Артур Конан Дойл

Son hadisə


Скачать книгу

g>

      SON HADİSƏ

      hekayələr

      YUNAN TƏRCÜMƏÇİ

      

      Şerlok Holmsun uzunmüddətli, davamlı dostluğumuz boyunca nə öz qohumlarından nə də keçmiş həyatından da-nışdığını eşitməmişdim. Bu mövzulardakı səssizliyi, onun məndə oyandırdığı qeyri-insani təəssüratı gücləndirmişdi. Sonunda onu, ürəyi olmayan beyin, ağıl tələb edən mövzu-larda nə qədər müvəffəqiyyətlidirsə, romantikada o qədər axsayan biri olaraq qiymətləndirməyə başladım. Qadınları həddindən artıq soyuq hesab etməsi və yeni dostluqlara həvəs göstərməməsi, duyğusuz şəxsiyyətinin göstəricisi idi. Bundan əlavə öz ailəsindən bəhs etməyi sevmirdi. Buna görə də heç bir qohumu olmayan bir yetim olduğunu düşünməyə başlamışdım. Lakin bir gün böyük qardaşından bəhs etməyə başlayınca təəccübdən ağzım açıq qaldı.

      Gözəl yaz axşamında çaylarımızı yeni içmişdik. Mövzu-dan mövzuya keçən söhbətimiz, qolf və dünyanın qütbləri-nin əyri olmasına toxunduqdan sonra irsi şəxsiyyət xüsusiy-yətlərinə gəlib çıxdı. Xüsusi qabiliyyətin insana irsi keçməsi yoxsa daha çox aldığı təhsildən qaynaqlandığı mövzusunu mübahisə edirdik.

      – Məsələn, sənin vəziyyətin, – dedim, – mənə izah et-diklərinə baxsaq, müşahidə etmə qabiliyyətinin və düşüncə qabiliyyətindəki fövqəladə bacarıqlarının, öz sistematik zəh-mətinin bir nəticəsi olduğu açıq-aydın hiss olunur.

      – Bir həddə qədər elədir, – deyə düşüncəli halda cavab verdi. Atalarım öz nəsillərinə xas bir həyat sürən kənd ada-mı idi. Lakin bu bir gerçəkdir ki, qabiliyyət qanımda var. Nənəmə çəkmiş ola bilərəm; çünki o, Vemetin, Fransız sə-nətkarının bacısı idi. Sənətçi damarının hansı qəribə şəkil-lərə girə biləcəyini əsla bilə bilməzsən.

      – Bəs irsi olduğunu haradan bilirsən?

      – Çünki böyük qardaşım Maykroft, bu mövzularda məndən qabiliyyətlidir.

      Bu mənim üçün doğrudan da yeni xəbər idi. İngiltərədə belə qabiliyyətli başqa adam da yaşayırsa, necə olur ki, nə polis, nə də digər insanlar onun haqqında heç nə bilmir-dilər? Bunu soruşarkən, qardaşının özündən daha müvəffə-qiyyətli olduğunu söyləməsinin, əlbəttə dostumun təvazö-karlığından qaynaqlandığını eyham etməkdən özümü sax-laya bilmədim. O, fikrimə səmimiliklə güldü.

      – Əzizim Vatson, – dedi, – təvazönü əsilzadəlik hesab edənlərlə razılaşmıram. Məntiqli adam üçün, hər şey tam olaraq necə isə elə görünməlidir. Özünü kiçik görmək də, qabiliyyətlərini şişirtmək də gerçəklərdən qaçmaqdır. Onun üçün Maykroftun məndən daha yaxşı müşahidə qabiliyyəti-nin olduğunu dediyimdə, ciddi bir gerçəkdən danışdığımı başa düşməlisən.

      – Səndən neçə yaş böyükdür?

      – Yeddi yaş.

      – O halda tanınmamasının səbəbi nədir?

      – O, öz çevrəsində çox tanınan adamdır.

      – Hansı çevrəsi?

      – Məsələn, Diogen Klubunda.

      Bəhs etdiyi təşkilat haqqında əvvəl heç nə eşitməmişdim və Şerlok Holms da bunu üzümdən oxudu və saatını çıxar-dı.

      – Diogen Klubu, Londonun ən qəribə klublarından biri-dir; Maykroftun da çox qəribə insan olduğu aydındır. Heç gecikmədən, hər gün saat 4:45 ilə 7:40 arasında orada olur. indi saat altıdır, bu ecazkar yaz axşamında bir gəzintiyə çıx-maq istəsən, səni bu iki qəribə varlıqla tanış etməkdən xoş-bəxtlik hiss edərəm.

      Beş dəqiqə sonra Recent meydanına doğru yola düşdük.

      – Maykroftun qabiliyyətlərini niyə dedektivlik sahəsin-də istifadə etmədiyi sənə maraqlı gəlirmi? – soruşdu dos-tum. Çünki elə bir qabiliyyəti yoxdur.

