Шуле Юксель Шенлер

Hüzur küçəsi


Скачать книгу

basmasına kimi keçən zaman ərzində rahatlığım əlimdən gedəcək … Belə də olanda dərslərimi sakit bir tərzdə çalışıb fakültəni vaxtında bitirmək, ancaq xəyal olar mənimçün. Qısası, belə bir məsuliyyətin altına girməyi əsla gözə ala bilmərəm. Mən, özün də bilirsən ki, tezliklə məzun olmağa və həyatını təmin etməyə çalışıram, anacan. Ağlımı-fikrimi belə şeylərlə məşğul edə bilmərəm…

      Qadının aydın gözlərinə bu dəfə daha tünd bir kədər hakim kəsilmişdi. Bilal anasının heç səs çıxarmadan kədərlə

      başını önünə əyməsinə daxilən kədərləndi. Lakin onu bir az da olsa təsəlli və məmnun edəcək bir fikir gəldi ağlına:

      – Bax anacan, Şükranı ən az mən də sənin qədər təqdir etdim və yenə ən az sənin qədər kədərləndim onun düşdüyü vəziyyətə… Belə nadir tapılan sadə və imanlı gənc qızları, zövq və əyləncədən başqa bir şey düşünməyən kübar cəmiyyət avaralarına vermək şübhəsiz ki, ən azı cinayətdir.

      Bunun üçün də onu dərhal, tam istədiyi kimi imanlı, namazlı biriylə evləndirməyə çalışacağam… Həm də ailəsinə ibrət olsun deyə yenə zəngin bir həkimlə… Kim ilə bilirsən? Bizim bu qırx yaşında olsa da, otuz yaşında imiş kimi görünən, yaraşıqlılığı ilə tanınan həkim Nazim bəylə . O da elə bu cür yüksək imana sahib bir qız axtarırdı evlənmək üçün. Əsasən 68

      bu günə kimi evlənməməsinin səbəbi də elə budur. İndiyə

      kimi belə bir qıza rast gəlməyibmiş hələ.

      Qadın dərin bir ah çəkərək boynunu bükdü və:

      – Özün bilərsən, oğlum, – dedi. Şükran mənim gəlinim olsun deyə arzu etmişdim, amma demək ki, nəsib deyilmiş.

      Nə etmək olar?

      Uşaqların quş səslərini xatırladan şən qəhqəhələrlə oynadığı, tullanıb düşdüyü ərazidə indi fəhlələr qaynaşırdılar.

      Əllərində bel olan fəhlələr əvvəlcədən ölçülən torpaqda özül qazmaqla məşğul idilər… Uşaqlar yenə bir yerə yığışıb məcburən və incik nəzərlərlə əllərindən alınan yeganə oyun sahələrində çalışan fəhlələrə tamaşa edirdilər…

      Tikinti artıq başlamışdı… Kərpiclər bir metrə kimi yüksəlmişdi… İşçilər durmadan çalışırdılar. Kimisi palçıq qarışdırır, kimisi əl arabası ilə kərpic daşıyır, kimisi mahnı oxuyaraq kərpic düzür.

      Tikinti bir xeyli yüksəlib. Körpünün üzərində işçilər çalışır … Küçəyə qum və sement daşıyan yük maşınlarının biri gəlir, biri gedir. Səssiz küçə, birdən birə səs – küyə qərq olub.

      Və nəhayət tikinti, başladıqdan üç-dörd ay sonra bitdi.

      Göyə doğru yüksələn beşmərtəbəli bu böyük bina, Hüzur küçəsinin sınıq salxaq taxta binaları arasında, bu təvazökar evlərə yuxarıdan baxırmışcasına bir qürur və əzəmət içində

      idi sanki… Geniş pəncərələrində yapışdırılmış ağ kağıza yazılan “SATILIR" sözü oxunmaqda idi …

      Bilal pəncərənin önündəki divana uzanıb kitab oxuyurdu. Lakin oxuduğu kitablar heç cür yadında qalmırdı heç cür… Qarşısında bir qarabasma kimi yüksələn bu ruhsuz daş yığını günü gündən canını daha çox sıxmağa başlayırdı

      …

      69

      Yerdə, bir döşəyin üstündə, əlindəki millərlə anası, ona yun köynək toxuyurdu. Başını kitabdan qaldırıb, bir anlığına sevgiylə anasına baxdı. Sonra yaşlı qadına baxaraq:

