Панахи Макулу

Xiyabani


Скачать книгу

Ancaq geyimindən onları heç də kəndli ba-lasına oxşada bilmədi: “Bəlkə xanın qohumlarının, ya başqa xanların uşaqlarıdır – deyə əvvəlcə tərəddüd etdi. Sonra on-ların qabağına keçərək soruşdu:

      – Siz indi xanlıqda idiniz?

             Məhəmmədlə Qasımağa bir-birinin üzünə baxdılar. Məhəmməd yavaşdan dedi:

      – Oradaydıq, nə olsun?

      – O çalınan şeyi Əlixandan alıb qaçırdan hansınız-dır?

            Məmməd “o mənim özümküdür” deyən kimi nökər uşaqların ikisini də yaxasından tutub dik qaldırdı: “Köpək oğlu kəndxuda, indi sənə göstərərik. Gör necə dikbaş uşaq-lar böyüdüb!”

            Bu, novun yanında Fatı nənəni itələyən nökər idi. Qasımağa ağlayır, Məhəmməd isə “Burax! Burax!” deyə çır-pınıb, onun əlindən çıxmağa çalışırdı. Canavar sürüdən qa-çırdığı qoyunu dişində sürüyən kimi, o da uşaqları pəncərə-nin qabağına sürüdü. Onlar pəncərənin qabağına yetişəndə başqa bir nökər kəndxudanı pillələrdən endirirdi.

      – Köpək oğlu, köpək, bəs deyirdin uşaqlarım kənd-dədir. Bunlar kimin qoduğudur?

      – Mən nə bilim, a başına dolanım? Mən şəhər uşaq-larını nə tanıyıram?

            Xan ilə oğlu pəncərədən baxırdı. Oğlan Məhəmmədi göstərərək ağlamağa başladı:

      – Bax, o çəkmə geyən oğlandadır zurna…

            Nökər Məhəmmədin cibindən zurnanı çıxaranda bu dəfə o qışqırmağa başladı:

      – Zurna mənimdir, vermirəm! Ağam Urusiyyətdən göndərib, vermirəm!

            Nökər Məhəmmədi itələyib yerə yıxdı, zurnanı onun əlindən aldı:

            “Ağam Urusiyyətdən göndərib” – deyə onu yamsıla-dı, – Ağan qələt eləyib!

            Məhəmməd yerdən qalxınca nökər pillələri yeyin-ye-yin çıxdı…

            Xan oğlunun pəncərə qabağında oturub zurnanı çal-ması Məhəmmədlə Qasımağanı hövsələdən çıxardı. Onlar xanın adamlarını söyməyə başladılar. Xan nökərlərinə əmr etdi ki, uşaqların qulaqlarından tutub həyətdən eşiyə atsın-lar…

             … Günlər ötüb keçir, o hadisəni heç bir şey Məhəm-mədin xatirəsindən silə bilmir, o, xanın oğlunu təklikdə görmək, döymək üçün girəvə axtarırdı…

      5

            Yazın ən gözəl vaxtı idi. Həyətdə meyvə ağacları çi-çəklənmişdi. Elə bil hər yerə ağ çadır sərilmişdi. Məhəmməd qışda qar yağanda da öz həyətlərini belə gözəl görmüşdü. Ancaq indiki gözəlliyin ayrı hüsnü vardı! Bir-birinə macal verməyən bal arıları güldən-gülə qonub, öz yüklərini tutur-du. Nəğməli quşlara tamaşa etməkdən könül doymurdu.

             Məhəmməd səhər tezdən durub həyətə enmişdi. O, ağacların altında dayanıb, altdan yuxarı çiçək salxımlarına baxır, onların xoş ətrini udurdu. Həyətin bir tərəfində pişik marığa yatıb, yerdə dən yeyən sərçələrin üstünə atılmaq is-təyirdi… Uşağın sərçələrə ürəyi yandı, tez səkidən süpürgəni götürüb pişiyə tərəf tulladı. Pişik götürüldü, səsə quşlar da uçub ağaca qondu. Onlar budaqlarda civildəşərək, sanki Mə-həmmədə öz minnətdarlıqlarını bildirirdilər.

