isə Beltsi adında bir şəhər yerləşir.
Həmin o Beltsi şəhərinin yaxınlığında Vişlov adında balaca bir kənd var ki, bu kənd bəndeyi-həqirinizin, yəni əvvəlki adı Mixailin oğlu Pyotr olan mənim anadan ol-duğum kənddir.
Bəndeyi-həqiriniz Mixailin oğlu Pyotr on doqquz ya-şına kimi bu kənddə yaşayıb və balıq tutmaqla, donuz saxlamaqla dolanıb. O zamana qədər bu gün həyatını mə-nalandıran şeylərdən xəbərsiz yaşayıb. Ta ki, günəşli may günlərinin birində voyvodamızdan gələn əmrlə türkə qar-şı müharibədə əsgər kimi iştirak edənə kimi. Beltsidə bizə – beş nəfər idik – üç gün təlim keçdilər. Həyatımda ilk də-fə tüfəngi orda gördüm. Üç gün boyunca bizə tüfəngdən istifadə etməyin qaydalarını, necə nişan almalı olduğu-muzu, necə doldurub atəş açacağımızı göstərdilər. Dedi-lər ki, “dinsiz türklərə qarşı müharibə zamanı bu silahlar sizin köməyinizə çatacaq”. Beləliklə, çariçamız II Yekate-rina ordusunun şanlı bir əsgəri oldum.
Vişlovdan çıxandan bir həftə keçmişdi. Zabitimiz bi-zə – cəmi on iki nəfər idik – Hotin qalasındakı türklərin giriş-çıxışlarına nəzarət etməyi tapşırmışdı. Qalaya qərb tərəfdən baxan balaca bir təpənin yamacındakı yaşıllıqda gizləndik. Gözləməyə başladıq. Yorğun və ac idik. Yuxu-ya getdik.
Nə qədər vaxt keçdi, bilmirəm, amma qəfil boğazıma soyuq bir dəmir parçasının təmasını hiss etdim. Dalınca göy gurultusuna oxşar səs gəldi: “Səsini çıxarma, kafir to-xumu!” Başımın üstündə bərq vuran ay işığında daha qorxunc görünən ağ keçə papaqlı, uzun bığlı, bədəni, san-ki tuncdan tökülmüş, otuz-otuz beş yaşında bir türk da-yanmışdı. Həmin türkün qılıncı boğazımda idi.
Cəsur bir xristian gənci idim. Əslində etiraf etməli-yəm ki, bu qədər cəsur olmağımın səbəbi nəyin nə oldu-ğunu bilməməyimmiş. İndi olsaydı, yəqin ki, ürəyim partlardı. Amma onda cənnətdəki müqəddəslərə qovuş-maq üçün əldən-ayaqdan gedirdim. Tələsirdim. Qılınc-dan xilas olub tüfəngimə əl atmaq istəyirdim ki, qəfildən boynumun ardında dəhşətli bir ağrı hiss etdim. Sanki gözlərimin qabağında şimşək çaxdı. Az qala ruhum bə-dənimdən çıxacaqdı.
Gözlərimi açanda bir tövlədə əli-qolu bağlı vəziyyət-də idim. Əlimi-qolumu zəncirlə bağlamışdılar. Bu zəncir-dən iki ayrı zəncir ayrılır, daha sonra hər biri ayaq bilə-yimdəki qandallarla birləşirdi. Əsir düşmüşdüm. Min yeddi yüz altmış doqquzuncu ilin may ayında, on doqquz yaşında ikən, əlli nəfərə yaxın mənim kimi gənc xristianla birlikdə əsir düşdüm.
Hotin qalasının tövlələrinin birində donuz kimi sax-lanılırdıq. Boynumun dalı hələ də ağrıyırdı, üst-başımdan qan iyi gəlirdi. Sonra Vişlovdan mənimlə birlikdə çıxan Nikolaya rast gəldim. Süründük, uzun müddət cəhd gös-tərəndən sonra axır ki, görüşə bildik. Təpədəki on iki nə-fərdən ancaq ikimiz sağ qalmışdıq. Bütün baş verənləri də elə ondan öyrəndim.
– Bəxtimiz gətirib, – Nikolay dedi.
– Doğrudan bəxtimiz gətirib? – soruşdum.
Əlahəzrət II Yekaterinanın orduları hələ də qalanı mühasirə altında saxlayırdı. Yəni bizim hələ də az-çox ümidimiz var idi. Belə olan halda istər-istəməz türklərin əsəbləri tarıma çəkilirdi. Onlar verdikləri hər yeməkdən əvvəl bizi əməlli-başlı əzişdirirdilər. Həyatımdakı türkcə ilk sözləri də elə burda öyrəndim. “Kafir, donuz, geri çə-kil, dəyyus…” Bu sözləri başa düşməkdə çətinlik çəkmir-dim, çünki hər söz deyiləndə onun hərəkətlə açıqlaması da verilirdi. Artıq hər şeyə öyrəşmişdik. Get-gedə azalan yeməklərə, hər gün təkrarlanan və bizim söz ehtiyatımızı zənginləşdirən söyüşlərə, təhqirlərə… Hər şeyə…
Günlər, həftələr bir-birini əvəzlədi, aylar keçdi. Artıq həyatımın geri qalan hissəsini burada keçirəcəyimi düşü-nürdüm ki, çöldən gələn “Allah, Allah” səslərinin, sevinc nərələrinin bundan sonra həyatıma dəyişiklik edəcəyini hiss etdim.
