Maria Turtschaninoff

Maresi


Скачать книгу

yeməkdən, bəzən, qusmağımız gəlirdi.

      Yeməyimizi yedikdən sonra oturduğumuz taxta skamyaya söykəndim, dumbul qarnımı şappıldatdım.

      “Əgər evdəkilər burada nələr yediyimi eşitsələr, qətiyyən, inanmazlar”.

      Evdəkilərin mənim monastırda yediyim qədər yemə-diklərini düşünəndə canım yanırdı. Bəlkə, bəzən, ac da qalırdılar. Evim çox uzaqda idı. Qışların necə keçdiyini, məhsulun necə olduğunu, süfrələrində yemək olub olmadığını bilmirdim. Yalnız bir boğazın azalmasının onların bir qədər rahatladacığını bilirdim. Məktub yaza bilərdim, lakin evdə oxuya bilən yox idi. Bir də böyük Rovas vadisinin quzeyində yerləşən kiçik qəsəbəmizə necə məktub göndərəcəkdim…

      Başımı silkələyərək içimi yandıran düşüncələrdən qurtuldum, cəsarətləndirici bir təbəssümlə Jaiyə baxdım.

      “Keçmişi unut”, dedim, “indi monastırda, bizim yanı-mızdasan. Buranın çox sərt qaydaları olduğunu deyirlər. Bəlkə, bunları eşitmisən. Amma bu, doğru deyil. Axşam yeməyindən sonra tam sərbəstik”.

      Ətrafımızdakı qızlar Rahibə Ersin zəhmli baxışları altında qalxdılar, boşqab və stəkanlarını qab yuyulan otağa apardılar. Rahibə Ersin rahibəliyə namizədləri yemək növbəsi gələn rahibələr üçün uzun masanı təmizlədilər. Boşqab və stəkanımı götürdüm. Jai də etdiklərimi təkrarladı. Qab yuyulan otağın qarşısındakı uzun növbəyə durduq.

      “Rahibəliyə namizədlərin çoxu axşamlar dənizdə üzmək ya da balıqqulağı toplamaq üçün sahilə enirlər”, dedim. “Bəziləri isə çiçək toplamaq ya da mənzərəni seyr etmək üçün dağa qalxır. Bəziləri Rahibə O-nun ya da Rahibə Nummelin tapşırıqlarını yerinə yetirər, bəziləri isə boşboğazlıq edər ya da oyun oynayar”.

      Bulaşıq qabları soyuq su ilə dolu bir ləyənin içinə qoyduq və axşam günəşinə çıxdıq. Keçi ağılından mələşmə səsləri gəlirdi. Süd sağma vaxtına az qalmışdı. Rahibələrin bir qismi söhbət edə-edə Şəfəq pilləkənlərinə çıxırdı. Rahibə O. otağından çıxmamış tələsməli idim.

      “Rahibəliyə namizədlərin Evini tapa biləcəksən?” Jaidən soruşdum. “Gül Məbədindəki şükür ayininə qədər istədiyini edə bilərsən”.

      “Səninlə gələ bilərəm?”

      Səsinin dərinliyi yenidən məni sarsıtdı. Əllərini önündə kilidləyib baxışlarını yerə dikmişdi. Ürəyim sızıldadı. Amma mənimlə gəlməsini istəmirdim. Hər axşam etdiklərim, yalnız, mənə aid idi. Bundan əvvəl heç kimlə paylaşmamışdım.

      “Darıxacaqsan”, dedim. “Yəni mənim…”

      Yerindən tərpənmədi. Əllərini elə bərk kilidləmişdi ki, birləşən yerlər ağappaq olmuşdu. Göz-gözə gəlmək istəmirdi. İlk gecə onu tək-tənha buraxmağa ürəyim gəlmədi.

      “Əgər istəyirsənsə, mənimlə gələ bilərsən”.

      Nəzərlərini mənə qaldırdı. Gülümsədim.

