Elçin İbrahimov

Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri


Скачать книгу

      C ü m h u r İ y y ə t İ:

      d İ l m ə s ə l ə l ə r İ

      Azərbaycan Milli Elmlər Akademiyası

      Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 25 may 2018-ci il tarixli iclasının

      qərarı ilə (pr. №5) çapa tövsiyə edilmişdir.

      2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında

      Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatın-da misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parla-mentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qu-rulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublika-nın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

      2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ya-ranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar ha-disənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məq-sədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər pla-nının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbir-lərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma-sının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

      Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

      2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin.

       İlham Əliyev,

      Azərbaycan Respublikasının Prezidenti

      Bakı şəhəri, 10 yanvar 2018-ci il

      Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyə-tinin yaranmasının 100 illiyi tamam olur.

      Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azər-baycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hök-mü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyə-tində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın ya-şadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

      XIX əsrin birinci yarısından etibarən maarifçilik ide-yalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, mək-təbin və mətbuatın yaranmasını təmin etməklə milli özü-nüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məm-mədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfku-rənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaş-dığı neft şəhəri Bakı eyni zamanda milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiya-nın Dövlət dumalarına və Müəssislər Məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

      Bununla yanaşı, Rusiyada çarizmin süqutundan son-ra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş impe-riya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azər-baycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçi-liyin yaradılması naminə birləşdi.

      1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilli-yini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götür-düyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalı-şaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək dö-yüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləş-dirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiy-yətli işlər görüldü.

      Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möh-kəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azər-baycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında mü-nasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azər-baycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşı-sını aldı.

      Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qal-dığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoru-yub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respub-likada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mə-dəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu in-kişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

      1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqla-lını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Res-publika Günü olaraq təntənə ilə qeyd edir.

      Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbay-can Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilmə-sini təmin etmək məqsədi ilə qərara alıram:

      1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

      2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

      3. Azərbaycan Respublikasının Milli Məclisinə Azər-baycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

       İlham Əliyev,

      Azərbaycan Respublikasının Prezidenti

      Bakı şəhəri,