Stephen Smoke

İşığın oyunu. Tanrını axtaran detektiv


Скачать книгу

>

      Meqqiyə həsr olunur – səbəbini özü, hər kəsdən yaxşı bilir

      Xüsusi təşəkkürlər:

      Dayanaya, Fredə, Syuziyə Cona, Denə, Rosa, ilk növbədə isə sənə Uolt… harada daldalanmağından asılı olmayaraq, qoca

      İşıq Şousunun sehrinə düşüb

      Su üzərində gəzə bilməyəcəyinə

      Necə inanmışdın

      Körpəm, nədən belə düşünmüşdün

      Bu, sadəcə, İşığın Oyunudur

      Gecə, səhərədək cadugərliyidir

      Hər şey əla keçəcək…

      İlkin qeyd

      Oxucunun gördüyü kimi, hər bir fəsil iqtibasla başlayır. Bunlar müəllif tərəfindən yazılmış və "Hisslər məbədi" albomunda toplanmış mahnılardan götürülüb. Buraya "İşığın Oyunu" mahnısı da daxildir.

      Albomu əldə etməyi arzulayır, amma onu yaxın musiqi mağazalarında tapa bilmirsinizsə, məlumat üçün naşirə müraciət edin.

      Kitab, həmçinin, faktların harada bitib, xəyalların haradan başladığını anlayanlara ithaf olunur.

      Daha çox isə bunu anlamayanlara…

      "İşığın Oyunu" bədii əsərdir. Onun süjeti həyatla bir qədər uyuşmasa da, romanın əsasında gerçək yaşanmış təcrübə durur.

      1

      Mona-Liza qiyafəsində

      Gözü yaşlı, Ceyms Dini dəfn edir

      Daxilində tələf olmuş şeyi

      Və onun mənasını tapmaq istəyir

      O, elə bir qadın idi ki, ondan ötrü rahib belə düşünmədən nigahsızlıq əhdindən üz döndərərdi.

      Əksər kişilər, Valeri Tireli bir dəfə görəndən sonra, artıq unutmurdular. Və ya, unuda bilmirdilər. Qara saçları maye oniks (damarlı əqiq) şəlaləsi kimi çiyinlərinə tökülürdü. Dolu dodaqları elə şirnikləndirici şəkildə bir-birinə dəyib-aralanırdı ki, öpüş üçün yaradıldıqlarına heç bir şübhə yeri qalmırdı. Vücudu… vücudu hansısa mötəbər muzeydə, sərgiyə qoyula bilərdi. O, mükəmməl idi.

      Əlində bu qədər kozırların olmasına baxmayaraq, o, mən deyərdim ki, son dərəcə kədərli görünürdü. O, təbii ərzaqlar mağazasından aldığım xüsusi surroqat kofe təklifimi rədd edərək (yetərincə başa düşülən qərar idi), dərhal oturacağını tuncdan tökmək qərarına gəldiyim stulda oturdu.

      – Mənim adım Valeri Tireldir, – o, ahəngdar, bir qədər boğuq səslə özünü təqdim etdi. Onun məğzini şəhər blyuzu – Herşvinin musiqisi, şəhər ucqarlarının blyuzu – əks etdirərdi.

      – Beləliklə, miss Tirel…

      – Missis. Sadəcə Valeri də deyə bilərsiz.

      – Valeri. Mən sizə necə kömək edə bilərəm?

      O, qəmli qonur gözlərini mənə tərəf qaldıraraq, dedi:

      – Mən ümidimi itirmişəm, mister Sendz. Mən, sadəcə yaşamaq istəmirəm.

      Mən ona, ölümünün necə böyük itki olacağını izah etməyə hazirlaşdım, ancaq Valerinin gorunuşündən hiss etdim ki, bunları dəfələrlə eşidib. O hər şeyi açıb-deməyə tələsdiyindən soruşdum:

      – Hansı səbəbdən?

      Valeri stulun arxasına söykəndi, çantasından filtrli "vinston" qutusunu götürdü, silkələyib bir siqaret çıxartdı və mənə təklif etdi. Mən imtina etdikdə, onu qızıl "dunhill" ilə yandıraraq, qutu ilə çaxmağı yerinə qoydu. Tüstünü dərindən sinəsinə çəkib buraxdı, amma hamısını yox. Sadəcə

      – Mənim ərim ölüb, – dedi. Bir qədər susdu. – O yaxşı insan idi.

      Mənə yönəlmiş gərgin baxışında səmimiyyət hiss olunurdu.

      – Yəni, çox yaxşı insan idi. Mənə hər şey verir, əvəz istəmirdi.

