Muğanna İsa

Kollu koxa


Скачать книгу

adamı daha da yan-dırdığından şikayətlənib, vaxtilə kənddə sovet sədri olanda yayın istisində yaylağa atlı göndərib qarlı dağlardan xur-cunda, saman içində buz gətirtdiyi dəmləri xatırladı. Bunu elə yanıqlı danışdı ki, mən mütəəssir oldum, bu saat ona buz tapmağa söz verdim. Raykomun bufetinə, oradan da su dü-kanlarına yüyürdüm. Son vaxtlar rayonda işlənən süni buz qalaqları arasında, nəhayət, bir parça əsl buz tapdım, pivə

      dolçasının içində müşavirə gedə-gedə rəyasət heyətinə aparıb Qurban kişiyə verdim.

      – Pah! Pah! Sağ ol, bala, sağ ol! – dedi və cibindən iri bıçaq çıxarıb açıb, müşavirəni-filanı saymadan, elə o pivə dolçasının içində şaqqaşaq doğrayıb, xırdalayıb, dişinə salıb xartaxart yedi.

      Müşavirənin axırında hamı xahiş etdi ki, “rayonumuzun fəxri” də danışsın. Qurban kişi başını buladı. Sağ-solunda oturan raykom katiblərinə şikayət tərzində nə isə deyib, nəhayət, ayağa qalxanda isə, cəmi beş-on kəlmə danışdı.

      Mən orda öyrəndim ki, rayonda çağrılan bütün iclaslarda, müşavirələrdə, bayram şənliklərində, qonaqlıqlarda iştirak etdiyinə baxmayaraq, Qurban kişini üstəlik də məhkəməyə

      xalq iclasçısı seçiblər. Çıxışında o, bütün bu həngamənin 11

      əvəzində ürəyinə yatan “atüstü bir qulluq” istədi. Rəyasət heyəti də, zalda oturanlar da hamı “rayonun fəxrinin” mü-şavirədə haqqında söhbət gedən təsərrüfat məsələlərindən, pambıqdan, üzümdən, suvarma işlərinin çətinliyindən da-nışmasını gözləyirdilər. O isə “atüstü bir qulluq”, yəni “adı, ünvanı olan bir vəzifə” istəyib oturdu.

      Və yenə deyinməyə başladı:

      – Yığışırıq, elə danışırıq! Danışırıq! İclas! İclas!.. Mos-kvada hər gün iclas, Bakıda hər gün iclas, rayonda hər gün iclas! Nədi bu belə?! Niyə işləyən yoxdu, ay bala?!

      Rəyasət heyətində də, zalda da pıçıldaşma gəzirdi. Ha-mı birtəhər, məyus olmuşdu.

      Qurban kişi o yan-bu yana baxdı. Deyəsən, nə isə fikirləşib yenə ayağa qalxdı. Zalı göstərib:

      – Buna baxın! Səhər saat doqquzdan indiyə qədər bu bir orduluq adam boş-bekara oturub burda! Buydumu biz bol-şeviklərin qurmaq istədiyimz dövlət?! Deyirdik: “Hərəyə öz zəhmətinə görə…” Zəhmət çəkənlər çöllərdə günün altında ac-yalavac, biz burda belə! Limonad dartırıq! Buz xırtdadı-rıq! Deyirəm genə kəndə göndərin məni! Hamınız gedin! İclas nədi?! İşləmək lazımdı, bala! Kolxozlara, sovxozlara sahib olun! Hər vəzifəli adam bir kolxozu podrata götürsün, hamilik eləsin, xeyir versin! Yoxsa, bu nədi?!

      Mənim ürəyim çırpınırdı. Ağlıma bir fikir gəlmişdi, əm-ma dillənməyə cəsarət etmirdim. Qorxurdum münasib düş-məsin.

      Qurban kişi pivə dolçasını götürüb buzun suyundan bir qurtum içib: “Oxay!” – dedi. Gördüm yenə buz sındırmaq istəyir. Yerimdən necə atıldığımı, cibimdəki qaşıqlı-çəngəlli bıçağı necə işlətdiyimi bilmədim. Sonra isə, beynimdəki fikir-dən sehirlənmiş kimi, dayanıb, indi yadıma gələndə ətimi tö-12

      kən, axmaq bir təbəssümlə gözlərimi onun üzünə zillədim.

      Əzabla düşünürdüm ki, necə edim, bir az əvvəl dediyi “ha-mi”lik məsələsini necə xatırladım?

