nə qədər ağır olduğunu duyduğundan, “döz… bir azca da döz…” – deyə işarə edirdi. İlahi, bu millətçilərdə bu qədər kin, nifrət, aqressiya hardandı?! Görəsən, babamın qarnını doydurduğu, faşizmi yox edən əsgərin nəvəsinin qəlbində Hitlerə olan məhəbbət hardan doğur? Bəlkə nasistlər gizlincə giriblərmiş Moskvaya, Berlinəcən qovulan heç onlar deyilmiş?!
Tarix müəllimim deyərdi ki, Bakının nefti olmasaydı, Stalin müharibəni uda bilməzdi… Bəlkə nasistlər neftin qisasını alırlar bizdən?! Cəhənnəm olsun nasistlər…
– …Əsgərliyim Amur vilayətində keçdi. Bərkə-boşa düşdüm. Bir az da kişiləşdim. Hərbi hissəmizdə ruslar çoxluq təşkil edirdi. Qəribədir, bizdə ana söyüşünə görə adam bıçaqlayıb beş il türməyə düşürlər, burda hər kəlmə başı, komandirdən tutmuş sıraviyə kimi bir-birinin anasına söyürdülər və bunu qəbahət saymırdılar, adət etmişdilər bir növ… Bir dəfə, əmrini vaxtında yerinə yetirmədiyimə görə hirslənən komandir anamın atamdan başqa bir kişinin toxunmağa haqqı çatmayacağı yeri söydü. Mənə elə gəldi ki, o söymədi, eləcə, atamın elədiyini elədi, özü də mənim gözümün qabağında! Leytenantı necə vurmuşdumsa, bir həftə hospitalda yatmışdı.
Ştab rəisinə əhvalatı olduğu kimi danışdılar. Rəis dinmədi, heç cəzalandırmadı da məni…
…Şaxtalı dekabr gecəsindən yağan qar ara versə də, havada güllə kimi uçan murdar söyüşlər təpik, yumruq zərbələrinin guppultusundan da tez qulaqlarıma soxulurdu. Tükürpədən qışqırıqlar, köməksiz qalan kişilərin naləsi ondan da betər idi. Sanki yer, göy lərzəyə gəlmişdi. İkiəlli başımı qucaqlayıb dizlərimin arasına sıxdım. Özümə nifrət edirdim!Hamıya nifrət edirdim! Acizliyimə, fərsizliyimə görə. Bu dəqiqə uzaqda, lap uzaqda bizimçin dua edən analarımızın, bacılarımızın ləyaqətini qoruya bilmədiyimə görə. Bir də bu dili bildiyimə görə, necə həvəslə, sevgiylə öyrəndiyimə görə nifrət edirdim özümə! Babamın kövrəlməsinə fikir verməyəydim kaş… Təki kartof təmizləyəydim, odun doğrayaydım… Başa düşməyəydim bu murdar sözləri!..Parkdakı ağız büzən arvadları da yaddaşımdan siləydim kaş… Əmim kimi ağ olmağı arzulamayaydım! Kaş ki…
…Leytenanta dəyən zərbədən sonra mənimlə ehtiyatlı dolanırdılar, qorxurdular məndən. Zaman əsgərlikdə elə bil dayanır. Sanki, iki il yox, iyirmi il ötdü. Hər gecə yuxularımda olan kəndimizə qayıdanda atam qurbanlıq qoyun kəsib payladı. Əmilərim bütün kəndi, Bakıda olan qohumlarımızı yığıb bayram etdi. Düz bir ay…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.