vikontu dərhal imperatorun hüzuruna apar-dılar. O, xalçalarla döşənmiş, gerblərlə bəzənmiş çadırında xəritə üstündə səhər olacaq vuruşmanın planını incələyirdi. Xəritələr masanın üstünə sərilmişdi, imperator isə marşallar-dan birinin uzatdığı iynə qabından aldığı iynələri ona san-cırdı. Masada o qədər iynə vardı ki, xəritə anlaşılmaz hala düşmüşdü; nəyəsə baxmaq üçün hər dəfə iynələri çıxartmaq, sonra yenidən yerinə taxmaq lazım gəlirdi. Bu çıxartmalar-taxmalar əsnasında imperator da, marşalları da əlləri boş qalsın deyə iynələri dodaqları arasında saxlayır, ancaq mırıl-danaraq danışa bilirdilər.
İmperator önündə ikiqat olan gənci görəndə sual verir-miş kimi mızıldandı və o dəqiqə ağzındakı iynələri çıxardı.
– İtaliyadan yeni gələn bir cəngavər, əlahəzrət, – gənc adamı təqdim etdilər. – Genuya bölgəsinin ən zadəgan ailə-lərindən olan Terralba vikont.
– Dərhal leytenant rütbəsi verilsin!
Dayım dabanlarını bir-birinə vurub hazır vəziyyətə ke-çərkən, imperator krallara xas ağır hərəkətlə salamı aldı və bütün xəritələr bir-birinin üstündə qıvrılaraq yerə düşdülər
Medardo yorğun olduğu halda, o gecə gec yatdı. Çadırı-nın qarşısında irəli-geri addımlayır, növbətçilərin səsini, atla-rın kişnərtisini, bəzi əsgərlərin yuxuda sayıqlamasını eşidir-di. Göy üzündə Bohema ulduzlarına baxır, yeni rütbəsini, sa-bahkı vuruşmanı, uzaqdakı ana yurdunu düşünürdü. Ürə-yində nə həsrət, nə şübhə, nə də qayğı vardı. Onun üçün hə-lə ki, hər şey yerli yerində və qanunauyğun idi; Onu gözlə-yən qorxunc aqibəti qabaqcadan görə bilsəydi, bu qədər acı olmasına baxmayaraq, bəlkə onu da təbii və qaçılmaz hesab edəcəkdi.
Gözlərini düşmənin olduğu gecə üfüqünün bitdiyi yerə dikmiş, qollarını sinəsində çarpazlamış, uzaq və müxtəlif hə-qiqətlər və özünün bunların arasında olması haqqında düşü-nürdü; bundan doğan məmnunluq içində əlləriylə çiyinlərini qucaqladı. Bu döyüşdə tökülən və çay kimi, bulaq suyu kimi bütün yer üzünə yayılan qanının ruhuna qədər çatdığını hiss edir, hirs, ya da mərhəmət hissi duymadan onun ayaqlarını yalamasına və vücuduna yayılmasına icazə verirdi.
II
Savaş ertəsi gün düz saat onda başladı. Leytenant Me-dardo hücuma hazır xristian ordusunun hərəkətini at üs-tündə oturaraq izləyir, özünü tozlu bir əkin yerindən sünbül qoxusu gətirən Bohema küləyinə qarşı durubmuş kimi hiss edirdi.
– Arxaya baxmayın, ağam, – çavuş rütbəsində düz ya-nında dayanmış Kursio bağırdı. Sonra bu xəbərdarlığına haqq qazandırmaq üçün alçaq səslə davam elədi, – deyilənə görə, döyüşdən əvvəl uğursuzluq gətirirmiş.
Əslində isə o, Vikontun xristian ordusunun yalnız ni-zamsız əsgərlərdən, ehtiyat qüvvələrin isə taqətsiz düşmüş bir neçə piyada dəstəsindən ibarət olduğunu görüb cəsarə-tinin qırılmasını istəmirdi.
Dayım uzaqlara, üfüqdə yaxınlaşan buluda baxır və dü-şünürdü: “Bu bulud türklər, əsl türklərdir, böyür-başımda yerə tütün tüpürənlər isə xristian döyüşçüləridir; indicə gə-lən zəng səsi hücum çağırışı, həyatımın ilk hücum çağırışı, qulaqları kar edən bu gurultu, bu titrəmə, döyüşçülərlə at-ların böyük bir sıxıntıyla baxdıqları torpağa batmış bu göy-daşı isə top mərmisi, qarşılaşdığım ilk düşmən mərmisidir. “Bu son mərmidir” deyəcəyim günün heç gəlməməsini dilə-yirəm”.
