canına dəydikcə xoşhallanır, hamamdan çıxmaq istəmirdi. Bir yandan da fikirləşirdi:

      – Bu Zənci adası bir o qədər də əyləncəli yerə oxşamır. Qonaqların çoxu da yaşlı adamlardır. Nə isə, şam yeməyindən sonra özümə bir əyləncə taparam.

      Cənab Blor isə həmin vaxt otağındakı güzgünün qarşısında dayanıb qalstukunu düzəldirdi. Birdən gözü divardan asılmış perqament parçasına sataşdı. Üstündə yazılanları oxuyub gülümsündü: «Əla şeirdir».

      O, uşaq vaxtı bu adada olmuşdu.

      – Ağlıma gəlməzdi ki, neçə ildən sonra məni belə bir iş üçün Zənci adasına çağırarlar, – Blor fikrindən keçirdi. Ardınca da mızıldandı: – Görəsən, qonaqlar heç nədən şübhələnmədilər ki!

      General Makartura gəlincə o öz otağında əməlli-başlı fikrə qərq olmuşdu: «Bilsəydim, belə olacaq heç bura gəlməzdim. Amma eybi yoxdur, fürsət düşən kimi aradan çıxaram. Bu Lombard da çox şübhəli tipə bənzəyir. Üz-gözündən fırıldaqçılıq yağır».

      Şam