və pulu oğurlanan kişinin kim olduqla-rını və harada yaşadıqlarını öyrən. Gözdən pərdə asmaq üçün özünü Rantikin nişanlısı kimi qələmə ver. Puldan qorxma. Nə qədər lazım olsa xərclə. Sənə beş gün vaxt verirəm.
Rantiki cibgirlik yoluna gətirib çıxardan yalançılığı və gop edib özünü öyməsi olmuşdu. Rantik lap uşaq yaşlarından yalan danışmağa adət etmişdi. O, gözlərini açıb anasının hər addımda qonşulara yalan satdığını, tez-tez tanışlarını, qohum-qardaşlarını aldatdığını görmüşdü.
Rantikin atası da arvadından geri qalan deyildi. O da arvadı kimi yalançı və lovğa idi. Kişi tez-tez Rantikin yanında utanıb çəkinmədən yalan satır, evdə soğan-çörək yeyib, bayırda toyuq-plovdan dəm vurur, böyük vəzifəli 16
şəxslərlə oturub-durduğundan, onlarla dostluq etdiyindən danışırdı. Rantikin atası çox zaman tanışları yanında öyünmək üçün yalandan rəhbər işçilərə telefonla zəng vurub, onların kefini soruşur, bu və ya başqa məsələ haqqında məsləhətləşir, bundan həzz alırdı. Rantik də tezliklə həm məhəllədə, həm də məktəbdə yalançı və gopçu kimi tanındı. Yoldaşları Rantikin gopçu olduğunu, nəfəsi-nin yalanla gedib-gəldiyini bildiklərindən onu tez-tez ələ
salırdılar.
Bir gün Rantik məktəbdən evə gələrkən bir tanış oğlana rast gəldi. Rantik bilirdi ki, bu oğlan oğrudur. Nədənsə oğurluqdan, cibgirlikdən söz düşdü. Adəti üzrə
Rantik yenə gop etdi:
– Eh, cibə girməkdən asan nə var. Bu, su içmək kimi asan bir şeydir. Mən özüm də elə cibgirəm.
Yoldaşı Rantiki ələ salıb dedi:
– Ay Rantik, öz aramızdır, yenə məni xamlamaq istəyirsən. Sən hara, cibgirlik hara?
Rantik, yalan danışmadığına and içdi. Yoldaşı isə de-di:
– Mən sənə inanmıram. Əgər sən, doğrudan da, cibə
girməyi bacarırsansa, nə üçün pulsuz olursan? Ondan-bundan qəpik-quruş borc alırsan? İnanmıram.
– Kilsə haqqı düz deyirəm, – deyə Rantik and içdi.
– Sübut elə.
– Nə təhər sübut edim?
– Mənim yanımda cibə gir, baxaq görək, düz deyirsən, ya yalan.
Dilindən bəlaya düşən Rantik qorxdu. Zarafata salıb işdən əl çəkməyə çalışdı. Ancaq yalançını evinə qədər 17
qovmağı qət edən tanışı ondan əl çəkmədi. Rantik əlacsız qalıb cibə girməyi qərara aldı.
Onlar Dzerjinski adına parkın yanında 8 nömrəli tramvaya mindilər. İş gününün sonu olduğundan tramvay tünlükdü. Rantik o yan-bu yana baxdı, tər tökdü, yoldaşının yanında xəcalətli olmamaq üçün özü də hiss etmədən qeyrətə gəldi və bir qadının sumkasını açıb pulunu çıxartdı.
Rantikin məharətinə heyran qalan oğlan onu təbrik etdi. Rantik tanışını restorana aparıb qonaq elədi. Elə həmin gündən başlayaraq, pula şirnikləşib cibgirliyə başladı.
Beş il sonra şəhərdə Rantik məşhur cibgir oldu. O, tramvayda, trolleybusda və ya alıcılarla dolu olan mağazalarda böyük məharətlə hərəkət edərək, sol əli ilə ehmal-ca cibləri yoxlayıb özü üçün “ov” axtarırdı. Kimin cibinə
girəcəyini müəyyən etdikdən sonra Rantik həmin adamı bir tərəfə sıxışdırır, sağ əlinin iki nazik barmağını işə salardı. Barmaqlarının cibə girməsi ilə bayıra çıxması bir olardı. Bu zaman Rantik o qədər ustalıqla hərəkət edərdi ki, “ov” cibinə girdiyini hiss etməz, hətta qəsdən bir tərəf sıxışdırıldığını belə başa düşməzdi. İstədiyinə nail olan kimi Rantik başqa cibgirlər kimi dərhal çıxıb getməyə tə-ləsməz, bir az sakitcə gözləyər və ilk dayanacaqda təm-kinlə vaqondan düşərdi. Çox zaman Rantikin yanında köməkçi “Zorba Səftər” də olardı. Həmişə səliqə ilə geyinmiş və qoltuğuna portfel tutmuş olan Səftərin bütün işi Rantikin gözlərinə baxmaqdan ibarət idi. Rantik sol gözünü qırpdıqda Səftər “ovu” sağ tərəfə sıxışdırır, sağ gözünü qıydıqda isə əksinə hərəkət edərdi. Bir qayda olaraq 18
onlar tramvaydan düşdükdən sonra dərhal taksiyə minir və buranı tərk edirdilər.
