əsla görülməsin də əsər,
18
Saçsın al qönçələr şəfəqli səhər.
Şeyx Sənanın dili ilə isə
Həqiqət istərəm, yalnız həqiqət,
Yetər artıq şəriət, ya təriqət.
– deyə bir başqa cür ifadə etmişdir.
Dahi mütəfəkkirin yuxarıda adı çəkilən əsərlərini davam etdirdiyi ənənələr və müasirlik mövqeyindən təhlil etmiş, qəhrəman konsepsiyasındakı başlıca prinsipləri müəyyənləşdirərək sistemləşdirməyə çalışmışıq.
H.Cavid yaradıcılığını mümkün qədər obyektiv şəkildə araşdırdıqdan sonra deyə bilərik ki, ideya, mövzu və sənətkarlıq keyfiyyətləri baxımından Azərbaycan və eləcə də dünya ədəbiyyatının zənginləşmə-sində mühüm rol oynayan romantizmin böyük ustadı Cavidin yaradıcılığı fikir, ideya, məzmun, vəzn, fəlsəfə, söz, qəlb və ən əsası romantizm araşdırıcıları üçün daima cəzbedici tədqiqat obyekti olaraq qalacaqdır.
19
Xəyyamın Cavid fəlsəfi fikrindəki təzahürü Cavid haqqa-həqiqətə qovuşmağın yollarını “Şeyx Sənan” və “Peyğəmbər” əsərlərində ərsəyə gətirmiş-sə, “Xəyyam” dramında müdrik bir şair-filosofun obrazını yaratmaqla ilahi eşqə sahib olan şairin dünya haqda fəlsəfi düşüncələrinə də geniş yer vermişdir.
Zənnimizcə, “Xəyyam” dramı din əleyhinə yazılmış
ateist ruhlu bir əsər deyil. Çünki Xəyyamın yaşadığı dövrdə ateizm mövqeyində durub, Allahsızlığı təbliğ
edən ideyalar, fikirlər yaymaq, demək olar ki, qeyri-mümkün idi. Cəhalət, xurafat və mövhumatı isə bütün əsrlərdə, hətta islam dini yarananda da tənqid etmişlər. Odur ki, Xəyyam bütün açıqfikirli insanlar ki-mi, cəhalətə qarşı çıxış edə bilərdi. Sovet tənqidində
Xəyyamı ateist kimi göstərmək cəhdləri, zənnimizcə, özünü doğrultmur. Əsəri təhlil edərkən bu problemə
təkrar qayıdıb fikrimizi sübut etməyə çalışacağıq.
1. Cavid bütün əsərlərinin elə ekspozisiya, bədii müqəddimə hissəsindən oxucu və tamaşaçını gərgin vəziyyətdə saxlamağı bacaran sənətkardır. “Xəyyam”da da birinci pərdə bədii müqəddimə rolunu oynayır. Biz burada gələcəkdə bütün əsər boyu hadisələrə müdaxilə edəcək Xacə Nizam və Sabbah obrazları, həyatdan tez gedib, lakin tez-tez də Xəyyam tərəfindən yad ediləcək Sevda, Rəmzi və Xərabati surətlə-ri ilə rastlaşır və onların daxili aləmi ilə tanış oluruq.
Birinci pərdədə hələ ki, Xəyyamın ateistliyinə aid bir dəlil-sübut tapa bilmirik. Əksinə, Cavid Xəyyamın ömrünün bu gənc çağlarında hərdən məscidə gedib, imama qulaq asdığını qeyd etməyi vacib bilmişdir.
20
“Xəyyam” sırf həyati-fəlsəfi dramdır“. …Fəlsəfi səpki Cavid yaradıcılığının, Cavid istedadının öz təbiətin-dədir. Onun bütün əsərləri şeir və dramları həyatın fəlsəfəsi ilə aşılanmış, sənətin fəlsəfəsinə çevrilmişdir.
Lakin əvvəlki dramlarda fəlsəfi səpki həyatın özünün təsvirində, hadisələrin bilavasitə göstərilməsində və
ona yazıçı münasibətində ifadə olunurdu. “Xəyyam”
əsərində isə, bütün bunlarla yanaşı, konfliktin mahiyyəti, qəhrəmanın xarakteri, adamların qarşılıqlı əlaqəsi, hadisələrin inkişafı, əsas obrazın düşüncə və qənaətləri, dili və üslubu fəlsəfi səciyyə daşıyır.”1
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.