adam Barı Moloztaşa bənzədiyindən, özü də bir az Betti Moloztaşı xatırladan müfəttiş cavab verdi:
– Bəli. Buna görə hesabat hazırlayacağıq. Ətəyi tam dizindən idi. Üstündə dar, boz bir pencək vardı.
– Qarşıdurma xəbərinin gəldiyi axşam, yəni iki gün əvvəl, birlikdə idiniz?
– Bəli. TED Kollecin önündə idik.
– Hansı TED Kolleci?
– Neçə dənə Kollec var. Kollecdəki Kollec.
– Oranı bələdiyyə alıb. Kolleci İncekə köçürüblər.
– Təfərrüatı bilmərəm. Biz Kollecin qarşısından Qurtuluş istiqamətinə gedirdik.
– Saat neçə idi?
– 23. 15 radələri.
– Hadisə yerinə neçədə çatdınız?
– 23. 19 idi deyəsən. O zibil maşını önümüzü kəsməsəydi, daha erkən çatardıq.
Betti göz vurdu:
– Usta sürücüsünüz yəqin, dörd dəqiqədə hadisə yerinə çatdığınıza görə belə düşünürəm.
Harun, anasını xəstəxanaya çatdırmaq istəyərkən, arxa oturacaqda dünyaya gəlmişdi. Bu həyatda gördüyü ilk şey “Renault”un paneli idi, motorlu nəqliyyat vasitəsilərini şüuraltıyla belə idarə edə bilərdi. Amma bunları izah etməyə ehtiyac görmədi, təvazökar bir ədayla:
– Pis sürücü sayılmıram, – dedi. Atam bələdiyyədən təqaüdə çıxmış sürücüdür. Dörd yaşından bəri avtobus sürürəm.
Barı Moloztaşa Bənzəyən Müfəttiş – qısaca BM x 2 – hücumun istiqamətini dəyişdirdi:
– Nə qədər müddətdir birlikdə işləyirsiniz?
– Amirimlə?
– Bəli.
– Səkkiz ildir.
– Zorakılığa meyli varmı? – Betti soruşduqda, Harun onu başdan-ayağa süzdü.
– Zorakılıq deyəndə nəyi nəzərdə tutursunuz?
– Zorakılıq, lazım olmayan yerdə güc tətbiq etmək.
– Lazım olmadıqca kimsəyə yumruq atdığını görmədim.
– Hansı vəziyyətlərdə lazımdır?
– Adam yola verməyə, yalan danışmağa, bildiyini gizlətməyə çalışar. Nə bilim söyüş söyər, rüşvət təklif edər. Belə vəziyyətlərdə…
– Belə vəziyyətlərdə yumruq atır?
– Bəzən yumruq da atır. Amma lazım olmadıqca heç kəsi vurmaz.
– Tez-tez lazım olurmu? – Betti oruşdu. Harunun gözləri Bettinin dizqapaqlarına sataşdı. Dərhal qaçırdı baxışlarını. Barni Moloztaşa bənzəyən adamla – qısaca Birləşmiş Millətlərin kvadratı – bacara bilərdi, amma bu qadın heç nirmal deyildi.
– Baxın, – dedi. Mən burada səmimi olmağa çalışıram. Bunları söz almaq üçün soruşursunuz?
– Düzgün danış. – Barni xəbərdarlıq etdi.
– Düz danışıram! Adam gəlib polisə tərbiyəsizlik etsə, dövlətə, millətə söysə, bizim də əlimiz armud toplamaz! Bu təbii bir şeydir. Sizcə təbii deyilmi? Betty geri çəkilmədi:
– Deyil!
– Niyə?
Barni sözünü kəsdi:
– Bimkan ver sualları biz verək…
Harun heç nə eşitməmiş kimi davam etdi:
– Yəni sakit adama, dövlətini, millətini sevəni biz niyə vuraq. Dəliyik? Hamımız Türkük nəticədə, soyunda dönmə olmayan Türk övladıyıq.
Bu dəfə mövzunu dəyişdirən Betty oldu:
– Bir neçə ay əvvəl, Ulusda bir səyyarsatıcı hadisəsi olub. O gün birlikdə idiniz?
Harun, mövzunun ətrafında dönüb dolaşmalarından narahat olmuşdu.
– Bu istintaq iki gün əvvəlki hadisə ilə əlaqədar deyilmi? – deyə soruşdu.
– Hər şey bir-biriylə əlaqədardır, Betti şeytani bir təbəssümlə dilləndi. Ona görə bu səyyar satıcı hadisəsini danışaq bir az.
– O xüsusi bir vəziyyətdir!
– Necə xüsusi?
– Adam tərbiyəsizlik etdi.
– Nə tərbiyəsizliyi? – Barni sərtləşdi. – Adam işini görürmüş. Adi səyyar satıcı. Oyuncaq satırmış.
– Oyuncaq deyil. Bu maqnitli daşlar var ha! Havaya atırsan, bir-birini çəkir, cız-cız edir.
Betti qeyri müəyyən şəkildə üzünü turşutdu:
– Bəli, xatırlayıram, – dedi. Bir vaxtlar hər kün-bucaqda satılırdı. Sinir pozucu bir səsi var.
– Eynilə elədir. Məhz ona görə.
– Anlamadım, – Barni dedi.
– Əcaib bir səs çıxarır ya bunlar, cız-cız. Biz qarşısından keçərkən bu tərbiyəsiz, az qala amirimin üstünə doğru atdı tutdu daşları. Amirim dayandı. Mən adama etmə dedim. Dinləmədi, yenə atdı tutdu. Bundan sonra amirim adama bir şillə ilişdirdi.
– Şillə?
– Bildiyimiz şillə! Şapalaqdan ağır, yumruqdan yüngül əl zərbəsi olaraq təbir edə bilərik. Sonra satıcının həmyerliləri gəlincə hadisələr böyüdü bir az.
– Yəni sırf daş atdı tutdu deyə?
– Sırf atma-tutma deyil, az qala önünə atdı deyirəm.
– Mənim də az qala önümə atdılar o daşdan, amma heç kəsi vurmadım, – Betti ciyildədi.
– Az əvvəl sinir pozucu deyirdiniz? Cinayət bürosunda işləyən birinə ziddiyyətli ifadə vermənin çətinliyini qavrayan Betti:
– O qədər asanlıqla sinir pozulur?
– “Pet shop” sahibi Səlami Qartal, – Barni hücuma keçdi.
– Haydaaa! – Harun müdafiəyə keçdi. Bu istintaq nə üçündür? Mən amirimin həyatındakı hər şeyi bilə bilmərəm ki. Səlamı Qartal hadisəsindən xəbərim yoxdur. Yəni bir qəza olduğunu eşitdim, xərci nədirsə ödəndi deyə bilirəm.
– Spirtli içki içərkən avtomobillə dükana girib. Sonra da təhdid etmisiniz.
– Çox içirmi? – Betti soruşdu.
– İçməz, rakını tərgitdi.
– Rakını tərgidib amma içməyə davam edir yəqin.
– Bir adam rakını tərgitdiyi zaman içkini buraxmış sayılar. Ən azından bizim mühitdə belə bilinir.
– Sizin mühit hara?
– Cebeci Dörtyol.
Betty alınına düşən saçlarını düzəldib:
– Ən yaxşısı belə soruşum, – dedi. Vəzifə başındaykən içirmi? Ya da ən yaxşısı belə soruşum, iki