Абдурагим-бек Ахвердов

Bomba


Скачать книгу

gün Xəlil anasına xəbər gətirdi ki, bəs Ağa Hüseyn istəyir, bunu özü ilə İran səfərinə aparsın və iki gündən sonra yola düşəsidirlər. Bu xəbər anasına və bacısına nə tövr təsir elədi, heç Hacı Xəlilin yadından çıxmaz idi. İki gün balasını gözündən qoymayan ana və qardaşından ayrılmaq istəməyən bacı xəlvətdə ağlayırdılar, amma Xəlilin yanında toxtaqlıq göstərib ona tədarük görürdülər.

      Səfər günü Xəlil əmisi kəlləpəz44 İmanı gətirib evlərində həyan qoyub anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Biçarə övrət Quran götürüb əziz oğlunu Quranın altından keçirib, dalınca bir qab su atıb ağlaya-ağlaya mənzilə qayıtdı.

      Xəlil Ağa Hüseynlə bahəm varid oldular İran torpağına. Ağa Hüseyn cəmi xüşkbər mərkəzlərini və alış-veriş yollarını ona göstərdi və axırda üzün ona tutub dedi:

      – Bala, mən səni buraya özüm üçün kömək gətirmişəm. Mən, budur, neçə ildir, İrana səfər edirəm. Heç bir səfərdə köməyə ehtiyacım olmayıb, ancaq çünki sən həmişə qulluqçuluq etməyib axırda özün üçün bir alış-veriş etmək fikrinə düşəcəksən, ona görə mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini sənə öyrədim.

      Xəlil Ağa Hüseynin bu sözlərinə bilmədi nə tövr rizaməndlik etsin. İrana əvvəl viruddan Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağa Hüseyni təəccübə gətirdi. Ağa Hüseyn öz dəstpərvərdəsinin bu qabiliyyətini görüb, artıq xoşhal olub fəxr edirdi.

      Lazım olan qədər xüşkəbər alıb, ulaqlara yükləyib yola saldılar. Xəlil Ağa Hüseyndən soruşdu ki:

      “Nə üçün ulaqları kirayəsinə tutursan?”

      Ağa Hüseyn soruşdu ki, bəs necə olsun? Dedi:

      – Yaxşı olar ki, ulaqları da pulla alaq, tainki vətəndə həm xüşkəbəri, həm də ulaqları qazancına sataq.

      Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir az böhtə gedib dedi:

      – Bala, bu maddə ki səndə var, inşallah, gələcəkdə çox böyük sövdəgər olarsan. Gələn il dəxi mən gəlməyib səni İrana tək alış-verişə göndərəcəyəm.

      O il Ağa Hüseyn çox böyük nəf45 elədi və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi.

      İkinci il Ağa Hüseyn Xəlilin əlinə böyük məbləğ verib, tək İrana göndərdi və bu səfərdə Xəlil yenə artıq diqqət və qabiliyyət göstərib, güclü mal alıb qayıtdı və o il Ağa Hüseynin nəfi keçən ildən artıq oldu. Xəlilin bu zəhmətinə görə Ağa Hüseyn o ilin mənfəətinin yarısını ona bağışladı. Bu ildən də sonra yenə Xəlil üç dəfə İran səfərinə gedib, hər dəfə baqaidə xeyir edib qayıtdı.

      Bir gün Ağa Hüseyn Xəlili çağırıb dedi:

      – Oğul, budur, neçə ildir, mənim yanımda qulluq edirsən və mən də bu müddətdə sənin mənə aybaay verdiyin pullarla sənin üçün alış-veriş etmişəm. Bu gecə hesaba baxıb görürəm ki, sənin məndə 8000 manata qədər pulun var. Bu pulla sən özün üçün məxsus bir alış-veriş aça bilərsən. Özün də qabil oğlansan; demək olar ki, anadan dünyaya tacir gəlibsən. Mənim borcumdur, sənə təklif edim, istəsən, mənim yanımda qalarsan, ya ayrı iş başlamaq xahiş edərsən.

