Александр Казембек

Müridizm və Şamil


Скачать книгу

onların yolunda kor-koranə qurban verən hiddətli, coşmuş və azğın tərəfdarlar yığnağı özü üçün qana susamış başçılar tapa bilibsə, barbarların, cahil insanların və fanatiklərin yaşadığı ölkələrdə buna bənzər halları görməyimiz təəccüblü deyildir.

      Yeri gəlmişkən, fanatizm bütün inqilablara, xüsusilə

      də, üsyan qaldırmaq bəhanəsinin, dinin və onun hərəkətverici qüvvəsi olan xalq inancının olduğu yerlərə xasdır: islahatlar tarixində buna çoxlu sayda aşkar və inandırıcı misallar görə bilərik. Məgər Xilaskarın bu sözlərini bizim dövrün bir çox xristianlarının olduğu kimi qəbul etməsinə

      fanatizm səbəb deyilmi: “Elə düşünməyin ki, mən yer üzünə

      sülh gətirmək üçün gəlmişəm; sülh deyil, qılınc gətirmək üçün gəldim” 5* ?

      Halbuki bu onun mülayimlik, mütilik və dözümlülü-yə əsaslanan təliminə tamamilə ziddir. Doğrudanmı Var-folomey gecələrində qanı sel kimi axıdan qüvvə həmin bu xristian dini idi? Doğrudanmı milyonlarca bidətçini kilsə-dən kənarlaşdıran İsa Məsih təlimi idi?

      Xeyr, bu fanatizmdir, xurafatın övladıdır! Bu, cəhən-nəmin Yer üzündə mələk cildinə girən törəmələridir, bu, İblisin qisas silahıdır!

      Fanatizm öz həyatını ictimai fəlakətlər üzərində quran adamların məqsədlərinə çatması üçün gözəl vasitədir.

      5 * Matfey İncili, X, 34.

      18

      Bu cür adamlar gah hiyləgərcəsinə itaətkar olmağı, gah yaxşı hesablanmış fədakarlıq etməyi, əhatəsindəki insanların hüsn-rəğbətini özlərinə doğru yönəltməyi və daim onların zəif damarlarından tutaraq, məhəbbətlərinə və

      iradələrinə hakim olmağı bacarırlar. Bundan sonra onları kölə kimi sədaqətli etmək artıq xeyli asanlaşmış olur.

      Biz ictimai həyatda bir dəfə aldanmış, saxta özünəvurğunluq səbəbindən rüsvayçı vəziyyətdən çıxmaq istəməyən və yanlışlıqlarını həyasız inadkarlıqla danan kifayət qədər təhsilli adamlar görürük. Və əgər məkrli, ictimai sanbalına görə kiçik, hətta sözü və əməli ilə hiyləgərcəsinə idarə etdiyi insanlarda nifrət doğuran adam izlədiyi hədəfin predmetinə məhvedici təsir göstərə bilirsə, o zaman təsəvvür edin ki, çoxsaylı tərəfdarların iradəsini idarə edənlərin geniş düşünülmüş pis niyyətlərinin nəticəsi nə qədər böyük və fəlakətli olar!

      Yaxşını pisdən seçə bilməyən korazehin qurbanların fanatizmi onların enerjisini yüz qat artırır. Bu nəzarətsiz enerjinin təsirindən beyinlər kütləşir, qurban isə düşdüyü əziyyətlərin pəncəsində qıvrılaraq dəli kimi qəhqəhə çəkir. İnsan övladının yaşam tarixində bu cür heyrətamiz təzahürlər tez-tez təkrarlanır.

      Növbəti fakt – Şərqdə müridlik tarixinin səhifələrində

      tez-tez rast gəlinən hallardan biridir. Hicri tarixin III yüzilliyinin lap başlanğıcında, əl-Məmunun hökmranlığı zamanında6 (hicri 201-ci il və miladi 810-cu ildə) İranda 6 Əl-Məmun – yeddinci Abbasi xəlifəsi, 813-833-cü illərdə hakimiyyətdə

      olmuşdur (Босворт К.Э. Мусульманские династии. – М., 1971, с.32).