      O, bir anlıq o xəyalında rəqs etdi. Və mən onun kiminlə rəqs etdiyini sezdim. Sonra gerçəkliyə döndü.

      – Heç vaxt.

      – Sizin əriniz necə ölüb?

      – Təyyarə qəzasında. Onun şəxsi təyyarəsi var idi.

      Bu məni zərrə qədər də təəccübləndirmədi.

      – Təyyarənin idarəetmə mexanizmində nəsə baş verib, və o… yerə düşüb.

      – Dərdinizi bölürəm, – dedim.

      Dərhal, robot kimi,

      – Minnətdaram, – dedi. – O, mənə qarşı çox mehriban idi, mister Sendz…

      – Mənə sadəcə Nik deyin.

      – Nik. O, sözün əsl mənasında məni xəndəkdən çəkib çıxardı. Təxminən dörd il bundan əvvəl, mən küçə qızı idim.

      Mənim isə evdə kamodun yuxarı gözündə xeyli pulum var – deyəsən çox gec ağlıma gəlib.

      – Cəmi dörd il əvvəl mən küçələrdə özümü satırdım. Qordon məni tapdı. Bir dəfə gecə vaxtı, buradan çox da uzaq olmayan bir yerdə məni küçədən götürüb, evinə gətirdi və iki yüz dollar verdi ki, mən danışım…sadəcə özüm haqqında danışım. Heç bir sekssiz. Sadəcə mənim barəmdə soruşdu. Mənimlə artıq yüz il idi ki, heç kəs maraqlanmırdı. Hamı və hər kəs məndən sadəcə istifadə etmək istəyirdi, amma, Qordon… Qordon belə deyildi.

      Təxminən iki ay, o məni həftədə iki dəfə öz evinə aparırdı. Mən artıq o günləri gözləməyə başlamışdım. Nəhayət ki, o məni onunla harasa getməyə dəvət etdi. Əsl görüş təyin etdi. Dedi ki, ödəmək fikri yoxdur, odur ki, mənim imtina etməyə tam hüququm var. Amma, mən ondan bərk yapışdım. Bilirəm nə barədə düşündünüz.

      Bir qədər qeyri-müəyyən gümandır. Mən susdum. Axı o səhv də edə bilərdi.

      – Əvvəllər mən yalnız Qordonun pulları – varlanmaq barədə fikirləşirdim, ancaq, sonra ona həqiqətən vuruldum. İki ay sonra biz evləndik. Və son dörd ili mən elə yaşadım ki, istənilən qadın mənə paxıllıq edərdi… Amma, o artıq yoxdur. –sanki fikrə getdi. – Və mən bunu heç cür anlaya bilmirəm.

      – Bağışlayın?!

      – Mən anlaya bilmirəm. Niyə məhz Qordon? Dünyada ondan yaxşı və mehriban insan yox idi. O, Tanrıya inanırdı. – O, dodaqlarının kənarları ilə gülümsədi, yenidən tüstünü sinəsinə alıb, havaya xəyali tüstü buludu buraxdı. – O, hətta mənə də Tanrıya inanmağı öyrətmişdi. Sanki hansısa… hansısa xüsusi qüvvəylə yaxın idi. Kimsə onu Tanrı adlandıra bilər. Məsələn, Qordon elə belə də adlandırırdı. Tanrı onun həyatının mərkəzində idi. Qordon sanki, Tanrının qulu idi – hər halda özü belə deyirdi. O, elə mülayim idi, yaxınlarının qayğısına elə qalırdı ki, – yalnız mənə deyil, ehtiyacı olanların hamısına kömək edirdi. Bəs niyə Tanrı, burada – dünyada bu qədər xeyir verən bir insanı apardı?

      Mən cavab verməyə çətinlik çəkərək, təxmin etdim:

      – Bəlkə də, Tanrı istəyib ki, Qordon onunla birlikdə səmada olsun.

      Valeri məni nifrətlə süzdü, sanki mən nə isə nalayiq söz demişdim, amma, sonra nisbətən yumşaldı:

      – Mən incimirəm, amma, bu cəfəngiyatı hər addımda eşidirəm. Lakin, Qordon həmişə canlı Tanrıdan danışırdı, tez-tez təkrar edirdi ki, Tanrı hər yerdədir və hər kəs üçün əlçatandır. Əgər bu doğrudursa, deməli Qordon onsuz da hər zaman Tanrıyla bir yerdə imiş. Başa düşürsüz, nəyi nəzərdə tuturam?

      Bir qədər vicdansızlıq olsa da başımla təsdiqlədim.

      – Bağışlayın ki, sizi tələsdirirəm missis Tirel…Valeri, siz məndən nə gözləyirsiz?

      – Sizin "Sarı