      Xəlil cavab verdi ki: “Əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə ona “əmi” deyirdi), o yaxşılıq ki indiyə qədər mənim haqqımda edibsən, məni sənə həmişəlik qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe edirəm ki, məni özünə öz puluma görə şərik edəsən, ta yenə bir yerdə ticarət edək.

      Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi:

      – Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək.

      Başqa adam 8000 adı eşitsə idi, o saat azıb yolundan çıxardı.

      Haman il Xəlil bacısını ərə verib, özü də evlənmək fikrinə düşdü. Fikrini anasına izhar etdi və anası gedib Mirzə Nəsibin nəvəsini ona istəyib aldı (haman o qızı ki, bu saat Hacı Xəlilin yanında oturub ağlayır).

      Mirzə Nəsib vəfat etmişdi və külfəti həmişə Ağa Hüseyndən və Xəlildən ianə alıb dolanırdı. Xəlilin toy xərcini Ağa Hüseyn öz öhdəsinə götürüb əlavə yaxşı peşkəşlər özünə və övrətinə verdi.

      Bundan sonra 7 il Xəlil və Ağa Hüseyn bir yerdə alış-veriş etdilər. Səkkizinci il Ağa Hüseyn vəfat etdi və onun var-yoxu keçdi qardaşının əlinə, çünki Ağa Hüseynin özünün zürriyyəti46 yox idi.

      Ağa Hüseynin vəfatından sonra Xəlil ayrılmaq istədi, hesab çəkdilər.

      Xəlilin payına 72000 manat pul düşdü.

      Bu gündən Xəlil həm ev və həm alış-veriş sahibi olub, özü üçün məxsus bir dükan açıb başladı İranla ticarəti. Bir neçə ildən sonra Xəlilin alış-verişi böyüdü və Xəlil İrandan başqa Buxara və İstanbulla əlaqə bağladı. 50 yaşına yetişəndə Məkkeyi-mükərrəməni ziyarət edib “Hacı” ləqəbi ilə müləqqəb47 oldu. Hacı Xəlil öz qabiliyyətinin, bacarığının və kəmalının səbəbinə şəhərdə, tacirlər arasında əvvəlinci şəxs hesab olurdu. Axirüləmr48 öləndə iki böyük evi və milyondan ziyada49 pulu var idi.

      Hacının zikr olan günləri necə ki, ərz olundu, bir-bir gözünün qabağından keçirdi. Zamani ki, hacı öldüyünü hiss etdi, yerindən hövlnak gözün açıb, yastıqdan başını qovzayıb50 üzünü tutdu oğluna, dedi:

      – Bala, Əkbər, yaxınıma gəl.

      Əkbər kürsünün üstündən düşüb atasının yanında əyləşdi. Hacı Xəlil Əkbərin əlini əlinə alıb bir basdı ürəyinə, dedi:

      – Oğul, mənim ömrümdə Allah mənə neçə oğul və qız verib, yenə məsləhət bilib əlimdən alıb. Mənim və bu yazıq ananın ümidi və gözünün axır dikəcəyi dünyada sən olubsan. Yüz zəhmətlə səni mən bu boya yetirmişəm, lazım olan tərbiyəti sənə vermişəm. Hərçənd işqoladan51 yarımçıq çıxıbsan, amma yenə heç olmasa sənin savadın və qabiliyyətin işqola qurtarmış adamların savadından və qabiliyyətindən az deyil idi. Bala, mənim ömrüm qurtarıb, ölürəm. Ona görə istəyirəm, sənə bir neçə vəsiyyət eləyim. Mənim vəsiyyətim qoca, dünyagörmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Əgər əməl eləyəsən, ziyan çəkməzsən.

      Əvvəl, bala, bu qoca anan ki, burada oturub, sənin çox zəhmətini çəkib, sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə dikib və rahat olmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü keçib, əldən düşüb, sən də onu axır günündə gözdən qoymayasan, həm mənim ruhum səndən razı olar, həm Allah. İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən, mənim ruhum səndən razı