Коллектив авторов

Rəhbərliyi idarə etmək


Скачать книгу

      Məsləhət kitabı

      Hər gün qarşılaşdığınız

      problemlərə mütəxəssis baxışı

      İÇİNDƏKİLƏR

      Məsləhətçinin mesajı: rəhbərliyi nə üçün idarə etməlisiniz?..........

      Rəhbərliyi idarə etmək: əsas məlumatlar........

      Rəhbərliyi idarə etmənin yararlı cəhətləri........

      Rəhbərliyi idarə etmənin təhlükəli cəhətləri............

      Rəhbərliklə əlaqə yaratmaq..............

      Güc fərqini qəbul etmək...............

      Əlaqə qurma müddətini necə yönləndirə bilərsiniz?.....

      Rəhbərliyi başa düşmək..........

      Özünü dərk etmək.........

      Gözləntiləri idarə etmək..............

      Rəhbərinizin hədəflərini dəstəkləyin..........

      Müdirinizlə əlaqə qurmaq üçün atılacaq addımlar.....

      Müdirinizlə əlaqə qurmaq.......

      Rəhbərliyin ünsiyyət tərzini anlamaq........

      Məhsuldarlığı artırmaq üçün ünsiyyət qurmaq

      Problem, ya da fürsətləri müdirinizə anladarkən atacağınız addımlar

      Dinləmək və sual vermək

      Rəhbərliyə qarşı çıxmaq

      Müdirinizlə müzakirə etmək

      Etibarlılığınızı göstərmək

      Strateji müzakirələr aparmaq

      Belə edə bilərsiniz

      Rəhbərliyi idarə etmək üçün vasitələr

      Özünüzü sınayın

      Test suallarının doğru cavabları

      MƏSLƏHƏTÇİNİN MESAJI:

      RƏHBƏRLİYİ NƏ ÜÇÜN İDARƏ ETMƏLİSİNİZ?

      Bir dostunuzla danışarkən ondan işinin necə getdiyini soruşursunuz. “Rəhbərliyi idarə etməyə başlayandan bəri hər şey daha yaxşıdır” – deyə cavab verir. Bunu eşitdikdə utanırsınız. Sizin fikrinizə görə, “rəhbərliyi idarə etmək” sözü yaxşı səslənmir. Siyasi manevr təsiri bağışlayır.

      Ancaq “rəhbərliyi idarə etmək” siyasi oyun deyil. Əksinə, bu, müdirinizlə birlikdə hər ikiniz üçün vacib olan hədəfləri əldə etməyə və bu işə öz gücünüzü də əlavə etməyə imkan verir. Rəhbərliyi idarə edərkən patronunuzla məhsuldar iş əlaqəsi qurmaq və şirkətinizə dəyər qatmaq üçün hər ikinizin xarakterinin güclü tərəflərinin bir-birini tamamlayacağı şəkildə işləyin.

      Rəhbərliyi idarə etməyi bacarmaq üçün onunla müsbət, məhsuldar iş əlaqəsinin necə qurulacağını, uğurlu bir münasibətin necə inkişaf etdiriləcəyini (müdirinizin fikirlərinə və təkliflərinə qatılmamağınız da daxil olmaqla) bilməli və işə başlamamışdan əvvəl bunu müdirinizlə necə müzakirə edəcəyinizə bir mütəxəssis kimi hazır olmalısınız.

      Bu bələdçi sizə öz bacarıqlarınızı inkişaf etdirmək üçün lazımi tövsiyələr, bəlli hədəflər, praktik vasitələr təklif edir. Beləliklə, sizin kimi, müdiriniz və işlədiyiniz yerdə rəhbərliyin idarə olunmasının bütün vasitələrindən yararlana biləcək.

      Katye Karlon və Linda E.Hill

      məsləhətçilər

      Katye Karlon satış və bazarlama professionallarının öz hədəflərinə çatması üçün vasitə və təlimlər təqdim etmək sahəsində iyirmi illik təcrübəsi olan məsləhətçidir. Təhsil ehtiyaclarını təhlil edən, lazımi zamanda təlim imkanı təqdim edən və yeni məhsulların bazara verilməsini tənzimləyən məlumatı idarəetmə vasitələri və praktik həll yolları sahəsində mütəxəssisdir.

      İyirmi il bir sahədə ixtisaslaşmış Linda A.Hill isə dövrümüzdə inkişaf edən və get-gedə çeşidlənən şirkətlərdə idarəçilərə effektli idarəçilik şərtləri yaratmaq üçün kömək göstərir. Harvard İdarəçilik Məktəbində professordur və Liderlik Təşəbbüs qrupunun rəhbəridir. Əlavə olaraq, “Rəhbər olmaq” (“Becoming a Manager” – Harvard Business School Press) adlı çox satılan kitabın müəllifidir və Harvard Business School Pressin dərc etdiyi “Nəticə almaq üçün rəhbərlik etmək və işçilərinizi idarə etmək” adlı təsirli proqramların məzmun üzrə mütəxəssisidir.