Rantikin cibgirlikdə bəxti də gətirirdi. Bu beş il ərzində Rantik bir dəfə də olsun cibgirlik üstündə tutulma-mışdı. Doğrudur ki, iki dəfə onu əyrilik üstündə tutub möhkəmcə əzişdirmişdilər. Ancaq Qrant Nalbandyan hə-lə oğurluq üstündə həbsxanaya düşməmişdi. O, həbsxana haqqında ancaq oğru yoldaşlarından eşitmişdi. Bu dəfə
isə Rantik möhkəm ələ keçmişdi. Doğrudur, Rantik milis şöbəsində də, prokurorluqda da cibgirliyini danışmış, ona böhtan deyildiyini bildirmişdi.
Ancaq Rantik yaxşı başa düşürdü ki, bütün bunlar faydasızdır. Axı pulu oğurlanan kişi də, şahidlər də Rantikin üzünə durmuşdular. Buna görə də Rantik azı beş il iş alacağına əmin idi.
Rantik həmişə yaxşı yeyib-içməyə alışmışdı. Həbsxana çörəyi isə onun boğazından keçmirdi. Rantiki hər şeydən çox təəccübləndirən dostu və şəriki “Zorba Səftər”
idi. Bu günlər ərzində Səftər bir dəfə də olsun həbsxanaya gəlməmiş, ona yemək göndərməmişdi. Qəribə burasıdır ki, Rantikin doğma anası belə oğlunu yaddan çıxarmışdı.
Bunun da təqsiri Rantikin özündə idi. Axı, adətən o, tez-tez şəhərdə itib-batır, həftələrlə evə gəlməzdi. Anası onun tutulduğunu bilmirdi. Buna görə də Rantik həbsxanaya düşəndən bir neçə gün sonra arıqladı, rəngi soldu, gözlərinin altı qaraldı. Doqquzuncu gün Bayıl həbsxanasında istintaqda olan Rantik, gözlənilmədən bir yemək bağlaması aldı. Yeməyi Klara adlı bir qız göndərmişdi.
Rantik belə bir adamı tanımadığını nəzarətçiyə bildirmək istədi. Lakin dərhal fikrini dəyişdi. Yeməyin kimin tərə-19
findən göndərildiyinin fərqinə varmadan acgözlüklə xö-rəyin üstünə düşdü.
O gündən başlayaraq, naməlum Klaradan tez-tez müxtəlif yemək bağlamaları gəlirdi. Rantik fərqinə varmadan bu bağlamaları qəbul edir, hərdənbir Klaranın kim olması haqqında düşünür, heç kimi ağlına gətirə bilmirdi.
“Yəqin, dövlətli qızdır. Mənə vurulmuşdur” deyə öz-özünə düşünürdü. Buna görə də o, qab-qacağı həbsxanadan qaytararkən Klaraya məhəbbətlə dolu məktublar yazır, bu qızı çox sevdiyini, hədsiz dərəcədə ona minnətdar olduğunu bildirirdi.
Məhkəmədən bir neçə gün əvvəl Rantik dustaq yoldaşlarının məsləhti ilə öz işini yüngüllətmək üçün hər şe-yi boynuna almaq, özünü yazıq adam kimi qələmə vermək qərarına gəldi. Ancaq məhkəmə gününün axşamı fikrini dəyişdi. Bu da səbəbsiz deyildi. Həmin axşam o, Klaradan təzə kostyum, ipək köynək, modalı ayaqqabı, xörək və iri bir təndir çörəyi aldı. Çörəyi kəsdikdə içindən bir kağız çıxdı. Kağızda yazılmışdı: “Heç nəyi boynuna alma, hər şeyi inkar et. Allah qoysa sabah görüşə-rik”.
Rantikin kefi duruldu. O şənlik