Йорам Канюк

Adam`ın dirilməsi


Скачать книгу

buraxır. Qatar yırğalana-yırğalana işləyir. Elektrik axını çıxış yolu axtararaq qatarı oynadır; cənnətlə yerüzü arasında sıxılıb qalmış ildırım kimi. Artur artıq qatardan əl çəkir. Sinifdə qalan şagird kimi qollarını yana açıb dayanır; utanmış və incimiş halda, yanaqlarının cizgiləri qabarır, incə burnu qartal dimdiyini xatırladır. Adam onunla üz-üzə gəlmək istəmir. Hamının onu izlədiyini, atdığı hər addımı güddüyünü bilir. Bacardığı qədər laqeyd şəkildə lokomotivi götürüb işığa tutur, altındakı kiçik bir detalı əlləşdirir və lokomotivi yerinə qoyur. Sonra tunelin girişinə baxan yoxlama qülləsindən görünən qırmızı kartonu dartır yavaşca, masanın bir ayağını xəfifcə təpikləyir və o dəqiqə Jenniyə yaxınlaşır; hələ də onu görməyibmiş kimi davranır. Jenniyə çatıb salamlaşmaq üçün əlini qaldırdığı an, bax elə həmin an, sanki o şəkildə planlaşdırılıbmış kimi qatar hərəkət etməyə başlayır.

      Qorxudan ağaran Artur qatarın titrəməsiylə özünə gəlir. Üzü ifadəsiz, bədəni qabağa əyilmiş halda masanın yaşıl üzünü sığallayır. Sonra bədənini düzəldib gözlərindən yaş axıda-axıda otağın bir küncünə gedir; o birilər hələ də hərəkətsiz dayanıblar, gözlərini sırayla Arturdan Adama döndərirlər. Artur asılqandan qızıl düyməli yaşıl rəngli solmuş əsgər köynəyini götürüb geyinir. Başına əzik, köhnə, solğun qoruqçu papağı qoyur, boynuna da uşaq şərfi dolayır, hazır olandan sonra keçib salam verir; salamlaşma əsnasında gözləri quruyur, üzü əvvəlki vəziyyətə düşür, koridora çıxanda sükunət onu bürüyür.

      Açıq qapıdan onun enerjiylə, hətta bəlkə də sevinclə addımladığını görə bilirlər. Sanki hansısa bir əylənmək istəyi ona hakim kəsilib və arxa planda da sırf onun üçün marş çalınır. Utandığını elan edən bu şokolad əsgərdən hamının gözləri qamaşır; ta ki, o tini burulub gözdən itənəcən.

      Adam qolunu Cenninin qoluna dolayır. Cenni ona gülüşünü lütf edir, çünki bu kiçik mərasimin onun üçün, yalnız onun üçün oynanıldığını bilir. Birlikdə koridora çıxırlar; arxada, həmin otaqda isə səssizlik sona çatır, gurultu qopur, səslər bir-birinə qarışır, qatar lokomotivin qabağında qığılcımlar çıxararaq yoluna davam edir və hər kəs bilir ki, Adam Steyn həqiqətən evindədir.

      Reablitasiya və müalicə klinikasının koridorları, daha öncə Yafada yerləşən və artıq var olmayan köhnə xəstəxananın kif qoxulu və ziqzaqlı koridorlarına oxşamır. Yafada keçmişin qoxusu hər şeyi işğal edərdi. Divarlar həmişə keçmiş zamanların peşmanlığını çəkib yad dövlətləri və işğalçıları düşünürmüş kimi görünərdi. Kim bilir, bəlkə eyni salonda, onu təzədən inşa etdirib quruluşunu bərpa edən Süleyman şah dayanıb şahzadəsini gözləmişdi. Və ya bəlkə şərəfinə kəsik başlardan ehram düzəltdilməsini əmr edən qəddar İbrahim paşa, xəstələri hamılıqla (cəmisi iki min adam) qətl etdirən Napoleon və küçələrdə adamları qamçılayaraq gəzən, şəhərin damlarında vali Filipin qızı Maria Mabelin ilə sevişən Yafa hökmdarı hirsli Əbu Naat və onların oğlu, Ermənistanın ta o tayından gələn o gözəl və heyran buraxmağı bacaran qadın Jezabelin əri Sampad… hamısı da bu rütubətli koridorlarda tarix boyunca, İsrail torpaqları boyunca, yerüzündəki ilk insan Adəmin inşa etdiyi bu diyar – əzəmətli Nuhun basdırıldığı diyar, qayaları üstündə yunanların, əfsanəyə görə bir ulduza çevrilən Andromedanı bağladığı diyar – boyunca addımlamışdılar. Və minlərcə ordu tərəfindən işğal edilmiş, fəqət bircəciyi tərəfindən belə fəth edilməmiş bu diyar üzərində o ulduz hələ də asılıb parıldamaqdadır.

      Amma xanım Sizlinqin reablitasiya və müalicə klinikasında hər şey təptəzə və tərtəmizdir. Hətta o işıq qurğuları, arxa plandakı musiqi, dayanmadan işləyən kondisioner, iti künclər, ayaq səslərini udan qara xalçalar, bir ucu tavana dirənən, bir-birinin ardınca düzülən yüzlərlə pəncərə, görünməyən lampalardan süzülən işıq, görünməz səsgücləndiricilərdən gələn musiqi, qapılar, divarlarla eyni rəngdə olduğu üçün nəzərə çarpmayan radiatorlar, işıqlar şəffaf və aydınlıqdan süzülüb gəldiyi hesab oluna biləcək şəkildə quraşdırıldığı üçün nəzərə çarpmayan tavan – hamısı möhtəşəmdir. Bütün məkan sanki heç bir insan məhfumu, insan yaşayışı, insan hissiylə əlaqəsi olmayan bir qurğu tərəfindən düzəldilib. Sadəcə orada dayanıb durub: şan-şövkətsiz, şirin, rahat, xəyal gücündən uzaq, adi bir kütlə. Əsəbinizə toxunmadığı üçün depresiyadan xilas edir. Bu arada bayırda, divarların o tərəfində vəhşi qum fırtınası şiddətlə cövlan edir. Bayırda çılpaq qayalar bu sığınacağa baxır və külək dərələrə, təpələrə hücum edir. Bayırda bəmbəyaz bir günəş ağacsız, çəmənsiz, ağ, yeni bir şəhərdən çox da uzaqda olmayn bir səhranın üzərində inləyir. Ancaq indi sakitcə addımlayan Adam üçün səs-küy tamamilə kəsilib, divarların o tərəfindəki fırtına tamamilə susub, Arturun hikkəsi “İki nəfərlik çay” mahnısını çalan çox duyğulu skripkalar tərəfindən basdırılıb.

      Adam və Cenni bircə kəlmə də danışmırlar. Hələ də bu görüşün yaratdığı şokun təsirindədirlər. Üstəlik, Adamı doktor Qrosun yanına aparmaq Cenninin vəzifəsidir. Qros Adamı gətirməyi özəlliklə Cenniyə tapşırıb. Bu doktor hər şeyi bilir.

      “Lütfən onu bura gətir,” dedi, Cenniyə baxa-baxa ağır bədənini ağ kabinetindəki ağ kreslosuna yerləşdirdi və sırtıq-sırtıq güldü. Həmin an Cenni doktora nifrət etsə də səsini çıxarmayıb Adamı axtarmağa getdi.

      İstirahət otağında onu görən kimi hər şey pəncərədən uçub getdi: protokol, qaydalar, olmuşlar, olacaqlar, hər şey. Cenni xəyalında Qrosu baltayla xədim etdi və bundan böyük bir zövq aldı.

      “Adam, sıxma!” Cenni deyir və gülümsəməyi ağzından bütün üzünə yayılır. Kağızdan düzəldilmiş dişi pələng (Çin mədəniyyətində görünüşcə güclü, amma həqiqətdə zəif varlıqları xarakterizə edən deyim – red.) kimi, özü özünə yapışmış milçək yapışqanı kimi hiss edir özünü. Təbii ki, bu yaraşıqlı kişidən əslində istədiyi getməyini saxlayıb onu divara dayaması, sıxışdırması, ağzını ağzına yapışdırıb dilini sanki açıq bir dəniz və ya okeandaymış kimi ağzının içində gəzdirməsidir.

      Qapının qabağında dayanırlar. Qapıdakı balaca plastik lövhənin üstündə QƏBUL: DOKTOR NATAN QROS yazılıb. Adam kartı birinci dəfə görürmüş kimi oxuyur. Sözlərdəki hərfləri, sarı plastikin üstünə həkk olunmuş balaca qara yazını diqqətlə incələyir. Cenni yanında dayanıb, üzü az qala ağ qapıya toxunacaq. Adam başını əyib ağzını Cenninin çılpaq boynuna toxundurur. Cenni üzünü bircə santimetr də qırağa çəkmir. Adamın əli cəld onun paltarının altına girir və Cenni zövqlə mızıldanmağa başlayanacan onu oxşayır. Cenninin üzü qapıya o qədər yaxındır ki, artıq bulanıqlaşmış yazını oxuya bilmir. Adamın əlləri bədənində dolaşır. Belindən sinəsinə və təkrar belinə, sonra da yançağına. Bircə dəfə ora toxunan kimi Adamın barmaqları bəyaz dərini elə çimdikləyir ki, Cenninin başı o balaca lövhəyə dəyir və qapının dalından bir səs deyir: “Girin!”

      Başı əzilən Cenni bu səsdən elə çaşır ki, az qalır qışqırsın. Doğrudan da arxaya sıçrayır, Adam Steyn gülür. Cenni o saat ətrafa baxır, yaxınlıqla heç kim yoxdur ki, onları heç kim görmədi ki; üzü qızarır. Adam qəhqəhə