      RƏHBƏRLİYİ İDARƏ ETMƏK:

      ƏSAS MƏLUMATLAR

      RƏHBƏRLİYİ İDARƏ ETMƏK NƏDİR?

      Rəhbərliyi idarə etmək sizin, müdirinizin və təşkilatınızın xeyrinə olan, razılaşdırılmış hədəflərin əldə edilməsində rəhbərliklə birlikdə işləməyinizi tələb edən şüurlu bir davranışdır. Bu, siyasi manevr deyil. Əksinə, şirkətinizə, sizə və müdirinizə xeyir gətirəcək qərarlar almaq baxımından rəhbərinizə təsir göstərmə vasitəsidir.

      RƏHBƏRLİYİ İDARƏ ETMƏYİN YARARLI CƏHƏTLƏRİ

      Rəhbərliyi idarə etmək: Çox insana bu termin manipulyasiya etmək, şirkətə “yaxınlaşmaq”, ya da karyera pilləsində irəliləmək üçün yaltaqlıq etmək kimi görünə bilər. Amma “rəhbərliyi idarə etmək” bunların heç biri deyil. Əksinə, bu bacarığın böyük əhəmiyyəti var və o, sağlam təmələ söykənməlidir. Rəhbərliyin idarə edilməsi sahəsində mütəxəssis olanlar işin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə yalnız özləri üçün deyil, müdirləri və şirkətləri üçün də ehtiyac duyulan qaynaqları əldə edirlər. Eyni zamanda müdirləri ilə qarşılıqlı hörmət və anlayışa əsaslanan sağlam, məhsuldar iş münasibəti qururlar. Özlərinin də, müdirlərinin də güclərini, zəif yerlərini, hədəflərini, iş tərzlərini və nəyə ehtiyacı olduqlarını yaxşı bilirlər.

      Rəhbərliyi idarə edən insanlar özləri ilə müdirlərini qarşılıqlı olaraq səciyyələndirir və bir-birilərinə çox bağlı olduqlarını anlayırlar. Yaxşı, bəs bu bağlılıq nəyə bənzəyir? Əmin olun ki, müdiriniz sizin iş birliyinizə, etibarlılığınıza və dürüstlüyünüzə ehtiyac duyur. Siz də müdirinizin şirkətin yerdə qalan əməkdaşları ilə münasibət qurmasına, hadisələri qabaqlamasına və kritik qaynaqları (istər işçi heyəti, istər maliyyələşmə, istərsə də inventarlaşdırma ilə bağlı məsuliyyətlərin öhdəsindən gəlməniz üçün lazım olan digər qaynaqlar) əldə etməsinə yardımçı olacaqsınız.

      Rəhbərliyi idarə etməyin ustalıqla həyata keçirilməsi üçün problemlər haqqında danışmaq, onları yox saymaq, ya da ört-basdır etmək yerinə problemlərin həlli üçün mütəxəssis məsləhətindən və qaynaqların bütün imkanlarından istifadə edərək idarəetməni kompleks şəkildə inkişaf etdirmək olar.

      Müdirinizlə qurduğunuz güclü münasibət təsir dairənizi artıra və iş həyatınızı asanlaşdıra bilər. Bunun üçün sizə aşağıdakı addımların atılması da kömək edəcək:

      • Aranızda açıq münasibət qura və beləcə, müdirinizin fikir və düşüncələrinizə daha dəqiq şəkildə bələd olmasına imkan yarada bilərsiniz.

      • Təşkilatı dəstəkləyərək, rəhbərinizlə birlikdə çalışaraq öz işçi qrupunuzdan kənarda da uğurlu nəticələr əldə edilməsinə yardım edə bilərsiniz.

      Müdirinizi idarə etməyin faydalı cəhətlərini bu nümunədə daha yaxşı görə bilərsiniz: rəsmi iş tərzinə malik yeni gələn müdir Sem, məsuliyyətsiz və daha “sərbəst” işçisinin yerinə başqasını gətirdi. Sem yazılı hesabatları və planlaşdırılmış toplantıları daha çox sevirdi. İşçilərdən biri olan Karla rəhbərliyi idarə etməyin əhəmiyyətini anlayırdı. Semin tələb etdiyi informasiya müxtəlifliyini və sıxlığını təsbit müəyyənləşdirib, onun iş tərzini müşahidə etdi. Semlə iclasdan əvvəl keçmiş hesabatları və toplantıların gündəliyini