      İxtisasca aqronomluğuma baxmayaraq mən partiya tarixi ilə də çox maraqlanırdım. Tribunaya qalxmadan, bıçaq əlimdə, başladım ki:

      – Rusiyada inqilab illərində təsərrüfat yerli-dibli dağı-landa Lenin neyləmişdi, yadınıza salın. İyirmi beş min fəh-ləni səfərbər eləyib kəndlərə göndərmişdi ki, təsərrüfatı qal-dırsınlar. “Dvadsatipyatitısyaçniki” – “İyirmibeşminçilər”

      adlandırılan o vətənpərvər adamlar Rusiyanı aclıqdan xilas etdilər!

      Qılınc Qurbana elə bil dünyanı bağışladım. Dolçadan bir qurtum da içib, ucadan:

      – Afərin! – dedi. – Afərin, Cavanşir Ocaqov! Sənin kol-xozunu şəxsən podrata götürürəm! Hamilik deyirlər, şefliyə

      götürmək deyirlər. Mən bax o iyirmibeşminçilər təki kəndlərə çağırıram bütün bu vəzifəli, savadlı adamları! Gedək qaldıraq təsərrüfatımızı! Yoxsa, bu nədi, a yoldaşlar?! Kolxozlar dağılır, əmbə biz elə iclas eləyirik!

      Yazın məni bu Ocaqovun kəndinə! Podrata!

      “Şeflik” demək istəyirdi, “podratçı” – dedi. Ancaq heç kəs bunun üstünü vurmadı. Mənə gəlincə, mənim üçün bu saat dünyada bu “podrat”dan gözəl ikinci bir söz yoxdu. Bu söz Qurban kişinin dilindən çıxar-çıxmaz, mən hərəkətimin necə görünəcəyini düşünmədən, rəyasət heyətinə cumub, qocanın tarım çəkilib kip düymələnmiş kitelin içində elə bil sümükdən savayı heç nəyi olmayan xırdaca bədənini qu-caqladım, sonra büt qarşısında əyilən kimi əyilib, əllərini öp-düm.

      13

      Bu təfsilatı mən indi belə aydın xatırlayıram. Onda isə

      qocanı qucaqladığımı da, əllərini öpdüyümü də bilmədim.

      Bir də o vaxt ayıldım ki, böyründə dayanıb mənim başıbəlalı kolxozumu “podrata” götürən bu möhtərəm şəxsin xırdaca boyundan uca görünməmək üçün qəsdən qıçlarımı əyib, bo-yumu balacalaşdırıb var qüvvəmlə əl çalıram.

      “Başıbəlalı kolxozum” deyirəm, ona görə ki, neçə ildən bəri mən Qaracaların qumlu, gilli torpaqlarında pambığın vaxtsız yanmasını, bu torpaqlarda üzümçülüyün və qoyun-çuluğun daha sərfəli olduğunu sübut edə bilmirdim; köhnə, ixtisaslı aqronom kimi dəlillər gətirirdim, fayda vermirdi; hər il təsərrüfatın planlaşdırılması başlananda, iclaslarda pambığa ehtiyacdan danışıb, sahələri pambıq əkini üçün ya-rarlı olan kolxoz və sovxozlarla bir yerdə Qaracalara da öhdəlik verirdilər. Qaracalar isə, hər il haqq-hesab vaxtı üzü qara çıxırdı. Bunu bizim məsul işçilərin hamısı bilirdi. Mənim sonsuz şikayətlərimin cavabında: “Neyniyək, Cavanşir, əlacımız yoxdu. Moskva elə pambıq-pambıq deyir. Orta Asiya da biz gündədi, dözməliyik”, – deyirdilər. “Vaxt gələr, planlaşdırmadakı nöqsanlarımızı aradan qaldırarıq”, – deyirdilər. Mən onların danışıqlarındakı səmimi etirafı duyurdum, necə deyərlər, ürəyimə daş basıb susurdum, dözür-düm. Günlərin bir günü Qurban kişinin – “rayonumuzun fəxri Qılınc Qurbanın” belə gözlənilmədən Qaracaları “podrata” götürüb mənə dayaq, hamıya şef olacağını, əlbəttə, güman eləməzdim. Odur ki, birdən-birə xoşbəxt olmuşdum; var qüvvəmlə əl çalırdım. Üç katibin üçü də, icraiyyə komi-təsinin sədri də, rayon qəzetimizin redaktoru da – hamı əl çalırdı.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную