b
Seyid Hüseyn
Seyid Hüseyn Sadiq (Hüseyn Mir Kazım oğlu Sadıqzadә) 1887-ci ildə Bakıda anadan olmuşdur.
Çağdaş Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı dövrünün ən parlaq səhifələrindən biri çağdaş Azərbaycan nəsri, xüsusilə, onun hekayə janrıdır. Seyid Hüseynin 20-ci illərin sonundan 30-cu illərin birinci yarısınadək yazdığı hekayələr o zaman oxucuların dillərində əzbər olmuş, indi də öz təravətini saxlamış, müasirliyini itirməmiş, müəllifə şirin hekayə ustası kimi şöhrət qazandırmışdır. Hüseyn Mir Kazım oğlu “Tazә һәyat” vә “Kaspi” qәzetlәrinin mәtbәәlәrindә mürәttib olmuş, şәrikli “Bәhlul”, “Kәlniyyәt” vә “Qurtuluş” jurnallarını nәşr etdirmişdir. O, 1913-1914-cü illәrdә “İqbal”ın baş redaktoru idi.
Seyid Hüseyn bәdii yaradıcılığa 1907-ci ildә başlamışdır. Hekayә vә publisistik mәqalәlәrindә mürtәce ziyalıların әleyһinә çıxmış Azәrbaycan dilinin saflığı uğrunda mübarizә aparmışdır. Azәrbaycan әdәbiyyatı vә әdәbiyyat xadimlәri һaqda mәqalәlәr, müasir һәyatdan bәһs edәn һekayәlәr yazmış; “Yeni iqbal” vә “Azәrbaycan” qәzetlәrindә mәqalәlәrlә çıxış edirdi.
Repressiya qurbanlarından olan Seyid Hüseyn 1937-ci ildә hәbs edilmiş, 1938-ci ilin yanvarında güllәlәnmişdir…
Seyid Hüseynin ədəbi yaradıcılığa başlaması müstəqil həyata, əmək fəaliyyətinə qədəm qoyduğu ilk illərə təsadüf edir. 1908-ci ildən etibarən o, əvvəlcə ara-sıra, sonralar isə müntəzəm olaraq qəzetlərdə, jurnallarda “Kazımoğlu”, “Hüseyn Sadiq”, “Seyid Hüseyn” imzaları ilə ədəbi-tənqidi məqalələr dərc etdirmiş, Bakının ictimai həyatında, mədəni-maarif cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş, 1927-ci ilə kimi müvəqqəti-mühərrir kimi tanınmışdır.
Seyid Hüseyn Sadiqin həyat yoldaşı Azərbaycan şairəsi Ümgülsüm Sadıqzadə (Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə) idi. O, Seyid Hüseynin həbsindən bir neçə ay sonra – 2 noyabr 1937-ci ildə хalq düşməninin həyat yoldaşı kimi həbs edilərək Bayıl həbsхanasına göndərilmiş, bir müddət sonra 8 il həbs cəzasına məhkum edilərək, MTN sənədlərinə əsasən 1938-ci ildə Temlaq İslah Əmək Düşərgəsinə göndərilmişdir.
1945-ci ilin aprel ayında azadlığa buraxılan Ümgülsüm хanım Bakıya gəlir. 20 gün sonra onun burada yaşamasına qadağa qoyulur. Hər tərəfdən əli üzülən şairə Şamaхıya köçür, lakin burada bir neçə ay yaşayandan sonra on beş yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur…
QUMRAL SADIQZADƏ
Qumral xanım Sadıqzadə 1929-cu ildə Bakıda görkəmli yazıçı, jurnalist, naşir və maarifpərvər Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Bakıda orta məktəbi, 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1952-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1960-cı ildən dövri mətbuatda ruscadan tərcümələri, oçerkləri çap olunub. Uzun illər elmi-şəxsi arxivlərdən, atası ilə bir vaxtda yaşamış qohumlardan Seyid Hüseynin həyatı, fəaliyyəti, nəsli və dövrü haqqında zəngin materiallar toplayıb. Və bunun nəticəsində ikicildlik “Son mənzili Xəzər oldu” romanını yazıb. Romanın birinci cildi 1990-cı ildə “Gənclik” nəşriyyatında çap olunub.
Qumral xanım Azərbaycanın məşhur seyidlərindən biri, ilahiyyatçı və tacir, əslən içərişəhərli Seyid Sadığın nəticəsi, Məmməd Əmin Rəsulzadənin nəsil xələfi, respublikanın xalq rəssamı Oqtay və əməkdar rəssam Toğrul Sadıqzadələrin bacısı, romantik şair-mühərrir Əlipaşa Səbur Hüseynzadənin gəlinidir.
Müəllifdən
Mən Seyid Hüseynin axırıncı övladıyam. 1937-ci ilin yayında atam bizdən ayrılanda yeddi yaşım vardı. Odur ki, o vaxtlar atamı az tanıyırdım və onunla əlaqədar olan hadisələrin çoxu yadımda qalmamışdı. Atamdan az sonra anamızdan da ayrıldıq.