      – Bilirsən, ana, – dedi. – İçimdə qəribə bir kədər var. Bu gün bazardır… Uşaqların tətil günüdür yəni. Amma uşaqların o bülbül cəhcəhini xatırladan səs – küylərindən əsər -

      əlamət belə yoxdur. Bu böyük bina bura tikildikdən sonra yazıq uşaqların səsləri çıxmır…

      – Ay oğlum, təkcə onların səsi çıxmır? Bu ev məsələsi ortaya çıxandan bəri nə qədər bir-birimizdən gizlətsək də sən də, mən də narahatıq…

      – Mən heç, amma anacan, mənzil tikintisi səni niyə bu qədər üzür?

      – Niyə olacaq, övladım? Biz kasıb insanlarıq. Bu sınıq-salxaq evlərin içində saray kimi yüksələn binaya köçənlər bizə yuxarıdan aşağı baxacaqlar. Yəni, küçənin dadı-duzu qaçacaq bir sözlə …

      Bilal əlindəki kitabı örtüb ayağa durdu:

      – Ay mənim gözəl anam, – dedi. – Deməli, sən bu qədər müddətdə buna görə üzülmüsən? Sən bilirsənmi ki, anacan, onlar bütün lüks və dəbdəbəli yaşayışlarına baxmayaraq, əslində nə yazıq, nə acınacaqlı insanlardır? Onların möhtəşəm döşənmiş salonlarda, kristal çilçıraq altında, laklı yemək masalarında gümüş çəngəl və bıçaqlarla yedikləri yeməklər, əmin ol, bizim bu kasıb dam altındakı kasıb yer süfrəmizdə

      yediyimiz yeməklər qədər ləzzətli deyil.

      Və yenə əmin ol ki, nə qədər zənginlik və rahat bir həyat içində olurlarsa olsunlar, İslami əmrlərə riayətdəki o böyük ləzzət və səadətdən məhrum olduqlarına görə bizdəki bu ahəngli dinclik və səadət hissindən də məhrumdurlar.

      70

      Üzlərindəki o saxta təbəssümə aldanma sən. Üzlərindəki o təbəssüm, atdıqları qəhqəhələr və yaşamış olduqları dəlicə

      əyləncəli həyat daim içlərində gizlənən narahatlığı gizlətmək üçündür. Mənim bu binanın bizim təvazökar küçəmizdə ti-kilməsindən duyduğum narahatlığa gəldikdə isə, sənin dü-şüncələrinlə mənim düşüncələrim bir- birindən çox fərqlənir.

      Bəli, bu bina Hüzur küçəsinin dincliyini pozacaq. Amma hansı cəhətdən? Bir dəfə əgər mənzillərə köçəcək ailələr həyat tərzləri ilə əcnəbilərdən fərqlənməyəcəklərsə, hər şeydən əvvəl İstanbul içində hansı formadasa pozulmadan qala bilmiş, köhnə adət – ənənələrə sədaqəti sarsılmamış, qiymətli əxlaq və fəzilət dəyərlərini eynilə mühafizə edə bilən, məmləkətin yeganə küçəsi olaraq fəxr edib üzərində titrədiyimiz bu bənzərsiz və təvazökar küçəmiz üçün bu bina həqiqətən də böyük zərərdir …

      Çünki bizim uşaqlarımız, onların uşaqlarını, bizim gənc qızlarımız, onların gənc qızlarını və bizim xanımlarımız da onların xanımlarını görə-görə, zamanla küçəmiz bu günkü vəziyyətindən uzaqlaşacaq, get-gedə pozulacaq. Nə deyib atalarımız: atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar. Bax, belə, anacan. Oğlunun yeganə narahatlığı bundandır.

      Yaşlı qadın minnətdarlıqla oğluna baxdı. Sonra böyük bir olğunluqla, səmimi bir etiraf etdi: '

      – Bu yaşımda mənim sənə verməli olduğum dərsi, sən mənə verdin, oğlum. Allah səndən və səni bu qədər şüurlu və yüksək imanlı bir gənc kimi yetişdirən o İslami əsərlərin sahibindən razı olsun. Həqiqətən, sənin bu həqiqətin ifadəsi olan sözlərini dinləyənə kimi içimdə həmişə gələcək