Mirzəbala Məmmədzadə

Köylü hərəkatı və Lenin milli siyasəti


Скачать книгу

dahi karilerini tenvir edecektir.

      “Bildiriş” İran, Afgan, Hint gibi şark memleketleri haqqında malumat vereceği gibi, Mısır, Suriye, Filistin, Hicaz gibi Arap dünyasındaki vakaya ait dahi kendi sütunlarında yer verecek ve Avrupa’da cereyan eden muhum havadisi kaydetmeye çalışacaktır”.

      Qəzetdə ən çox imzası görünən müəllif Mirzəbala Məmmədzadədir. O, yazır ki, “Bildiriş”i M. Ə.Rəsulzadə nəşr etmişdir. Çox təəssüf ki, qəzetdə M. Ə.Rəsulzadənin bir dənə də olsun yazısına rast gəlinmir. Qəzet nəşr olunduğu zaman M. Ə.Rəsulzadə məcburən Türkiyəni tərk etmişdi. Burdan belə qənaətə gəlmək olur ki, qəzetin nəşri ideyası, ona ümumi rəhbərlik M. Ə.Rəsulzadənin olsa da, əsas ağırlığı Mirzəbala Məmmədzadə çəkmişdir.

      Araşdırıcı Əli Şamil “Bildiriş” qəzetinin nəşri və müəlliflərindən bəhs edərkən yazır: “Qəzet 1930-cu ilin 7 avqustundan həftənin pərşənbə günləri çap olunmağa başlayıb. İlk saydakı baş məqalə adsızdır. Məqalənin sonunda isə “Bildiriş” yazılıb. İkinci saydan başlayaraq baş məqalələrə ad qoyulub. 1930-cu ilin 18 Birinci Kanunda çap olunan 20-ci sayındakı “Vandervelde və Rusya” adlı baş məqaləsinə M. B. imzası qoyulub və sonadək də bu qaydaya əməl edilib. Əlimizdəki qəzet dəstindəki sonuncu qəzet – 58-ci saydır. O da 1931-ci ilin Eylülün 10-da çap olunub. Burada qəzetin bağlanacağına dair heç bir qeyd yoxdur. Qəzetin 1931-ci il Temmuzun 30-da çap olunan 52-i sayından başlayaraq 1931-ci il Eylülün 10-da çıxan 58-ci sayınadək ardıcıl M. B.Məmmədzadənin “Lenin milli siyasəti. Azərbaycanda nə nəticələr verdi?” məqaləsinin səkkiz parçası verilib. Məqalənin sonuncu parçasının altında “arkası var” yazılıb. Buna əsaslanıb əlimizdəki qəzetin tam dəsti olmadığını söyləsək, yəqin ki, yanlışlığa yol vermiş olarıq. Çünki, “1931-ci ildə Türkiyədəki Azərbaycan siyasi mühacirləri SSRİ-nin təzyiqi ilə ölkədən çıxarıldığından” və orada nəşr edilən “siyasi mətbuatın da fəaliyyətinə uzun müddət fasilə verildiyi”ndən xeyli yazılıb. Görünür, qəzet qəflətən qapadıldığından redaksiya oxucusuna bağlanacağı haqqında bilgi verməyə imkan tapmayıb”.

      O, qəzetdə Mirzəbala Məmmədzadənin fəaliyyətinə də aydınlıq gətirərək yazır: “Gazete İstanbuldakı “Panqaltı şafak sokağı, N 60”da yerləşirmiş və Orhaniyyə mətbəəsində çap olunmuşdur. İlk sayından “imtiyaz sahibi: A.Kazımzadə, məsul müdiri: Kamal” olduğu göstərilir. 1931-ci ilin Haziranın 11-dən həmin ilin Ağustosun 13-dək məsul müdir B. Süleyman, sonrakı saylarda isə “ümumu nəşriyyat və yazı işləri müdiri: Mirzə Bala” olduğu yazılır.

      “Kamal”, “Mirzə Bala”, “M.B.” və b. imzaların M. B. Məmmədzadənin olduğu araşdırıcılara yaxşı məlumdur. “Bildiriş”də də əsas imzalar “M. B. Məmmədzadə”, “Kamal”, “Mirzə Bala”, “M.B.”dır. Bu onu göstərir ki, qəzetin əsas ağırlıq yükünü o daşımışdır. Hətta qəzet “məsul müdiri: B. Süleyman yazanda belə baş məqalələrin altındakı imza “M.B” olmuş və M. B. Məmmədzadə imzasıyla silsilə məqalələr çap edilmişdir. Bu da onu göstərir ki, M. B. Məmmədzadə qəzetdən heç vaxt ayrılmamışdır”.

      Qəzetin 1–18-ci saylarındakı baş məqalələr “Bildiriş” imzası ilə verilsə də, onlar da M. B. Məmmədzadənindir. Mühacirətdə olan siyasi xadimlərimiz arasında onun qədər məhsuldar yaradıcılıqla məşğul olan ikinci bir şəxsiyyətə rast gəlinmir.