      – Amma mənə indi…

      – Müşahidə etməkdə və nəticə əldə etməkdə məndən daha üstün olduğunu söylədim. Dedektivlik sənəti bir kres-loda oturub fikir yürütməklə görüləcək iş olsaydı, böyük qardaşım böyük ehtimalla dünyanın ən böyük dedektivi olardı. Amma təəssüf ki, nə lazımlı enerjiyə nə də ehtirasa sahibdir. Öz qənaətlərini təsdiqləmək üçün belə gündəlik vərdişlərindən imtina etməz və öz haqlılığını isbat etmək üçün məşğul olmaqdansa səhv başa düşülməyi seçər. Ona dəfələrlə yeni problemlərlə bağlı müraciət etmişəm və o da hər dəfə mənə daha sonra doğru olduqları ortaya çıxan ca-vablar vermişdir. Buna baxmayaraq özü, bir hadisəni məh-kəməyə ya da hakimə vermədən əvvəl üzərində çalışması la-zım olan bir sıra nöqtələri həll etməkdə acizdir.

      – O halda bu peşə ilə məşğul olmur?

      – Əlbəttə, xeyr. Dedektivlik mənim üçün bir həyat tərzi olduğu halda, onun gözündə əyləncə axtaran insanlara görə bir hobbidir. Ədədlər mövzusunda fövqəladə qabiliyyətlidir və bəzi dövlət təşkilatlarının hesab işlərinə nəzarət edir. Maykroft, “Pall Mall”da yaşayır və hər səhər Uaytholla ge-dib, axşamlar geri dönür. Bütün il boyu başqa iş görmür. Başqa bir yerə də getmir; təbii ki evinin düz qarşısında olan Diogen Klubunu nəzərə almasaq.

      – Ora haqqında əvvəllər heç eşitməmişəm.

      – Bu çox təbiidir. Bilirsən, Londonda hər cür insan var. Bəziləri utancaqlıqdan, bəziləri isə insanlara qarşı etibarsız-lıq və nifrətlərindən dola yı digər insanların arasında görün-mək istəmir. Yenə də bu insanlar gündəlik qəzetləri, perio-dik çıxan digər nəşrləri oxuya biləcəkləri rahat kürsüləri olan yerə yox deməzlər. Diogen Klubunun quruluş məqsədi də belə insanlara rahat yer təmin etməkdir. İndi şəhərdəki ən asosyal adamların çoxu bura gedir. Üzvlərin bir-biriləri ilə maraqlanması qəti qadağandır. “Xaricilər Otağı”ndan başqa heç yerdə qəti surətdə söhbət edilmir; qaydalara riayət et-mirsənsə klubdan qovulursan. Böyük qardaşım qurucuların-dan biridir və mən də şəxsən onun mühitini rahat hesab edi-rəm.

      Danışa-danışa “Pall Mall”a çatmışdıq və bir müddət yol boyunca irəlilədikdən sonra, Şerlok Holms, Karltonun düz yaxınlığındakı qapının qarşısında dayandı. Danışmamağım üçün məni xəbərdar etdi və sonra hola keçdik. Şüşə panel-dən baxanda, içəridə xeyli adamın oturub oxuduğunu, bö-yük və lüks salonu müəyyən qədər görə bilirdim. Holms mə-ni “Pall Mall”a baxan kiçik otağa keçirtdi və qısa müddətdə ortalıqdan yox olduqdan sonra, hər halından böyük qardaşı olduğu aydın olan bir adamla geri döndü.

      Maykroft Holms, Şerlokdan çox daha güclü və cüssəli adam idi. Bədəni daha iri idi, amma üzü, geniş olmasına baxmayaraq qardaşına xas o iti ifadəyə sahib idi. Bozun də-yişik tonuna sahib gözləri, bütün gücünü sərgiləmək məcbu-riyyətində qaldığında Şerlokun gözlərində gördüyüm o uzaq, özündən əmin baxışlarla davamlı parlayırdı.

      Suitinin qəlsəməsini xatırladan geniş, kök əlini uzada-raq:

      – Sizinlə tanış olduğuma məmnun oldum cənab, – dedi.

      – Şerlokun həll etdiyi hadisələri qeyd etməyə başlama-nızdan bəri ondan davamlı xəbər ala bilirəm. Hə, yeri gəl-mişkən, Şerlok, səni keçən həftə burada görəcəyimi düşü-nürdüm. Manor Malikanəsi hadisəsiylə əlaqədar olaraq mə-nə məsləhətləşməyə gəlməyini gözlədim. Hadisənin səni bir az aşdığını düşünmüşdüm.

      – Ehtiyac qalmadı, hadisəni həll etdim, – dostum gülüm-səyərək dedi.

      – Şübhəsiz ki, Adams idi.

      – Bəli, Adams idi.

      – Lap əvvəldən əmin idim.

      Birlikdə klubun pəncərəsinin kənarında oturdular.

      – İnsanoğlunu araşdırmaq istəyən biri üçün, bura ələ-düşməz yerdir, – dedi Maykroft, – Bu müxtəlifliyə bir bax-sana! Məsələn, bizə doğru gələn o iki adam…

      – Bilyardçı və digərimi?

      – Bəli,