Qılıncını çəkmiş, gözlərini duman içində gah itib, gah görünən İmperatorluq bayrağına zilləmişdi; düzənlikdə dördnala çaparkən dost toplarının atdığı mərmilər göy üzündə, başının üstündə dolanır, düşmən topları isə hələ indidən xristian cəbhəsində dəliklər açır, torpağı qəfildən çətir kimi havaya sovururdu. “Türkləri görəcəm! Türkləri görəcəm!” – düşünürdü. İnsan üçün düşmən sahibi olmaq, sonra da onun təsəvvür etdiyi kimi olub-olmadığını görmək qədər maraqlı bir şey yoxdur.
Türkləri gördü. İkisi düz qarşıdan gəlirdi. Atları örtüklü idi, balaca yumru qalxanları dəridən, paltarları isə qara və zəfəran rəngli çizgili parçadan hazırlanmışdı. Sarıqları, tor-paq rənginə oxşayan üzləri və bığları Terralbada “Türk Mi-ke” adı ilə tanınan birininkinə çox bənzəyirdi. Türklərdən bi-ri öldü, digəri isə birini öldürdü. Amma kim bilir, daha neçə-si gəlirdi; artıq təkbətək döyüş başlamışdı. İki türkü görmək hamısını görmüş olmaq kimi idi. Onlar da əsgər idi, bütün təchizatları ordunun malı idi. Üzləri kəndli üzü kimi yanmış və inadkar görünürdü. Medardo onları görməsinə görmüş-dü; artıq Bildirçin keçidindən yanımıza – Terralbaya qayıda bilərdi. Amma gec idi, orduya könüllü yazılmışdı. Yatağan zərbələrindən qorunaraq qaçırdı. Sonunda piyada bir türk tapıb öldürdü. Öldürməyi öyrəndikdən sonra, bu dəfə qısa boylu bir atlının qarşısına çıxdı, amma səhv elədi. Çünki ki-çiklər daha təhlükəli olurlar. Atların altına soxulur, yatağan-la heyvanların qarınlarını cırırdılar.
Medardonun da atı ayaqlarını aralayıb dayandı.
– Neyləyirsən? – Vikont çığırdı. Həmin an özünü yetirən Kursio aşağını göstərərək:
– Ora baxın, – dedi, – heyvanın bütün içalatı yerə tökü-lüb.
Yazıq heyvan altdan yuxarı sahibinə baxdı, sonra bağır-saqlarını toplamaq istəyirmiş kimi başını aşağı əydi, amma bu, sadəcə bir igidlik nümayişi oldu; özündən getdi və öldü. Terralbalı Medardo piyada qalmışdı.
– Mənim atımı alın, cənab leytenant, – Kursio çığırdı.
Amma atını saxlaya bilmədi, bu dəfə özü bir türkün oxu ilə vurulub atdan salındı, heyvan isə qaçaraq uzaqlaşdı.
– Kursio! – Vikont qışqırdı və yerdə inildəyən nökərinə tərəf qaçdı.
– Məni düşünməyin, ağam, – nökərin səsi eşidildi, – xəs-təxanada ərik arağı olsun, yetər. Deyirlər ki, hər yaralıya bir kasa düşür.
Medardo dayım tünlüyə qarışdı. Savaşın gedişi müəy-yən deyildi. O qarışıqlığın içində qalib gələnlərin xristianlar olduğu düşünülürdü. Türklərin sıralarını dağıtmış, mövqe-lərini ələ almışdılar. Dayım başqa igidlərlə birlikdə düşmən topçularınadək gedib çıxmışdı; Türklər isə xristianları atəş altında tuta bilmək üçün tez-tez topların yerini dəyişdirir-dilər. İki türk topçusu təkərli bir topu ora-bura döndərirdi. Onlar öz ağır davranışları, saqqalları, ayaqlarına enən ge-yimləri ilə iki münəccimə oxşayırdılar. Dayım:
– İndi gəlib topu necə döndərməyi göstərərəm sizə, – dedi. Coşqulu, təcrübəsiz olduğu üçün, toplara sadəcə yan-dan, ya da arxa tərəfdən yaxınlaşmaq lazım gəldiyini bilmir-di. Qılıncını çəkib, topun lüləsinin qarşısına keçdi; o iki mü-nəccimi qorxudacağını düşünürdü. Qorxmaq bir yana, adamlar düz onun sinəsinə atəş açdılar. Terralbalı Medardo havaya uçdu.
Конец