Rus ordularının bizi xilas edəcəyini düşündüyümüz üçün hər günü diqqətlə sayırdıq. Təqvim 12 avqust 1769-cu ili göstərirdi. Sən demə, həmin gün türklər böyük rus ordusunun üzərində qələbə çalmış və rusları geri çəkil-məyə məcbur etmişdilər.
Artıq xilas ümidimiz qalmamışdı.
Səhəri özümə gələndə əsir düşməmişdən öncə gör-düyüm son türkün üzünü bir də gördüm. Əlbəttə, gecə gördüyüm kabusları çıxmaq şərti ilə…
Sübh azanı veriləndən bir müddət sonra qəfil qapı açıldı və içəri altı silahlı yeniçəri girdi. Üç nəfərlik qrup halında iki sıra ilə düzüldülər. Çox ciddi görünürdülər. Bu ciddilikdə bir saxtalıq var idi və bu saxtalıq dərhal hiss olunurdu. Qorxurdum. Əgər ürəyimdə bir balaca qorxu hissi olmasaydı, onda onların bu yalançı ciddiyyətinə qəhqəhə çəkərək gülərdim. Sonra qəfildən o gəldi, neçə vaxt kabuslarımın, qarabasmalarımın qonağı olan həmin şəxs. Yüksək rütbəli zabit olduğu dərhal hiss olunan bu adam bəzəkli və bahalı paltar geyinmişdi. Başındakı ağ çalmanın üstünə quş lələyi taxmış, belinə silah qabının üs-tündən geniş ipək qurşaq bağlamış, ayağına par-par ya-nan sarı çəkmə geyinmişdi. Əynində olduqca bahalı əba var idi. Sol tərəfindən uzun qılınc asılmışdı, qurşağına soxduğu iki piştov və bir xəncər o dəqiqə diqqət çəkirdi.
Yazıq əsirləri bir-bir süzərək onların arasında gəziş-məyə başladı. Baxışlarını üzərimizdə dolandırdığı o qısa müddət ərzində artıq bizə qarşı törədilə biləcək bütün pislikləri düşünmüşdüm. Birdən baxışları mənim üstüm-də dayandı, gözucu yeniçərilərə baxıb, sakit, lakin amira-nə səslə: “Sarı”, – dedi. İki yeniçəri qaçaraq gəldi, məni qollarımın altından tutub düz onun qabağına gətirdi.O, mənə diqqətlə baxandan sonra qollarımı, ayaqlarımı tu-tub sıxdı, yüngül bir hərəkətlə saçlarımı dartdı, dodaqla-rımı aralayıb dişlərimə baxdı. Sonra yeniçərilərə tərəf çev-rildi: “Aparın,” – dedi. Hara olduğunu ancaq yeniçərilə-rin bildiyi o yerə aparıldığım zaman ayaqlarımın arasın-dan axan suyun yavaş-yavaş boşaldığını hiss etdim.
Hər şey haqqında düşünmüşdüm, hər şey haqqında. Bircə, məni hara apara biləcəklərini bilmirdim. O haqda düşünməmişdim. Amma ən çox buna ehtiyacım var idi.
Məni hamama apardılar. Yekəpər hamamçı o ki var yuyundurdu. Yuyundurduqdan sonra təmiz paltar geyin-dirdilər. İçimi qəribə bir hiss bürüdü. Sanki bir daha əv-vəlki Pyotr geri qayıtmayacaqdı.
Hamamdan çıxandan sonra bu dəfə yeniçərilər mə-nimlə dost kimi davrandılar. Qabağıma düşüb yol gös-tərdilər. Artıq arxalarınca sürümürdülər. Bu dəfə türklər-dən biri qəfildən, mənə heç də yad olmayan bir dildə mü-raciət etdi. O, rus dilində danışırdı. Uzun yola çıxacağı-mızdan, mənim kəndxuda Arif ağanın – yəqin ki, həmin zabitdən bəhs edirdi – qulu olduğumdan, sığınacaqda əsir götürüldüyüm gün İslambulda onun oğlunun dün-yaya gəlməsi xəbəri aldığından, bunun nəyəsə işarə ol-duğundan, indiyə kimi Tanrının Arif ağaya oğul payı bəxş etməməsindən, əsir götürüldüyüm gün bunun baş verdiyinə görə mənimlə yaxşı