      “Hə, onda tələs”.

      Şəfəq Pilləkənləri ilə aşağı qaçmağa başladım. Qarşıma çıxan rahibələrdən mızıldanaraq üzr istəyirdim. Rahibə Loeni ilə elə toqquşdum ki, yaylığı yana getdi.

      “Maresi! Qabağına bax! Sən heç Ananın…” Sözləri arxamda qaldı. İç həyətin əyri-üyrü daşlarını kəsəsinə keçərək Axşam Pilləkəninə çatdım. Jai dabanbasma arxamca gəlirdi.

      Məbədin həyəti üç tərəfdən binalarla əhatələnirdi. Dördüncü tərəfi aşağıdakı Rahibələr Evinin damına baxırdı. Rahibələr Evi divarın qərb tərəfində idi. Divardan şərqdə, dağ tərəfdə Gül Məbədi; quzeyində monastırın ən köhnə binası Mədrəsə; arxasında içində tək bir limon ağacı olan Bilgi Həyəti; həyətin yanında da Bilgi Bağçası var idi. Bağçanı dənizdən əsən küləklərdən qorumaq üçün alçaq bir divar hörülmüşdü.

      Rahibələr Evinin qapısına qədər qaçdım, açıq dəhlizdən içəri girdim, Rahibə Onun qapısına qədər getdim. Jai bir addım məndən arxada idi.

      Rahibə Onun qapısını döymək lazım idi. Bunun üçün düyüdən kiçik bir toxmaq düzəldilmişdi. Toxmaq öz quyruğunu sancan ilan şəklində idi. Rahibə Odan bu ilan barədə soruşanda gülümsəmiş, ilanın onun qoruyucusu olduğunu demişdi. Cavab məni qane etməmiş və bu barədə başqa vaxt daha ətraflı soruşmaq qərarına gəlmişdim.

      Qapını döydüm. Rahibə O. hər zaman olduğu kimi sərt bir səslə “Gəl”, dedi. Meşə ağacından düzəlmə ağır qapını açdım. Qərb tərəfdəki pəncərənin qarşısında böyük bir yazı masasının başında oturmuşdu. Qarşısında xeyli kağız və kitab var idi. Köynəyi mürəkkəbə bulaşmasın deyə kətan qolcaqlar taxmışdı. Barmaqlarında mürəkkəb ləkələri var idi.

      Gələnin mən olduğumu görüb həmişəki kimi qaşlarını qaldırdı, arxasındakı divarda məşəlin altında asılqandakı açara işarə etdi. Arxamda duran Jaini görüb lələyi bir kənara qoyub belini düzəltdi.

      “Oradakı kimdir?” soruşdu. Həmişə olduğu kimi sözü düz adamın üzünə deyərdi. Jainin geri çəkildiyini hiss etdim. Bir-birini daha yaxşı görə bilsinlər deyə bir addım kənara çəkildim.

      “Jaidir”, dedim, “adaya bu gün gəlib. Ona xəzinə otağını göstərəcəyəm”.

      Üzümün qızardığını hiss etdim. Başqalarının yanında bu sözdən istifadə etməməyə çalışırdım. Otaqdakıları görəndən sonra uşaq kimi otağa bu adı vermişdim. Xəzinə otağı deyilən bir yer yox idi. Amma mənim üçün adanın ən dəyərli yeri ora idi.

      Rahibə O. çoxdan öz işi ilə məşğul idi. Əli ilə açara işarə etdi və qarşısndakı kitabın vərəqini çevirdi. Düşünürəm ki, axşam yeməyinə gəlməyi tez-tez unudurdu.

      Açarı götürdüm. Əlim boyda idi, sapı işləməli idi. Rahibə Onun qapısını sakitcə örtdüm. Jaiyə baxıb gülümsədim. Hər dəfə açarı alanda sevuncumdən uçurdum.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQE