müraciətdən sonra atam vəfat edib, dübarə Ətəbata müşərrəf Məkkəyə gedib, Ətəbata müraciət edib 8 il təhsildən sonra zahirdə öz ixtiyarımla, batində konsilu-rus misyo Başkovun hökmü ilə məhbus, sonra Lənkərana müraciət və Nəcəfi-Əşrəfdə gördüyüm və bildiyim əhvalat və şənayi-əmali qəsd etmələri və sonra əfvəri və Hacı Ağa Balanın tədlisi ilə Axund molla Mirzə Canın ruhaninin məni bənddə qoyma mollalıqdan Lənkərana övdətdən sonra gimnaziyada dərs deməyi mollalığa tərcih verib gimnaziyada müəllim olmağımı və bəzi mollaların mənlə rəqabət etməsini və Lənkəranda məşhur Hacı Ağa Baba Babayevin mənlə müxasimə və mənim əleyhimdə olmağını və mənim evim və əşi yam hökumət tərəfindən nayib ul-hökumə… Vitvitski və Abdulla bəy Mirzə Qurbanəli oğlunun mütərcimliyilə bərabər təftiş olub kağızlarımın əxzi və hökumətə təhvili və məni hökumət tərəfindən qəsd etmələri və sonra əfvləri və Hacı Ağa Balanın tədlisi ilə Axund molla Mirzəcanın məni bənddə qoyması və s. əhəmiyyətli həvadisatı bilkulliyə yazıb yadigar qoyam və lakin həvadisin təhacümündən mümkün olmadı ki, hamı bu əhvalatlara yazıb hərəsi özü üçün bir gözəl bəyanat verəm. Əgər inşallah taala müvəffəq olarsam fil cümlə mərəsindən işarə olaraq bir şey yazacağam. Amma əsl məqsədim bu dəftərdə Lənkəran dairəsində olan təşkilat və ittifaqat və həvadisatı bəyan etməkdir. Və zimnən mallalann biçarə və avaralığından bəhs edib, onların çox-çox umuratdan ədəmi-vuquflannı bəyan və təzəkkür edib və cəmi uləmanümələrə tövsiyə etməkdir ki, kəndiləri xüsusunda bir çara arasınlar ki, əgər bərfərz əmmaməli molla və ya inki uzundon bilici və dindar hər cür fəal və kardan olursa, təzə cavanlar onları istəməyib, daimi surətdə onların əleyhdarıdırlar. Çünki birdən sabiqdəki mallaların ədəmi-fəhmi və kəlamatlarından camaat o qədər geri qalıb və cəhalət bu dövr və bu müddətdə pərt olublar. Daha bundan sonra əbədən mollalıq umuratı islahnəzir deyil. Zira ki, camaat mollaların sui-idarəsindən o qədər muşəvvəş ul-hal olublar ki, daha əlacı imkan surətindən xaric bir mövzu olubdur. Mən özüm Lənkəranda ittifaq düşən hadisatı bəyan edib və kəndim bunlarla mübaşirət və hər işdə mübaşirətimi izah edib və zimnən oxumuş cavanların mənlə batini surətdə muxasiməsini bəyan eləyib və onların zahirən, batilən molla surətində olanlarla adəmi təvafüqünü hər bir məhəldə tövzihat verib şərh edərsəm, yazdığım sözlər və iddia elədiyim mətalib tamam-kamal hamıya vazeh və mübərhən olacaqdır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.