      19

      Babək7 adlı biri peyda olaraq əvvəlki yalançı peyğəmbərlərin yolunu davam etdirdi və özünü Allahın elçisi, ardınca isə Allahın yer üzündəki təcəssümü elan etdi. Onun uğurları o qədər böyük oldu ki, iyirmi il ərzində xəlifələrin hakimiyyətini təhdid etdi8. Fədakar tərəfdarlarının başçılığı altında hərəkət edən qüvvələrlə dəfələrlə

      Məmun və Mötəsimin9 qoşunları üzərində qələbə çalması, həmçinin qana hərisliyi və rəhmsizliyi özünə qarşı yönəlmiş daxili üsyanı hazırlamış oldu10*.

      Nəhayət, onun qüvvələri darmadağın edildi və o, Bizansa qaçmaqla canını bir müddətliyə qurtardı. Erməni 7 Babək (gerçək adı Həsən) – 816-cı ildən xürrəmilərin antiərəb, antifeodal hərəkatının rəhbəri. Onlar İslamı tanımır, kəndlilərin feodal asılılığının ləğvinə və bütün torpaqların azad icmalara verilməsinə tərəfdar çıxırdılar. Babəkin başçılıq etdiyi üsyançılar 819-827-ci illərdə ərəblərin Azərbaycandakı cani-şinlərinin qoşunlarına bir sıra hiss ediləcək zərbələr endirdilər; bunun ardınca üsyan bir sıra ətraf vilayətləri də bürüdü. Xürrəmilər hərəkatını yatırtmaq üçün ərəblər Azərbaycana dişinəcən silahlanmış çox böyük ordu göndərməyə

      məcbur oldular. Ordu bütün qüvvəsi ilə üsyançıların üzərinə yeridi. Xürrəmilər doğma torpağın hər qarışını mərdliklə müdafiə edirdilər, lakin hərəkata qoşulan müvəqqəti cığırdaş feodallar böhranlı məqamda Babəkə xəyanət etdilər. Ərəblərin 837-ci ildə bütün cəbhə boyu hücumu nəticəsində üsyançıların son istinadgahı olan Bardza qalası süqut etdi. Öz silahdaşlarının kiçik qrupu ilə mühasirədən çıxa bilən Babək tezliklə feodallardan biri tərəfindən tutulub ərəb komandanlığına təhvil verildi və 837-ci ilin sentyabrında edam olundu (История Азербайджана, т. 1-й, – Баку, 1958, с. 117-124). Mirzə Kazım bəy onu “yalançı peyğəmbər” adlandırır.

      8 Xəlifə – (hərfi mənası – özündən sonra gələn, varis, müavin) – Məhəmmədin 622-ci ildə Mədinədə vəfatından sonra ali idarəçilərin – varislərin titulu. Xəlifə dini və dünyəvi hakimiyyəti əllərində cəmləşdirmişdi. (Беляев Е.А.

      Арабы, ислам и арабский халиат в раннее средневековье, – М., 1966, с.133.).

      9 Əl–Mötəsim – doqquzuncu Abbasi xəlifəsi, 833-842-ci illərdə hakimiyyətdə

      olmuşdur (Босворт К.Э. Göstərilən əsəri, c.32) 10 * Müsəlman tarixçiləri deyirlər ki, dəfələrlə baş vermiş üzbəüz meydan müharibələri zamanı onun əli ilə iki yüz mindən çox müsəlman öldürülmüşdür.

      20

      knyazlarından və ya əyanlarından olan Sahil adlı biri onu arvadları və uşaqları ilə birlikdə yaxaladı və xəlifənin ordu komandanı Afşil vasitəsi ilə qəzəbdən alışıb yanan Mötəsimə təhvil verdi.

      Onun üçün hazırlanmış işgəncələr müdhiş idi; divan tutulduğu gün Babəkin meydanı doldurmuş insanlara etinasız və nifrət dolu baxışlarla baxması ona verilən cəza-nın şiddətini on qat artırdı. Lakin o, verilən əzablara sarsılmaz bir mətanətlə dözdü və cəlladları məsxərəyə qoydu.

      Babəkin qəddar cəlladlarının onunla nə şəkildə rəftar etdikləri barədə təfərrüatlı məlumat avropalıda ikrah doğura bilər: məsələn, əvvəlcə onun ailə fərdlərini və uşaqlarını işgəncəyə məruz qoyub, sonra tikə-tikə doğradılar; ardınca özünün bədən əzalarını bir-bir baltalayıb ayırdılar və rəhmsizliyin təlqin edə biləcəyi ən müxtəlif üsullar-la işgəncələr verdilər…, o isə sonadək öz halını pozmadı və dedi ki, həqiqət