Biz – üç qardaş, bir bacı bibim Rübabə xanımın himayəsində böyüdük. Bibimin iyirmi bir yaşlı qızı Səyyarə Rzayeva o ağır illərdə bizə rəsmi qəyyum olmağı öz öhdəsinə götürdü.
Müharibədən əvvəl və çətin müharibə illərinin uzun qış gecələrində Rübabə xanım, adətən, bizim üçün nağıl danışardı. Başqaları nağıla maraqla qulaq asıb, hər gün təzəsini danışmağı xahiş edirdilər. Mən nağıllarla o qədər də maraqlanmazdım, bibim və nənəm Xırdaxanımın ötən günlər, olmuş hadisələr barədə söhbətlərini dinləməyi xoşlardım. On-on iki yaşım olanda artıq Seyid Sadıq nəslinin bütün nümayəndələri haqqında məlumatım vardı, kimlərlə nə dərəcədə qohumluq əlaqəmiz olduğundan, qohumlar arasındakı bir sıra hadisələrdən xəbərdardım.
Sonralar görkəmli ingilis yazıçısı Con Holsorsinin “Forcaytlar haqqında əfsanə” kitabını, daha sonra fransız yazıçısı Filib Erşanın “Bussardellər ailəsi” romanını oxuyanda məndə belə bir fikir yarandı ki, bizim nəsil haqqında da buna oxşar bir şey yazmaq olar.
1960-cı ildə uzun fasilədən sonra Seyid Hüseynin “Seçilmiş əsərləri” ədəbiyyatşünas Abbas Zamanovun geniş müqəddiməsi ilə çap olundu. O zamankı yaşıdlarım kimi mən də atamın hekayələri ilə ilk dəfə bu kitab vasitəsilə tanış oldum. Çünki məlum səbəblərə görə onun 1937-ci ilə qədər çap olunmuş kitablarını heç yerdən tapmaq mümkün deyildi. Kitabları oxuyandan sonra onu Azərbaycan ədəbiyyatının görkəmli nasiri kimi tanıdım.
1965-ci ildə həyat yoldaşım, yazıçı-jurnalist Aydın Hüseynzadə “Seyid Hüseynin publisistikası” adlı dissertasiya üçün material toplamağa başladı. O, Bakının kitabxanalarında, arxivlərində olur, Seyid Hüseynin dövri mətbuatda (1908-1937) dərc olunmuş məqalələrini, ona aid olan başqa materialları oxuyub üzünü köçürürdü. Mən atamın məqalələrini oxuduqca (onu da qeyd edim ki, ərəb əlifbası ilə sərbəst oxuya bilmədiyim üçün bu məqalələrin bizim əlifba ilə üzü köçürülməsəydi çox güman ki, heç vaxt həmin yazılarla tanış ola bilməyəcəkdim) atamın şəxsiyyəti ilə yaxından tanış olur, onun tərcümeyi-halının çoxlarına məlum olmayan cəhətlərini üzə çıxarırdım.
Seyid Hüseynin 300-dən artıq məqaləsində, demək olar ki, dövrün bütün ictimai hadisələri öz əksini tapmışdır. Bundan başqa ayrı-ayrı illər, dövrlər, bəzi hadisələr haqqında mənə lazım olan başqa materialları da şəxsi kitabxanasındakı kitablardan istifadə ilə əldə etmişəm.
Seyid Hüseyn, Aydın Hüseynzadənin atası, dövrünün mütərəqqi ziyalısı Əlipaşa Hüseynzadə (Səbur) (1885-1934) ilə yaxından dostluq etmişdir. 1911-1913-cü illərdə Əlipaşa Səbur Həştərxanda sürgündə olarkən onun Seyid Hüseynlə müntəzəm məktublaşdığı bizə məlum idi. Ancaq nə bizim, nə də Əlipaşa Səburun evində bu məktublardan heç biri qalmamışdı. Xoşbəxt bir təsadüf nəticəsində Seyid Hüseynin Əlipaşaya göndərdiyi məktubların əsli Əlipaşanın qardaşı Əlisəttarın evindən tapıldı.
Bunlar şəxsi məktubdan daha çox Seyid Hüseynin o dövr mədəniyyət, ədəbiyyat, mətbuat aləmi ilə bağlı olan hadisələrə münasibəti, həmin illərdə yaşamış bəzi sənət adamları barədə fikirləri cəhətindən də maraq doğurur. Yeri gəldikcə bu məktublardan da istifadə etmişəm.
Onu da nəzərə çatdırım ki, Seyid Hüseynin son illərə kimi yaxın qohumlarda, tanışlarda saxlanmış, eləcə də iyirminci, otuzuncu illərin dövri mətbuatında çap olunmuş nadir fotoşəkilləri tapılmışdır.
Atam Seyid Hüseynə, anam Ümgülsümə həsr etdiyim bu sənədli romanı mən 1982-ci ildən yazmağa başlamışam. O illərdə hələ otuz yeddinci il repressiyalarının adı heç yerdə çəkilmir, günahsız qurbanlar xalqa həqiqi xalq düşmənləri kimi tanıtdırılırdı.
Kitabın