            …Məhəmməd dayısının dükanı qabağında çardağın dirəyinə söykənmişdi. Gözlərini müştərilərlə danışan dayı-sından çəkmirdi. Yaxşı bilirdi ki, dükançılar müştərini ha-mıdan, hətta öz bacıoğlanlarından da çox sevərlər, onların alver söhbətinə qarışmaq olmaz.

            Müştəri gedəndən sonra dayısı onu yanına çağırıb diqqətlə süzdü. Uşağın yaşına görə çox yekə olan uzunsov başını sanki birinci dəfə idi ki, görürdü:

      – Nə var, xeyir ola?

      – Buyurmuşdunuz ki, bayramdan sonra məni mək-təbə qoyacaqsınız, ona görə gəlmişəm.

      – Hə, demişdim, bərəkallah! Demək oxumaq istə-yirsən?

      – Bəli, dayıcan.

            Dayı oturduğu döşəkçənin üstündən bu tərəfə keçib, dabanıyatıq ayaqqabılarını geydi, sonra qəfəslərin birində satmaq üçün yığdığı kitabların arasından balaca bir çərəkə çıxarıb, Məhəmmədə uzatdı:

      – Ala, bu da sənin dərs kitabın, diqqət elə ki, cırma-yasan ha!. Gedək.

            O, Məhəmmədin qolundan yapışıb məscidə7 tərəf yollandı. Məhəmməd kitabı qoltuğunda bərk-bərk tutub, da-yısının dalınca dinməz-söyləməz gedirdi. Dayısı məscidin hücrələrindən birinin qarşısında durdu. İçəridən qarışıq səs-lər eşidilirdi. Pəncərə qabağında oturmuş molla gələni görən kimi boğazını arıdıb onun salamını aldı.

      – Və əleykumsalam, ey hafizi-xoşkəlam. Yuxarı niyə təşrif gətirmirsiniz? Buyurun, çay meyl eləyin…

      – Sağ olasınız, axund ağa, mərhəmətiniz artıq olsun. Siz bu bacıoğlu haqqında səy eləsəniz, bizim üçün hər şeyə dəyər.

      – O barədə xatiri-şərifiniz asudə olsun. Onu ya-nımda oturdub, dərslərinə özüm baxacağam. İnşallah, Uru-siyyətə gedən olsa, Hacı Əbdülhəmid ağaya yazın ki, gələn bahar bu zaman oğlunun Quran çıxmasıdır. Qoy sovqatı yağlı göndərsin. – Molla üzbəüzündə cərgə ilə oturan uşaq-lardan birinə müraciət etdi: – Ay gədə, dur kitablarını da gö-tür, get o Məhəmməd Hüseyn ilə Əlinağının arasında otur, – dedi. Sonra da balaca Məhəmmədə baxaraq başı ilə işarə et-di. – Başmaqlarını kəfşəkəndə8 çıxar, keç otur burada.

            Məhəmməd içəri girəndə Qasımağanı, qonşuları Bö-yükağa, Kiçikağa adlı iki qardaşı da burada gördü. Sevindi. Keçib mollanın göstərdiyi yerdə oturdu.

            Uşaqlar əyilib yırğalana-yırğalana dərs oxuyurdular. Məhəmməd gözlərini Qasımağaya dikib dururdu. Binə ba-şında oturub, qırğı kimi hər tərəfi görən mollanın başqa səm-tə baxmasından ani istifadə edən Qasımağa Məhəmmədə ba-xıb qımışdı. Ancaq bu, mollanın gözündən yayınmadı, onun xırıltılı səsi eşidildi. Qasımağa özünü yığışdırdı.

            Uşaqlar növbə ilə dərslərini oxuduqdan sonra, molla üzünü Məhəmmədə tutdu:

      – İndi növbə sənindir, gəl görüm.

            Bir quş cəldliyi ilə yerindən qalxan Məhəmməd düz mollanın oturduğu döşəkçənin qabağında dizlərini yerə vur-du. Əl boyda kitabı açıb qabağına qoydu.

      – Dərsini düzgün qoy. Molla özü kitabçanı çevirdi, sonra birinci səhifəni açdı. Səhifədə birinci sətrin əvvəlindən axırına çəkilən “Bismillah” sözünü və onun dalınca sığışdı-rılıb yazılan “Rəhmanir-rəhim”