zaman ki uşaq xəbər verdi, artıq əmmamənin yarıdan çoxu yanmışdı. Şeyx qəzəblənib dedi:
– Sən ki əmmamənin yandığını görürdün, niyə vəziyyəti xəbər vermirdin?
Uşaq dedi:
– Bizdə nə günah var, özün bizə tez danışmağı qadağan etmisən.
Şeyx dedi:
– Bundan sonra söhbəti qiraətsiz edərsiniz.
Nağıla aid testlər Bir oxucu ilə şagirdlərin əhvalatı
1. Uşaqlar nə üçün şeyxdən bezmişdilər?
A) Onlara qiraətsiz dərsdən kənar danışmağı qadağan etdiyinə görə
B) Uşaqlara yaxşı qiymət yazmadığına görə
C) Uşaqlara oynamağa imkan vermədiyinə görə
2. Şeyxin əmmaməsi nəyə görə yandı?
A) Uşaqlar xəbəri qiraətə uyğun dedikləri üçün
B) Uşaqlar bilərəkdən bunu demədikləri üçün
C) Uşaqların ehtiyatsız davranmasına görə
3. Şeyx uşaqlara söhbəti qiraətsiz etməyə nə vaxt icazə verdi?
A) Əmmaməsi yandıqdan sonra
B) Uşaqlar mədrəsini bitirdikdən sonra
C) Uşaqlar dərsi bitirdikdən sonra
Oğluma xitab
Ey oğul, canımın rahatlığı, ata gülüstanının xoş ətirli gülü, ilham sədəfimin qiymətli gövhəri! Kimsəyə bir yaman xəbər vermə! Bülbül olub bahardan müjdə ver, bayquş olub xalqı pərişan eləmə. Fars şairi Sədi dediyi kimi, “Ey bülbül, bahar müjdəsi gətir, pis xəbəri uğursuz bayquşa həvalə elə!”
1. İskəndər dövründə iki həkim
İskəndər zamanında Yunan mülkündə iki hörmətə layiq həkim vardı. Onların mübahisəsi düşdü. Mübahisəni həll etmək üçün biri dəlil-sübut gətirir, o biri hikmət ilə onun fikrini rədd edirdi. Bu biri hər nə mətləbdən söz saldı, digəri bir tutarlı dəlillə onun fikrinə qarşı çıxırdı. Nə qədər bir-birini inandırmağa çalışırdılar, bir-birinə qalib ola bilmirdilər.
Axır ki, onlar belə bir şərt kəsdilər ki, hərə bir zəhər hazırlasın. Biri o birinin zəhərini içsin, görsünlər kim məğlub olur.
Həkimin biri şərbət hazırladı, o birisi zəhər. Onlar hazırladıqlarını bir-birinə zəhmlə verdilər. Biri zəhəri alıb cürətlə başına çəkdi. Onun heç zəhər olduğunu ağlına belə gətirmədi. Axı onun özü də şərbət hazırlamışdı. Niyyəti də xoş olduğundan zəhəri şərbət bimi başına çəkdi, ondan heç bir təsir duymadı.
O biri həkim isə hazırladığı zəhər olduğundan şərbəti zəhər kimi alıb başına çəkdi. Öz işi ilə müqayisə etdi. Qorxusundan bağrı çatlayıb dünyadan köçdü.
Nağıla aid testlər İskəndər dövründə iki həkim
1. İskəndər dövründə hansı mülkdə məşhur iki həkim var idi?
A) Yunan
B) Roma
C) Makedoniya
2. Həkimlərin mübahisəsinin sonu necə oldu?
A) Hər ikisi öldü
B) Xoşxasiyyətli sağ qaldı
C) Bədxasiyyətli sağ qaldı
3. Nə üçün bədxasiyyətli həkim vəfat etdi?
A) Özü zəhər hazırladığı üçün elə bildi içdiyi də zəhərdir
B) Şərbətdən şəkəri qalxdığı üçün
C) İçindəki paxıllıq ürəyini partlatdığı üçün
2. Xeyirsöyləməzin hekayəti
Bir xeyirsöyləməz nadan vardı. Dilinə bir dəfə də xeyir söz gəlməmişdi. Bir şəxs ona dedi:
– Ey yazıq, mən bu gün İraqa səfər eləyirəm. Ey əziz, salamat gəlim deyə mənə dua elə. Səfərdən qayıdanda əynimdəki nə libasım varsa, sənə bağışlayaram.
Xeyirsöyləməz dedi:
– Hə, vəd etdiyini yaxşı olar ki, indi verəsən. Bəlkə qürbətdə vəfat elədin, onda mən səni hardan tapıb vəd elədiyini alım.
3. Toxucunun hekayəti
İsfahanda bir toxucu vardı. Bu toxucu padşaha gözəl bir dibac* toxudu. Doqquz ay ərzində əziyyət çəkdi, dibaca naxışlardan zinət vurdu. Kətibələri* şeirlə yazdı, naxışlarda sehrlər zahir oldu. Cavan şah dibaca baxıb valeh oldu. Böyükdən kiçiyə hamı “afərin” söylədi.
Şah dedi:
– Ey tədbirli vəzir, de görüm, bu incə dibac nə üçün yaxşıdır? Ondan nə hazırlatmaq olar?
Vəzir ərz elədi ki, ondan yaxşı paltar olar, islam şahına xeyli yaraşar.
Biri ərz elədi:
– Ey taxt-tac sahibi, bunun qəbası qəşəng olar.
Başqa biri söylədi:
– Ey şəhi-əşraf, bundan yaxşı yorğan üzü olar.
O məclisdə böyükdən kiçiyə hərə bir təklif verdi. Axırda padşah buyurdu:
– Qoy bu ustadan da sual edək. Görək o nə təklif edir.
Usta dedi:
– Ey hökmdar, çox gözəl olar ki, bu ipək saxlana. Sən öləndə tabuta çəkələr ki, bütün insanlara görünə.
Padşahın bu sözdən ürəyi darıxdı, qəzəbləndi və toxucunun qətlinə fərman verdi.
Nağıla aid testlər Toxucunun hekayəti
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.