      1898-ci ilin avqustun 13-də Bakının Zirə kəndində dünyaya göz açmış Mirzə Bala Məmmədzadənin həyat yolu daima keçməkeçlər və təlatümlər içərisində olmuşdur. Onun atası balıqçılıqla ailəni dolandıra bilmə-diyindən Bakı şəhərinə daha yaxın Çəmbərəkəndə köçmüşdür. 1907-ci ildə görkəmli maarifçi, şirin və ibrətamiz uşaq hekayələrinin müəllifi S. S. Axundovun müdir olduğu 7-ci rus-tatar məktəbinə daxil olmuşdur. 1911-ci ildə burada təhsilini başa vuraraq məşhur pedaqoq, dərsliklər müəllifi Həbib bəy Mahmudbəyovun müdir olduğu məktəbə keçmişdir. Yaradıcılığa erkən başlamış Mirzəbala Məmmədzadə 1912-ci ildə İsa bəy Aşur-bəyovun «Kaspi» mətbəəsində "Nəfielm, yaxud elmin sonu" adlı kitabçasını çap etdirmişdir. Cəfər Cabbarlı ilə bir məktəbdə oxuyan, bir məhəllədə yaşayan Mirzəbala həmişə onu ehtiramla xatırlamışdır. Ölümündən sonra da onun haqqında olduqca dəyərli iki məqalə də yazmışdır. C.Cabbarlı da həbs olunduqda verilən işgəncələrinin ağırlığına mətanətlə dözərək, əqidə və məslək dostunu, duz-çörək kəsdiyi insanın haqqında müstəntiqlərə heç bir məlumat verməmişdir.

      M.B.Məmmədzadə 1914-cü ildə, erkən yaşlarından atasını itirmiş, bacı və qardaşlarını dolandırmaq üçün kiçik yaşlarından işləməyə başlamış, ağır həyat tərzi keçirmişdir. Buna baxmayaraq ruhdan düşməmiş, nikbinliyi, həyat eşqi onu sayılıb-seçilənlərdən etmişdir. 1915-ci ildə Bakı Politexnik Texnikumunun inşaat-memarlıq şöbəsinə daxil olan M. B. Məmmədzadə elə həmin il "Açıq söz" qəzetində də işə başlamışdır.

      İctimaisiyasi işlərə böyük maraq göstərən gəncin bir publisist kimi formalaşmasında "Açıq söz" qəzetinin rolu böyük olmuşdur. Qəzet səhifələrində onun milli mədəniyyət, ədəbiyyat, mətbuat, maarif, dil və s. problemlərə həsr olunan məqalələri dərc edilmişdir. "Müsavat" partiyasının orqanı kimi fəaliyyət göstərən bu qəzet Mirzəbalanı M. Ə. Rəsulzadəyə və müsavatçılıq ideyalarına həmişəlik bağlamışdır. Həyatının sonunadək M. Ə.Rəsulzadə ilə dostluq etmiş, onun ideyalarının müdafiəçisi və təbliğatçısı olmuşdur. Bunu onun yalnız publisistik əsərlərində deyil, bədii əsərlərində də açıq-aydın görmək olar. Gəncədə 1917-ci ilin avqustun 5-də tamaşaya qoyulmuş "Ənvər bəy, yaxud Kamil paşa kabinəsi" və 1919-cu ilin sentyabrın 17-də A. Şərifzadənin rejissorluğu ilə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuş "Bakı uğrunda mübarizə" pyesləri də bunu bir daha isbatladı. Pyeslərin tamaşaları ilə bağlı qəzetlərdə maraqlı məlumatlar verilmişdir.

      1918-ci ilin mart qırğınlarından sonra üzv olduğu partiyanın tapşırığıyla Tbilisiyə-Zaqafqaziya Seymində iştirak etməyə gedən Mirzəbala orada "İttifaqi-mütəəllimin" təşkilatını yaratmış, bu təşkilatın eyni adlı nəşrində çalışmış və rusca-türkcə çap olunan "Gənclər sədası" jurnalının redaktorlarından olmuşdur. Tbilisidə yaşayarkən elmipublisistikaya diqqətini artırmış, yaxın dövrün tarixindən bəhs edən "İki inqilab arasında" kitab-ını yazmışdır. Yazıldığı günlərdən az sonra nəşr edilən bu kitab Azərbaycanın inkişafına qarşı durmaq istəyənlərin ortaya atdıqları məsələləri, eləcə də daxili və xarici faktorları aşkarlamış, tariximizi saxtalaşdıranlara tutarlı cavablar vermişdir.

      Bakıda çap olunan «İstiqlal», "Bəsirət", "Azərbaycan" qəzetlərində işləməsi ona zəngin təcrübə qazan-dırmışdır. 1918-ci il seçkilərindən sonra onu Parlamentə stenoqrafçı vəzifəsinə götürürlər. Azərbaycan Xalq Cümhuriyyətinə dair bir çox sənədlərin günümüzə gəlib çatmasında M. B. Məmmədzadənin rolu böyükdür. O, Cümhuriyyətin süqutundan sonra sənədlərin itib-batmasına imkan verməmişdir.

      Rus orduları yeni donda-qırmızı bolşevik donunda Azərbaycanı işğal etdikdə M. Ə.Rəsulzadənin rəhbərliyi ilə Cəfər Cabbarlının evində toplantı keçirilmiş, burada Milli Müqavimət Komitəsi yaradılmışdır. Komitəyə Mirzəbala sədr, Abdülvahab Yurdsevər sədr müavini,