Xətainin əsərləri istər əlyazmaları, istərsə də şifahi şəkildə geniş yayılmış, məclislərdə musiqi havalarının müşaiəti ilə ifa olunmuşdur. Onun həyat nə mübarizəsi ilə bağlı məşhur Şah İsmayıl dastanı yaranmışdır. Bu dastan əsasında Müslüm Maqomayev eyni adlı opera bəstələmişdir. Yazıçı Ə. Cəfərzadənin "Bakı-1501", F. Kərimzadənin "Xudafərin körpüsü", Ə. Nicatın "Qızılbaşlar" romanları və bir sıra bədii əsərlər son illərdə Şah İsmayıl Xətainin həyatı və şəxsiyyətinə olan güclü marağın ifadəsi kimi meydana çıxmışdır.
Müslüm Maqomayev (bəstəkar) – “Şah İsmayıl” (opera)
Sərdar Fərəcov – “Şah Xətai” simfoniyası
Bakıda heykəli (1993, müəllif İbrahim Zeynalov)
Ərdəbildə heykəli
Xaçmazda heykəli
Gəncədə büstü
Şah İsmayıl Xətai fondu
Xətai metrostansiyası
“Şah İsmayıl” ordeni
Masallı şəhərində əzəmətli heykəli (müəllifi Valid Məmmədli)
Qəzəllər
«Hüsni-rüxsarın kim, oldu canü dil heyran ana…»
Hüsni-rüxsarın kim, oldu canü dil heyran ana,
Vədeyi-dövri-qəmərni tapşırır dövran ana.
Çün sənin hüsnün misali-Yusifi-Kənanidür,
Yüzini hər kim ki, görməz, yoxdurur iman ana.
Atəşi-eşqində, ey xunxarə gözlü dilbərim,
Eylə yanmışdır bu bağrım, yoxdurur dərman ana.
Gül yanağın, dilbəra, bəs tazətərdir hər zaman,
Qanlı yaşımdan tökər hər dəm gözüm baran ana.
Zülməti-zülfində könlü bu Xətayi xəstənin
Xızra bənzər kim, görünməz çeşmeyi-heyvan ana.
«Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana…»
Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana,
Nə bəla, bil kim, yüküş cövrü cəfa qaldı mana.
Munca gəldim, mən gədayə hiç inayət qılmadın,
Eşigində qıldığım dəsti-dua qaldı mana.
Müjdə gəldi dilsitanımdan ki, qətl oldu rəqib,
Şükr kim, biganə getdi, aşina qaldı mana.
Anca kövkəb kimi yaş tökdi ğəmində gözlərim,
Yer ilə, gög ilə Keyvan həm baxa qaldı mana.
Ey Xətayi, zülfi tək arındı yüzdən Zəngibar,
Dilbəri-Çinü Xətən, xubi-Xəta qaldı mana.
«Can olmaz isə, sən təki canan yetər mana…»
Can olmaz isə, sən təki canan yetər mana,
Vəslin bu xəstə könlümə dərman yetər mana.
Hicrin cəfası eylə yıxıbdır bu könlümü,
Hər şəb qapunda naləvü əfğan yetər mana.
Zülmat içində abi-həyat istəməz könül,
Ləlin zülali çeşmeyi-heyvan yetər mana.
Zahid, qoparma sən məni meyxanədən bu gün,
Ruzi-əzəldə yar ilə peyman yetər mana.
Gərçi, Xətayi, getdi əlindən vüsali-dust,
Hər dəm xəyali-didəyə mehman yetər mana.
«Cana, könüldə həmdəm olan qəmdürür mana…»
Cana, könüldə həmdəm olan qəmdürür mana,
Gör kim, fəraq evində nə həmdəmdürür mana.
Ancaq yüzün görəndə sənin can degil məlul,
Zülfin kimi könül dəxi bərhəmdürür mana.
Dil təşnə olsa vadiyi-hicrində, qəm yemən,
Ləlin zülali çeşmeyi-Zəmzəmdürür mana.
Neyçün sevərdi xəstə dil, ey bivəfa, səni,
Bu çox bəla ki, hicrin edər kəmdürür mana.
Miskin Xətayi vəsl ilə yüz il yaşar müdam,
Bu ömr kim, zəmanədə bir dəmdürür mana.
«Ey cəmalın gülsitani baği-minudur mana…»
Ey cəmalın gülsitani baği-minudur mana,
Cənnəti-rizvan ki, derlər, ol səri-kudur mana.
Yüzün üstə zülfini ta gördüm, ey ruhi-rəvan,
Gecə-gündüz ağlamaq eşqində xoş xudur mana.
Hicr sərgərdanlığın çərxi-fələkdən görmənəm,
Bu cəfalərni qılan ol yari-məhrudur mana.
Gecələr ta sübh olunca uyxu gəlməz eynimə,
Ta xəyalın daima çeşmimdə qarşudur mana.
Anca yaş tökdi Xətayi firqətindən, ey sənəm,
Xancaru baxsam, gözümdə yer yüzü sudur mana.
«Dilbəra, eşqin tənimdə sevgili candır mana…»
Dilbəra, eşqin tənimdə sevgili candır mana,
Pərtövi-mehri-rüxin xurşidi-tabandır mana.
Dərdi-hicrindən sənin hərgiz şikayət qılmazam,
Hic əlac etmən tələb, neyçün ki, dərmandır mana.
Asitanın xakini vermən cəmii-aləmə,
Hər ayağın toprağı mülki-Süleymandır mana.
Ta cəmalın müshəfin gördüm, əya nuri-ilah,
Zikri-eşqin dildə laim virdi-Qurandır mana.
Ey Xətayi, xubların cövri vəfadır aşiqə,
Firqəti mehr nigarın, cövri ehsandır mana.
«Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana…»
Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana,
Cövr bilmən kim, bəlayi-müntəha qaldı mana.
Ey pəri, çox işveyi-hüsninə məğrur olma kim,
Mülki-fani sanmagil kim, nə sana qaldı, mana.
Ta