Muğanna İsa

İdeal


Скачать книгу

vaxt vardı, çöldən evinə qayıdanda Əlləzoğlu hər axşam çiynində bir yaba qaratikan gətirib, il boyu çəpərini qalınlaşdırmağa çalışırdı, odur ki, həyət-bacasına həmişə sarı-qızılı iynəsayağı uzun-uzun tikan səpələnərdi. Günün nə vaxtı o tərəfə getsəydin, görərdin ki, bapbalaca, ayaqyalın, başıaçıq “Qaraçı gözəli” yerdə oturub, ayaqlarına dolmuş tikanları dırnaqları ilə dartışdıra-dartışdıra, yanaqları uzunu iri-iri damlalar axıdır. Elə o balacalıqda, başı qızıl əsgər papaqlı, ayaqları “əmisinin çəkməsi kimi” qara xrom çəkməli sədr oğlu da quru yerdə oturub, “Qaraçı gözəli”nin ayağını dizinin üstünə qoyardı, “Mənim dişim siçan dişidi”, – deyib ağzını o qarayanıq, toz-torpaqlı ayağa söykəyib, tikanları dilinin ucu ilə yaşlaya-yaşlaya bircə-bircə çıxarıb tüpürərdi: “Bu bir… bu iki… bu üç…” – on-on beş, bəzən iyirmi tikan çıxardardı və bu işdən usanmazdı. Çünki o bu işə başlayanda “Qaraçı gözəli” dərhal hıçqırtısını kəsərdi, başını azca yana əyib, ayaqlarından çiyrinməyən sədr oğluna mat-mat tamaşa edərdi… Sonralar Cığalı Gülgəzlə bir yerdə oturanda “Dəli Səməd” o balaca “Qaraçı gözəli”nin təqlidini çıxarmaq üçün başını yana əyərdi. “Avariya” gününə qədər belə idi. “Avariya” günü Səməd üzünü şeyx əmilərinin qəbirlərinin şəkillərinə söykəyib yatıb daha oyanmayan “Dəli Səməd”lə birgə “Qaraçı gözəli”lə vidalaşmışdı və bilmirdi ki, o balaca gözəlin təqlidini çıxara-çıxara özü də vərdişkar olub, kiməsə, nəyəsə tamaşa edəndə hökmən başını yana əyirdi. Bilmirdi ki, indicə fənərin işığı üzünə düşəndə də eynilə təqlid çıxaran “Dəli Səməd” kimi baxırdı və Gülgəz də elə bu baxışdan birdən-birə dəyişib, hamanca, ayaqları tikanlı qızcığaz kimi, yanaqları uzunu iri-iri damlalar axıtmağa başlamışdı.

      Özündən xəbərsiz Səməd indi ancaq o göz yaşlarını görürdü.

      – Mən inanmıram… İnana bilmirəm, Gülgəz. Dedilər, əmim başqasının istəklisini gətirib… arvad eləyib özünə… Ürəyimə nəsə damdı… Kim inanar belə şeyə?!

      Bu sözləri ürəyindəmi deyirdi, dilindəmi? Nə fərqi vardı? Nə dediyini və nə üçün dediyini Səməd özü bir o qədər anlamadığı kimi, Gülgəz də bir şey anlayana oxşamırdı, yəqin buna görə də Səməd ondan heç nə soruşmurdu, izahat tələb eləmirdi.

      Seyid kişi duruxa-duruxa, addım-addım gəlib dayandı. Bu evdə, bu ailədə baş verən hadisə lap ilk gündən ona məlum idi. “Başqasının istəklisi”ni məhz kimin istəklisi olduğunu Seyid kişi yaxşı bilirdi, odur ki, Səmədi tanıyar-tanımaz hay-küyünü kəsib, səsini içinə salmışdı və yaxına gəlsə də, nə isə demək-danışmaq fikrində deyildi. Arvadı Xeyrə arvad bağın hasarından o yana – qonaq evinin həyətinə açılan qapının arasında əli çıraqlı durub, dönə-dönə “Nədi, a kişi? Bir şey yoxdusa, mən gedim” desə də, kişi burda dillənməyi də münasib saymırdı. Əmma cavanların üzlərinə baxanda dözmədi, xışıldayıb-xırıldadı:

      – Dağıl, ay dünya! – dedi.

      – Niyə uçmursan, niyə dağılmırsan, ay dünya?!– dedi.

      Özü də elə dedi ki, əgər dünya insan sözündən təsirlənə bilən bir şey olsaydı, “beş oğlunun beşi də müharibədə qalandan maxorkaya dəm verən” bu xışıltılı kişinin naləsindən sonra nə isə baş verməli idi.

      – Əlbəttə heç nə baş vermədi. Təkcə Xeyrə arvad bayaqkı laqeydliyinin əksinə, narahat olub irəli yeridi.

      Nədi axı yanan? Evdə bir şey dəymir gözümə, – dedi.

      Bir də Seyid kişi özü doluxsundu.

      – Şey-mey deyil… İnsandı yanan, arvad. İki novrəstə cavandı yanan. Bədbəxt! Sultanımızdı yanan! – dedi.

      Yalnız bu sözlərdən sonra Səməd uzun müddət nəfəssiz, şüursuz qalıb ayılan adam kimi dərindən nəfəs aldı.

      – Necə, necə olub bu?! Sən necə gəlib çıxmısan bu evə?!

      Bu ilk sualdan sonra beynində sual suala calandı. Qardaşoğlunun istəklisi əminin evində arvad?! Düşmən işi, düşmən qurğusudursa, bu necə qurğudur?! Gülgəzin dili yoxdumu, Sultan əmiyə deyə bilməzdimi kimdir, kimin istəklisidir?! Belə çıxır ki, Gülgəz susmuşdu?! Niyə?! Nə isə, kim isə məcbur eləmişdi ki, sussun?! Bəs kənd?! O boyda kənddə bir adam tapılmazdımı ki, bu “bir dənə gözələ” “Bircə bala”nın münasibəti barədə söz çatdırsın, işarə vursun? Bircə kəlmə, bircə işarə kifayət deyildimi ki, bu bədbəxtlik olmayaydı? Demək, kənd də susmuşdu?! Cəfər əmi, Ayna bacı da, Gülbəniz də susmuşdu?! Əlləzoğlu özü də, Hənifə arvad da?! Niyə?!

      Saysız-hesabsız sualları necə yağdırdığını, nəyi soruşub, nəyi soruşmadığını Səməd özü də bilmədi.

      Cavab əvəzinə ancaq hönkürtü eşidirdi.

      Gülgəz əllərini üzünə basıb hönkürtüsünü boğdu, dözülməz ağrı çəkən xəstə kimi sızıltı ilə əyilib yerə çökdü və daha qalxmadı.

      Səməd də əyilib donqarlandı və daha heç nə soruşmadı.

      Dərdli qoca düz deyirdi: yanan insandı. Bu evdə həyatı, məişəti dəyişdirib, yorğun, gərgin raykom katibini xoşbəxtliyə çıxaran o doğma, məhrəm elqızı və evdən yenə ac gedən Sultan əminin qisməti ilə bircə Gülgəz də yanıb tüstüyə çevrilmişdi. Bu sızıldayan, göynəyən Gülgəzin ancaq adı Gülgəzdi, özü “başqasının istəklisi” idi… Qara həyula düz deyirmiş: Səməd bu evə gəlməməli idi, “ömründə görmədiyi şeyləri” görməməli, “ömründə eşitmədiyi sözləri” eşitməməli idi, “bir dəfə sınandan sonra bir də sınmamalı” idi. O “sirlə dolu sinə” doğrudan da sirlə doludur. İndi daha aydın görünür və təsdiq olunur ki, çoxbilən adam bildiyinin bəlkə heç mində birini də deməyib; “ömründə görmədiyi şeyləri” Səməd hələ bundan sonra görəcək, “ömründə eşitmədiyi sözləri” hələ bundan sona eşidəcək.

      Əli çıraqlı arvad da gəldi, “bıyy” eləyib heyrətlə içini çəkdi.

      Seyid kişi arvadına nə isə pıçıldadı, xışıldayıb-xırıldadı:

      – Yeri, yeri! – dedi.

      Özü isə fənər əlində, necə dayanmışdısa, eləcə qalıb tərpənmədi. Səmədə elə gəldi ki, kişi fənəri ancaq sarsıldığına görə yox, həm də ona görə belə tutub durub ki, bədbəxt “novrəstə cavan” istəklisinə son dəfə baxsın, vidalaşsın, çıxıb getsin və bir də bu tərəflərə ayaq basmasın. Başqa cür necə ola bilərdi? Əlbəttə, çıxıb getməli idi. Xeyrə arvadın o cür “bıyy” eləməyindəncə məlumdu ki, Səmədin bu həyətdə görünməyinin özü də yaxşı deyildi, əmisinin arvadına belə baxmağı isə bəlkə, hətta qəbahətdi.

      Əmma Səməd baxmaya bilmirdi.

      Əlləzoğlunun yaba ilə döyəcləyib, yapıxdırıb çəpərə qaldırdığı qaratikanlardan tökülüb, yağışlardan sonra da korşalmaq, çürümək bilməyib üst-üstə yığılan sarı-qızılı tikanlardan elə bil gül bitmişdi ki, o gülün ətrini duyandan sonra “Dəli Səməd”